Azərbaycanda obyektlər niyə sığortalanmır? - Açıqlama
“Daşınmaz əmlakın, ticarət obyektlərinin sığortalanması ilə bağlı ciddi problemlər var. Bu tip obyektlərin sahibi ilə işlədənlər fərqli şəxslər olduğu üçün sənədləşmə ilə bağlı problemlər yaşanır. Yəni, obyektlərin sahibi başqa insanlar (çox zaman məmurlar) olur və onlar da icarəyə verirlər”.
Bunu iqtisadçı ekspert Natiq Cəfərli ticarət obyektlərinin sığortalanmaması məsələsindən danışarkən deyib.
O qeyd edib ki, ticarət obyektlərində sığorta olmamasının əsas səbəbi icarəyəverənlə icarəyə götürən arasında hüquqi şəkildə icarə müqaviləsinin olmamasıdır:
“Burada mülkiyyətlə bağlı problemlərin həll olunması vacibdir. Çünki icarə müqavilələri çox zaman bağlanmır, tərəflər arasında sadəcə şifahi razılaşma olur. Bu da həm vergidən yayınma, həm də qanunvericilik şəklində icarəyəverənlə icarəyə götürən arasında münasibətlərin tənzimlənməsində problemlər yaşadır. Əgər müqavilə mədəniyyəti formalaşsa, icarəyəverənlə icarəyə götürən arasında müqavilə öhdəlikləri yazılsa, o zaman obyektlərin də sığortalanması məcburiyyəti qeyd oluna bilər. Fərq etməz, ya icarəyə götürənin, ya da icarəyə verənin qarşılıqlı razılığı əsasında ikisindən biri həmin obyekti sığortalanması ilə bağlı öhdəlik götürə bilər. Ona görə də ilkin olaraq müqavilə mədəniyyətinin formalaşması üçün həm ciddi nəzarət, həm də təşviqedici addımlar lazımdır. Çox zaman ona görə o müqavilələr imzalanmır ki, icarə müqaviləsinə görə 14 faizlik vergi müəyyənləşdirilib və bu vergi həddindən artıq yüksəkdir. Ona görə də çox zaman müqaviləsiz çalışmağa üstünlük verirlər. Ola bilər ki, bu vergi dərəcəsinin dəyişdirilməsi ilə bağlı təkliflər səsləndirilməlidir və bu təkliflər qəbul edilməli, ilkin mərhələdə bunu 2 dəfə azaltmaq lazımdır ki, ən azından icarəyəverənlə icarəyə götürən arasında məsələlərin hüquqi müstəvidə müqavilə şərtləri çərçivəsində həll olunmasına şərait, imkan yaransın. O zaman sığorta məsələsi də öz həllini tapa bilər”.
N. Cəfərli qeyd edib ki, daha bir ciddi məsələlə bu tipli obyektlərdə satılan malların mənşəyi ilə bağlıdır:
“Topdan alınan malların qaimələri olmur, qanuni əməliyyatlar aparılmır, banklar vasitəsi ilə köçürmələr olmur, nəticədə mal qalığını çıxartmaq, dəymiş ziyanı hesablamaq müşkülə çevrilir. Sadaladığım problemlərin əsas səbəbi indiki idarəetmə və iqdisadi sistemdir, bu hökumətdir. İqtisadi münasibətləri o günə salıblar ki, “kölgə iqtisadiyyatı” dominant hal alıb, məmur biznesə, biznes məmura qarışıb. Kresloları ilə diffuziya əlaqəsinə girmiş məmur tayfası biznesdən qoparılmasa, iqtisadiyyatda və idarəetmədə yaranmış problemlərin çözülməsi mümkün deyil”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:17-12-2019, 14:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:17-12-2019, 14:25
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
24-12-2024, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
24-12-2024, 11:29