Mühacir alverini Avropa mediası araşdırır
Müsavat Partiyasının Avropa Koordinasiya Mərkəzinin mühacir alveri qalmaqalı nüfuzlu Avropa nəşrlərində də geniş şəkildə şərh edilir.
Bu barədə Avropada yaşayan jurnalist Yafəz Əkrəmoğlu özünün Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, hətta Avropa Birliyinin maliyyә dәstәyi ilә Müsavatın mühacir alveri ilә bağlı geniş vә әhatәli məqalələr yazılır.
Müsavatın mühacir alverini ardıcıl və konkret faktlarla ifşa edən jurnalist bildirib ki, İsa Qәmbәr, Arif Hacılı vә Gülağa Aslanlının başında durduğu bu çirkin işlәri ifşa edәndә günahkarlar vәziyyәtdәn çıxmaq üçün ona "hökumәtin adamı" damğasını vurmağa çalışırdılar. "Mәndәn dә kәskin mövqe qoyan mәqalәlərin maliyyә dәstәkçisi isә Avropa Birliyidir. Görәsәn, Avropa Birliyini dә hökumәtin adamı çıxara bilәcәklәr?" - deyə, jurnalist sual edir.
Xatırladaq ki, ötən ay Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın müxalifət partiyasının keçmiş üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib. Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Onlar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin sabiq rəisi Elçin Əkbərov, Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri, Kəlbəcər rayonunun sabiq icra başçısı İlham Həsən, Müsavat partiyasının üzvü, Müsavat AKM sədrinin müavini Mehdi Xəlilbəyli, Müsavat AKM-in üzvü Abdin Cavadov, sabiq deputat Sabir Rüstəmxanlının qardaşı, "Leqat" inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi Əlövsət Əliyev, Mehdi Xəlilbəylinin sürücüsü Rəşad Məmmədov, Müsavat Partiyasının üzvü Elşən Abdullayevdir.
Məlum olub ki, həbs edilənlər Almaniyada "miqrant alveri" ilə məşğul olmaqda , o cümlədən 3-10 min avro arası ödəmə qarşılığında insanları qaçaq yollarla Almaniyaya aparmaqda şübhəli bilinirlər.
Paylaş:
Müəllif : Redaktor
Tarix:22-12-2019, 13:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:22-12-2019, 13:03
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Bu gün, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Bu gün, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Bu gün, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45