Müxalifətə yeni parlamentdə yer veriləcəkmi?
Növbədənkənar parlament seçkiləri yaxınlaşdıqca Milli Məclisin yeni tərkibi ilə bağlı müxtəlif fərziyyələr irəli sürülür.
Fərziyyələrdə 9 fevral 2020-ci ildə keçiriləcək parlament seçkiləri nəticəsində formalaşacaq Milli Məclisin tamamilə fərqli olacağı qırmızı xətlə keçir. Doğrudur, bədbin olanlar da var. Onların fikrincə, yeni tərkib indikindən o qədər də ciddi fərqlənməyəcək.
Lakin bu ehtimalı bölüşənlərin sayı o qədər çox deyil. Hər halda seçki prosesinə böyük marağın olması, müxalifətin iki əsas təşkilatının seçkilərə qatılması, partiya mənsubiyyəti olmayan ictimai fərdələrin, necə deyərlər, elliklə namizədliklərini irəli sürməsi yeni parlamentin tamamilə fərqli olacağı barədə iddiaların təsiri nəticəsində baş verir.
Yeni tərkibdə müxalifət düşərgəsinə də yer ayrılacağı da əsas ehtimallardan biridir. Özü də söhbət “cib müxalifəti”ndən deyil, ictimaiyyət tərfindən hakimiyyətə qarşı prinsipial şəkildə opponentlik edən siyasi qüvvə kimi qəbul edilən təşkilatlardan gedir. Bu təşkilatlardan yalnız biri – Milli Şura seçkilərə qatılmayacağını bəyan edib. Respublikaçı Alternativ (REAL) və Müsavat partiyaları parlament seçkilərində qatılmaq qərarı veriblər. Artıq namizədlərini də açıqlayıblar.
Bəzi iddialara görə, parlamentdə hər iki partiyadan təxminən 10 nəfərə yer verilə bilər. Bu 10 nəfərin hansı namizədlər olacağı barədə fikirlər müxtəlifdir. Ehtimal olunur ki, namizədlər arasında hakimiyyətə ən loyal olanlar və iqtidarın əsas namizədləri ilə eyni dairədə yarışmayanlar seçiləcək. Partiya liderlərinə gəlincə, onların yeni tərkibdə yer alacağı az inandırıcı görünür.
Paylaş:
Müəllif : Redaktor
Tarix:17-12-2019, 14:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:17-12-2019, 14:29
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Bu gün, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Bu gün, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Bu gün, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45