Oqtay Güləliyevlə bağlı hadisənin şahidi elə sözlər dedi ki...
Oqtay Gülalıyevlə bağlı baş verən bədbəxt hadisənin ilk şahidi tanınmış jurnalist danışıb.
"Yeni Sabah" xəbər verir ki, hadisənin şahidlərindən biri də "Gündəm-Xəbər" qəzetinin təsisçisi və baş redaktoru Şirin Cəfərlidir.
- "Mənə Oqtay bəyin telefonundan zəng gəldi. Açanda başqa bir adam dedi ki, bu telefonun sahibini maşın vurub. Həmin anda çıxıb gördüm ki, yolun ortasında insanlar toplaşıb. Oqtay bəy yerdə uzanıqlı vəziyyətdə idi. Sürücü də qaçmamışdı, oradaydı. Sürücü qorxmuş, həyəcanlı vəziyyətdə idi. Soruşdum ki, necə oldu? Dedi, "asta sürətlə gəlirdim, tini dönəndə oldu". Oqtay bəyin qollarına baxdım ki, görüm sınıq-filan varmı? Oqtay bəy ayılıb soruşdu ki, "Şirin, mənə nə olub?". Dedim, "heç nə, yıxılmısan, Allah eləsin, sınıq-filan olmasın". Qolunu rahat tərpətdi, baxdım ki, heç nə yoxdur. Ayağa qalxdı, bir az orada dayandıq, söhbət elədik, soruşdum ki, özünü necə hiss eləyirsən? Dedi ki, "yaxşıyam, amma başım ağrıyır"..
Ş.Cəfərli hüquq müdafiəçisinin xəstəxanaya gec çatdırılması barədə sosial şəbəkələrdə yayılan iddialarla razılaşmır. Deyir ki, qəsdən gecikdirilmədən söhbət gedə bilməz. Onun sözlərinə görə, qəzanı törədən sürücü hüquq müdafiəçisini öz avtomobilində aparıb, o da kafedəki başqa dostlarla birlikdə öz maşınında gedib. Ş.Cəfərlinin dediyinə görə, xəstəxanaya çatanda hüquq müdafiəçisi özü maşından düşüb, öncə bir otağa, oradan da Kompüter tomoqrafiya kabinetinə gedib, yenidən əvvəlki otağa qayıdıb.
Həkim ona uzanmağı tövsiyə edib. Deyib ki, başında çat yaranıb: "Dedi ki, həmin yerdə qansızma ola bilər. Soruşdum ki, evə apara bilərik? Bildirdi ki, xəstəxanada həkim nəzarətində olsa, yaxşıdır, 3-4 saatdan sonra yenidən müayinə olunmalıdır, qansızma baş versə, tədbir görülməlidir. Əli Kərimli gələndə o da həkimlə danışdı. Həkim ona da söz verdi ki, arxayın ola bilərsiz, lazım olan bütün tədbirlər görüləcək». Sonradan onu "City Hospital"a aparmaq fikri yarandı. Bu fikirdə olanlar çox oldu və apardılar. Düşünürəm ki, orada əməliyyatı gecikdiriblər".
Xatırladaq ki, Oqtay Gülalıyev oktyabrın 29-u saat 17:20 radələrində 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən zaman vurulub. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyev üzərində cərrahiyyə əməliyyatı keçirilib. Onun müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdirilib. Heydər Əliyev Fondu Oktay Gülalıyevin müalicəsini üzərinə götürüb. Ailəsinin müraciəti nəzərə alınaraq, koma vəziyyətində olan Oqtay Gülalıyevin müalicəsinə dəstək baxımından xaricdən mütəxəssislər cəlb olunub. İstanbuldan dəvət olunmuş həkim Oqtay Gülalıyevin vəziyyəti ilə yerində tanış olub. Ailəsi Oqtay Gülalıyevin müalicəsinin Türkiyədə davam etdirilməsinə qərar verdiyindən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, o, Türkiyəyə aparılıb.
Paylaş:
Müəllif : Redaktor
Tarix:1-12-2019, 14:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:1-12-2019, 14:34
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
24-12-2024, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
24-12-2024, 11:29