“Doğrudur, mən din sahəsi üzrə mütəxəssis deyiləm və belə bir iddiam da yoxdur” - QALMAQAL
Xəbər verdiyimiz kimi, bu yaxınlarda “Xural TV” internet televiziyasının efirində qalmaqal yaşanıb. İlahiyyatçı Elşad Miri ilə Azərbaycan Xalq Partiyasının (AXP) sədri, sabiq Baş nazir Pənah Hüseyn arasında qarşıdurma baş verib.
İlahiyyatçının “İslamda yoxdur” kitabının müzakirəsi zamanı, P.Hüseynin E.Mirini sərt təndiq etməsi, ilahiyyatçının isə keçmiş Baş Naziri cəsarətsiz adlandırması vəziyyəti gərginləşdirib. Nəticədə debat baş tutmayıb.
E.Miri əməkdaşımızla söhbətində, debatın baş tutamasında AXP sədrini ittiham edib və onu dindən məlumatsız insan adlandırıb. Gün ərzində cəhdlərimiz nəticəsiz qalsa da, nəhayət, məsələ ilə bağlı AYNA P.Hüseynin münasibətini öyrənə bilib.
O, təəssüflə bildirib ki, müzakirə zamanı nəzərdə tutulan mövzu yarımçıq qalıb: “Mən, əslində, həmin mövzu ilə bağlı qarşıdurma yox, maarifçilik niyyətində idim və mənim kimi düşünən insanların hisslərinə hörmət olunmasını istəyirdim. Təəssüf ki, alınmadı”.
AXP sədri, Elşad Mirinin onu din sahəsində biliksiz adlandırmasına da münasibət bildirib: “Doğrudur, mən din sahəsi üzrə mütəxəssis deyiləm və belə bir iddiam da yoxdur. Mən daha çox din sosiologiyası barədə danışır və məsələyə teoloji aspektlərdən yanaşmağa çalışıram. Buna görə də, dünyəvi təhsil almış və din sosiologiyasından xəbəri olan bir vətəndaş kimi məsələyə öz mövqeyimi bildirmək istəyirdim, ki, mənim kimi düşünən insanların da suallarına cavab tapa bilim. Təəssüf ki, nəticə gözlədiyim kimi olmadı”.
“Əslində mənim təklifim debat, polemika və diskussiya kimi yox, sadəcə söhbət kimi, daha çox maarifçilik, insanlar arasında harmoniya, sülh, qarşılıqlı dözümlülük münasibətlərinin bərqərar olmasına xidmət etməlidiydi. Lakin tədbir mənim istədiyim kimi alınmadı, veriliş başlayan kimi gərginlik yarandı və mahiyyətə daxil olmamış da yarımçıq bitdi. Daha doğrusu, verilişin aparıcısı Əvəz Zeynallı çəkilişi dayandırdı”, - keçmiş Baş Nazir vurğulayıb.
“Elşad Miri ilə alınmamış söhbət məndə belə bir fikir yaratdı ki, nəzərdə tutulan mövzularda (planlaşdırılmışdı ki, Elşad Miri ilə söhbətlər 7 mövzudan ibarət olacaq) yazılı mətnlər hazırlayıb dərc edim”, - deyə P.Hüseyn əlavə edib.
Paylaş:
Müəllif : Redaktor
Tarix:26-12-2019, 09:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:26-12-2019, 09:44
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Bu gün, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Bu gün, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Bu gün, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45