reklam
Regionxeberlericom.az » Araşdırma » Balacaboy insanlar daha çox yaşayır - Alimlərdəm maraqlı TƏDQİQAT

reklam

Balacaboy insanlar daha çox yaşayır - Alimlərdəm maraqlı TƏDQİQAT


Uzun illər aparılan müxtəlif tədqiqatlar sübut edib ki, insanın boyu onun sağlamlığına təsir edir.

Alimlərin araşdırmalarına əsasən, boyu 167 sm-ə kimi olan kişilərdə demensiyanın (qocalıqda ağıl zəifliyi) inkişafının riski boyu 177 sm və bundan artıq olan kişilərlə müqayisədə daha çoxdur.

Alçaqboylu insanlarda (151-165 sm) ürək və damar xəstəliklərin (o cümlədən, insult və infarkt kimi ağır pozulmaların) inkişafının riski orta və hündürboylu insanlarla müqayisədə daha çoxdur.

Alçaqboylu insanlarla müqayisədə hündürboylu insanlarda xərçəng xəstəliklərinin inkişafı riski daha böyükdür. Həkimlərin fikirinə görə, bunun səbəbini hündürboylu insanların orqanizmində hüceyrələrin daha çox olması və onların orqanlarının daha böyük olması ilə izah edirlər. Xərçəng zamanı hüceyrələrdə pozulmalar yaranır və bu anomal hüceyrələr sürətlə çoxalmağa başlayır. Nəticədə xərçəng şişi inkişaf edir. Beləliklə, orqanizmdə hüceyrələr nə qədər çoxdursa, xərçəngin riski də o qədər artmış olur.

Təbii ki, bu heç də o demək deyil ki, bütün hündürboylu insanlarda mütləq xərçəng inkişaf edəcək. Həkimlərin müşahidələrinə əsasən, alçaqboylu insanlar hündürboylu insanlarla müqayisədə daha çox yaşayır.

Bundan başqa, hündürboylu insanlarda şəkərli diabetin riski daha çoxdur. Boyu 183 sm-dən artıq olan insanlarda ayaq damarlarında trombların əmələ gəlməsi riski də yüksəkdir. Hündürboylu insanların ayaqlarında qan daha asta hərəkət edir ki, bu da durğunluğa və nəticədə trombların əmələ gəlməsinə səbəb ola bilər. Bu həm kişilərə, həm də qadınlara aiddir.

Boy tək insanın sağlamlığına deyil, emosional vəziyyətinə də təsir edir. Belə ki, hündürboylu insanlar özünü daha xoşbəxt hiss edir, özünə daha çox güvənir. Alçaqboylu insanlar isə depressiyalara daha tez-tez düşür.


Paylaş:


Müəllif : Tarix:
12-12-2019, 22:33
Sikayət   


loading...
Загрузка...