reklam
Regionxeberlericom.az » Araşdırma » ABŞERON RİH BAŞÇISI PREZİDENTİ VƏ XALQI NECƏ ALDADIR?

reklam

ABŞERON RİH BAŞÇISI PREZİDENTİ VƏ XALQI NECƏ ALDADIR?


Hər kəs ölkədə islahatlardan, idarəetmədə gəncləşdirmədən danışır. Yəqin, elə buna görə də, Masazır bələdiyyəsinə “seçilən” namizədlər arasında 24 yaşlı və 21 yaşlı gənclər yer alır. Qalan üzvlər də YAP-çı namizədlərdir ki, çoxu da evdar xanım, məmurlardan kimlərinsə qohumları və Masazıra 1-2 il əvvəl köçən müəllimlərdir, yerli camaat onları tanımır.
Xub! Kimdir ən çox “səs toplayan” və potensial sədr sayılan 24 yaşlı Bəhruz Fuad oğlu Xəlilov?
Abşeron RİH başçısının köməkçisi olan Fuad Əflatun oğlu Xəlilovun oğlu.
Həmin Fuad Xəlilov ki, hələ Zakir Fərəcovun vaxtından Abşeron RİH-də işləyib və onun atası mərhum Əflatun Xəlilov da icra hakimiyyətində işləyirmiş. Şəcərə formatında davam edən bu ötürə-ötürdə yeganə disbalans nəvə Xəlilovun RİH-də yox, Bələdiyyədə vəzifə tutması olacaq.
Masazırda seçkilər o qədər “şəffaf” keçirilib ki, seçicilər başqa bir müstəqil və “yetim” namizədə inanmayıblar… illah da, “Fuadın oğlunu seçək, atası illərdir bizi yaxşı get-gələ salır, bizimlə bir az oğlu da məzələnsin” deyiblər?
Image result for child boss"
Sanki Abşeron rayonu İradə xanıma miras qalıb, öz sadiq adamlarına kəndləri bir-bir peşkəş edir. Xanlıq-bəylik dövrüdür? Dövlətin resurslarını nə üçün xərcləyirlər… Xalqın pulu ilə “seçki şousu” keçirib, öz uşaqlarını “yerbəyer” edirlər.
Hamı deyir ki, bələdiyyələr müstəqil olmalıdır… Al sənə müstəqillik, al sənə gəncliyin qələbəsi! İradə Gülməmmədova illərdir Prezidenti də, abşeronluları da aldadır və aldatmağa davam edəcək!
Bu rüsvayçılığa son verilməlidir!
                                                                                                                                                                Hörmətlə, Pan Rufat (Rüfət Əhmədzadə)
panrufat.com

P.S.: Masazırda bir dostum gedib görüb ki, bütün ailə üzvlərinin yerinə səs veriblər, imza atıblar… səs-küy salıb, polis çağırıb məntəqədən çıxarıblar. Səhəri gün isə məktəbə müəllim işləyən qadın qohumuna töhmət veriblər ki, qohumlarına “yiyəlik eləmirmiş”.
P.S.S.: Mehdiabad Bələdiyyəsində isə başqa bir təsadüf var. İlk üçlükdə Süleymanovlar gəlir….

Advertisements



Paylaş:


Müəllif : Tarix:
28-12-2019, 08:52
Sikayət   


loading...
Загрузка...