Bələdiyyə seçkilərində tragekomik faktlar: Rəhmətlik nənəm “səs verdi”, babam yox
“JEK” rəisi: Siz heç vaxt seçkilərdə iştirak etmirsiniz, ona görə adınızı siyahıya salmırıq
Dekabrın 23-də Azərbaycanda növbəti dəfə bələdiyyə seçkiləri keçirilib. AYNA əməkdaşı, bələdiyyə seçkilərinə nə qədər marağq olduğunu, seçici fəallığını təxmin etmək məqsədilə sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirib: Səs verdinizmi, vermədinizsə, səbəb?
Bəxtiyar Hacıyev: “Gördüm, hava sakitdir, getdim dəniz qırağına, gəzdim, havamı dəyişdim. Yəni daha faydalı işlə məşğul oldum”.
Zöhrab Şamilov: “Hələki bizim səsimizlə heç nə həll olunmur”.
Zülfüqar Süleymanov: “Bələdiyyə seçkilərində səs vermədim. Çünki mənim adımı siyahıya salmayıblar. Güman ki, əvəzimə səs verəcəklər. “Qaynar xətt”ə məlumat verdim. Tez bir zamanda “JEK”in rəisi nömrəmi tapıb zəng vurdu ki, “ay müəllim, axı, siz seçkilərdə heç vaxt iştirak etmirsiniz, ona görə adınızı siyahıya salmırıq”. Dedim, “sizə nə, adımdan necə istifadə edirsiniz?” Cavab verə bilmədi. Əlqərəz. Siyahıda adım yox idi”.
İsgəndər Qəmbərov: “Səs vermədim. Çünki namizədləri tanımıram. Çünki təbliğat aparmayıblar. Həm də evə çağırış vərəqələri gəlməmişdi”.
Azər Həsrət: “Mən 34 saylı Xətai II seçki dairəsinin 6-cı məntəqəsində cəmi 2 namizədə səs verdim”.
Lalə İsmayılova: “Namizədlər gəliblər məktəbə, uşaqlara deyiblər ki, “valideynlərinizə deyin, bizə səs versinlər””.
Asim Xudiyev: “Səs vermədim. Çünki rəhmətə gedən anama çağırış vərəqəsi göndərmişdilər, amma rəhmətlik atama yox. Ona görə incidim, getmədim seçkilərə”.
Şahin İsmayilov: “Namizədlərdən heç birini tanımadığım üçün hamısının əleyhinə səs verdim”.
Sevinc Süleymanova: “Mənim rəhmətə gedən nənəmə də çağırış vərəqi gəlmişdi. Qəribə operativlikləri var. Namizədləri isə heç kim tanımır, heç qonşular da. Ona görə səs vermədim”.
Abdul Kərimxanov: “Həmişə olduğu kimi, bu gün də seçki dairəsinə gəlib seçimimi elədim. Fikrimcə, hər bir vətəndaşımızın mənəvi borcudur ki, gəlib səsini seçdiyi namizədə versin, elə namizəd yoxdursa, bülleteni etibarsız etsin. Seçkiyə gəlməyən insanların bələdiyyədən nəyisə tələb etmək haqları yoxdur”.
Aynur Məmmədova: “Mən indiyə qədər heç bir bələdiyyə seçkisində iştirak etməmişəm. Özüm rayon qeydiyyatındayam. Amma Bakıda yaşayıram. Oğlumun oxuduğu məktəbdən çağırış vərəqi gəlmişdi mənə. Amma seçkiyə getmədim”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:25-12-2019, 16:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:25-12-2019, 16:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Bu gün, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Bu gün, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Bu gün, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45