Səngəçalda bağ evində olub - Videonun şok təfərrüatı...
Qızların çılpaq videosunun yayılması ilə bağlı hadisənin təfərrüatları bəlli olub. Nəsimi Rayon Polis İdarəsindən “Qafqazinfo”ya daxil olan məlumata görə, hazırda hadisənin bütün iştirakçıları 3 qız və 2 kişi idarədə izahat verirlər.
İlkin olaraq məlum olub ki, hadisə Səngəçal qəsəbəsində yerləşən bağ evində baş verib. Belə ki, olayın “qəhrəmanı” Cahid Kərimov adlı şəxs yeni aldığı “Range Rover” markalı 90 SA 888 nömrəli avtomobili “yumaq” üçün məclis təşkil edib. Və həmin məclisə 2 illik tanışı olan Xatirə adlı qızı dəvət edib. Xatirə tədbirə iki rəfiqəsini də götürərək qatılıb. Onlar normadan artıq viski qəbul ediblər və içkinin təsiri altında Cahidin təklifi ilə soyunaraq meyxana deyiblər.
Qızlar polisə ifadələrində videonun yayılmasından ciddi narahatlıq keçirdiklərini, buna görə şikayətçi olduqlarını bildiriblər. Qızlardan biri hətta nişanlı olduğunu, yaxın aylarda ailə quracağını qeyd edib. Eyni zamanda, onlar Cahid və İsrafillə cinsi əlaqədə olmadıqlarını da əlavə ediblər.
Polisdən bildirilib ki, izahatları alındıqdan sonra qızlar sərbəst buraxılacaq. Hadisənin kişi iştirakçıları ilə bağlı isə araşdırmalardan sonra müvafiq tədbir görüləcək.
Hadisə ilə bağlı yaxın dəqiqələrdə DİN rəsmi açıqlama yayacaq.
İdarədən redaksiyaya eyni zamanda vurğulanıb ki, həmin şəxslərdən birinin döyülməsi ilə bağlı foto həqiqəti əks etdirmir.
Paylaş:
Müəllif : Redaktor
Tarix:1-04-2019, 12:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:1-04-2019, 12:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Bu gün, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Bu gün, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
Dünən, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
21-11-2024, 12:40
RƏQQASƏ Bakıda faciəvi şəkildə öldü - Son kadrları yayıldı: Təsirli GÖRÜNTÜLƏR + VİDEO
21-11-2024, 10:33