“İRAN RƏHBƏRLƏRİ MÜHARİBƏDƏN QAÇACAQLAR” – “Güclə hesablaşmamaq odla oynamaqdır”
“Qasım Süleymaninin öldürülməsi, sözsüz ki, regionda vəziyyəti daha da gərginləşdirəcək. Amma düşünürəm ki, İran rəsmilərinin müdrikliyi çatacaq ki, nəticəsi bəlli olan böyük müharibədən qaçmaq mümkün olsun”.
“AzPolitika.info”-nun məlumatına görə, bunları Bütöv Azərbaycan Xalq Cəbhəsi (BAXCP) partiyasının sədri Qüdrət Həsənquliyev İran generalı Qasım Süleymaninin öldürülməsindən sonar yaranmış vəziyyəti şərh edərkən deyib.
Partiya sədrinin fikrincə, İran ABŞ-la müharibə aparmaq iqtidarında deyil: “Müasir müharibələrin nəticələrini vətənpərvərlik, şəxsi qəhrəmanlıq, cəsarət, qəzəb və düşmənə nifrət yox, güclü iqtisadiyyat və müasir silahlar həll edir. Qarabağın "göz çıxardan" işğalını İran görməli və nəticə çıxarmalı idi. Güclə hesablaşmamaq odla oynamaq deməkdir. Buna görə də, soyuq düşüncənin zəfər çalacağına, İranın dövlət adamlarının daha realist olacaqlarına ümid edirəm. Günahsız insanları ölümə göndərmək qəhrəmanlıq deyil. Hazırkı mərhələdə Rusiya, Çin və Avropa İttifaqı kimi böyük güclərin, o cümlədən, qonşu ölkə kimi Türkiyənin vasitəçiliyinə böyük ehtiyac var”.
Q.Həsənquliyev qeyd edib ki, regionda müharibənin alovlanması Azərbaycanın milli maraqlarına da cavab vermir. “Çünki qonşu ölkə olmaqla yanaşı, İran həm də Azərbaycan türklərinin vətənidir. Ona görə də biz İranın inkişafını və tərəqqisini arzulayırıq. Müharibə itkilər və dağıntılar deməkdir ki, Azərbaycan türkləri də buna məruz qalacaqlar. Qasım Süleymani də türk idi. Məhz həm də buna görə biz zaman-zaman İran rəsmilərini böyük qarşıdurmadan yayınmaq üçün vəziyyəti gərginləşdirməməyə, heç bir şərt qoymadan ABŞ-la danışıqlara başlamağa çağırırdıq”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:4-01-2020, 11:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:4-01-2020, 11:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Bu gün, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Bu gün, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Bu gün, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45