Putin 4 saat 18 dəqiqə canlı yayında hansı mesajları verdi? – Qızlarından danışmadı, amma...
Dekabrın 19-da Moskvada keçirilən ənənəvi illik mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin 4 saat 18 dəqiqə ərzində 70-dən çox suala cavab verib. Əslində onun cavabından yayındığı suallar da olub.
Vladimir Putin Konstitusiyada prezident hakimiyyətinə aid maddə ilə bağlı suala cavabında “dalbadal” sözünün həmin maddədən çıxarılmasını təklif edib. Bu maddə bir nəfərin prezident olması müddətlərini məhdudlaşdırır.
Beləliklə də Putin artıq iki dəfə seçilmiş keçmiş prezidentin Kremlə qayıtmasını mümkünsüz edən təkliflə çıxış edib: "Mən belə şeyləri təklif edənlərin məntiqini başa düşürəm. Bu elə ilk növbədə parlamentin hüquqlarının genişləndirilməsi, prezidentin və hökumətin də bəzi səlahiyyətlərinə düzəliş edilməsi ilə bağlıdır. Lakin bunu yaxşı hazırlıqdan və cəmiyyətdə dərin müzakirədən sonra, həm də səliqəli etmək lazımdır. Əvvəlki dəyişikliklər mənim bildiyim qədər, müddətlərlə bağlı idi. Amma indi “dalbadal” sözünü ləğv etmək olar”.
Putin izah edib ki, o iki müddət dalbadal işləyib və sonra bu posta qayıtması üçün “konstitusiya hüququ” olub. O əlavə edib ki, “dalbadal” sözü bəzi Rusiya politoloqlarını qıcıqlandırır və belədirsə, bu sözü ləğv etmək olar.
Putin hələ 2012-ci ildə belə bir təklifi bəyənmişdi. O demişdi ki, Konstitusiyada “dalbadal iki müddət” əvəzinə, sadəcə “iki müddət” yazılması daha məqsədəuyğundur.
Putin ənənəvi olaraq Ukrayna ilə münasibətlər barədə bir neçə suala cavab verib. O bir daha israr edib ki, Donbasda Rusiya hərbçiləri yoxdur, amma muzdlu xarici döyüşçülər var. Putin əlavə edib ki, bunlar Donetsk və Luqansk hərbi birliklərin özəyini təşkil etmirlər. Onun sözlərinə görə, separatçıların əsas qüvvəsi yerli milis və əhalinin özünümüdafiə birliklərindən ibarətdir.
“Elə isə Donbasa tanklar necə gətirilib” sualına cavab verən Rusiya prezidenti deyib ki, separatçılar hərbi texnikanı “onlara rəğbətli olan strukturlardan” alırlar və bu, “dünyanın bir çox qaynar nöqtələrində” belədir.
Leninin meyiti, Stalinin tərifi
Leninin cənazəsinin mavzoleydən çıxarılması məsələsi ilə bağlı sualın cavabında Putin deyib ki, “bunu hələ etmək olmaz”, çünki hələ də bir çox rusiyalılar “öz həyatlarını və keçmiş nailiyyətlətini” Leninlə bağlayırlar. Amma Putin bunu da deyib ki, “proletariatın lideri” ölkənin daxili quruculuğuna aid məsələlərdə neqativ geosiyasi nəticələri olan qərarlar qəbul edib və bu nəticələrdən biri də bu gün Ukrayna ilə münasibətlərdə baş verənlərdir. Sovet İttifaqının nasist Almaniyası ilə müqavilə bağlaması barədə Putin deyib ki, Stalin Fransa və Britaniya başçılarından fərqli olaraq öz adını Hitlerlə birbaşa görüşlərlə ləkələməmiş yeganə liderdir.
“İki qadın” onun qızlarıdırmı?
Nəhayət, Vladimir Putin öz övladları və onların biznes layihələri barədə sualın cavabından faktiki olaraq yayınıb. BBC Rus xidmətinin müxbiri Putindən Yekaterina Tixonovanın və Mariya Vorontsovanın onun qızları olduğunu etiraf edib-etməyəcəyini və prezident övladlarının cəmiyyət üçün nə vaxt açıq olacaqlarını soruşub.
Putin bu sualın cavabına “siz iki qadının adını çəkdiniz” ifadəsi ilə başlayıb, amma təkcə onu deyib ki, mediada “onun qızının” adı ilə bağlanan İnnopraktika layihəsi Moskva Dövlət Universiteti rektorunun təşəbbüsüdür. Beləliklə, Putin qızları barədə sualı cavabsız buraxıb və bəlkə də bunu etiraf kimi qəbul etmək lazımdır.
Putin Trampın impiçmentinin “uydurulduğunu” deyir
Rusiya Prezidenti Vladimir Putin deyir ki, ABŞ Prezidenti Donald Trampın impiçmenti “uydurulmuş” iddialara əsaslanıb. Putin Trampın vəzifədə qalacağını deyib.
Dekabrın 18-də Nümayəndələr Palatası Trampa impiçment elan edib. Bundan sonrakı mərhələdə Senatda prezidentin məhkəməsi qurulmalıdır.
Putin deyib ki, “seçkini uduzmuş partiya döyüşü başqa vasitələrlə davam etdirir”. O, impiçmenti daha öncə Trampın Rusiyayla iddia olunan əlbirliyinin araşdırılması ilə müqayisə edib, həmin təhqiqatı “əsassız” adlandırıb.
Putin deyib ki, Rusiya Birləşmiş Ştatlarla yeni START silah sazişinə hazırdır, ancaq Rusiyanın təkliflərinə cavab gəlməyib. “START olmasa, dünyada silah yarışmasının qarşısını heç nə ala bilməz və məncə, bu pisdir”, – Putin deyib.
(azadliq.org)
Paylaş:
Müəllif : Redaktor
Tarix:20-12-2019, 13:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:20-12-2019, 13:05
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24