Mayıs Səfərli dairəsini niyə dəyişdi? - özü aydınlıq gətirdi
Azərbaycanda fevral ayının 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək istəyən şəxslər arasında ikinci çağırış Milli Məclisin deputatı olmuş Yurddaş partiyasının sədri Mayıs Səfərli də var.
Eks-deputat bu dəfə seçkilərə 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən qatılıb.
Maraqlı məqam var ki, Mayıs Səfərli öncə 125 saylı dairədən namizədliyini irəli sürüb. Lakin sonrada öz istəyi ilə bu dairədən imtina edərək, 44 saylı dairədə sənədlərini təqdim edib.
Dairəni dəyişməsinin səbəbləri haqqında Modern.az-a danışan partiya sədri bu addımı Sumqayıt sakinlərinin təkidi ilə atdığını söyləyib:
“Mən Sumqayıtı və sumqayıtlıları yaxşı tanıyıram. Uzun illər orada çalışmışam, respublika qəzetlərinin birinin Sumqayıt üzrə zona müxbiri olmuşam. Sumqayıtın ekoloji problemlərinin, sakinlərin sosial-iqtisadi narahatlıqlarını həmişə kəsərli şəkildə işıqlandırmışam, böyük rezonans doğuran yazılarım olub. Tək yazmaqla deyil, problemlərin aradan qaldırılması ilə bağlı da ciddi fəaliyyət göstərirdim.
Mən Qubadlıdanam. Sumqayıtda çoxlu sayda qohum-əqrəbam yaşayır. Sumqayıtda məskunlaşan qaçqın və məcburi köçkünlərimiz məni dəvət etdilər və onların vəkili olmağımı istədilər. Mən də etiraz etmədim”.
Keçmiş deputat onu 15 il sonra yenidən parlament seçkilərinə qatılmağa vadar edən səbəblərə də toxunub. M. Səfərli peşəkar siyasətçi olduğunu xatırladıb:
“30 ilə yaxındır, peşəkar siyasətlə məşğul oluram. 1993-cü ildən fəaliyyət göstərən Yurddaş partiyasının sədriyəm. Partiyanın əsas qayəsi xaricdə yaşayan azərbaycanlılarla vətən arasında ünsiyyət körpüsü yaratmaq, onların hüquq və azadlıqlarının qorunmasıdır.
Bu məsələnin dövlət siyasətinə çevrilməsi üçün böyük işlər görmüşük. Diaspor Komitəsinin yaradılması, bununla bağlı qanunvericiliyin hazırlanmasında partiyanın rolu böyükdür. Ölkəmizin davamlı sosial-iqtisadi inkişafı, Qarabağ probleminin həlli, itirilmiş torpaqlarımızın qaytarılması partiyamızın əsas hədəflərindəndir. Bütün bunları nəzərə alaraq, yenidən parlament seçkilərində itirak etməyi qərara aldım. Hesab edirəm ki, bu məsələlərdə parlament daha mübariz olmalıdır. Mənim əvvəllər deputatı olduğum ikinci çağırış Milli Məclis mübarizliyi ilə seçilirdi.
Hazırda Azərbaycanda böyük islahatlar aparılır. Bütün sahələrdə olduğu kimi hakimiyyətin qanuncverici orqanı olan parlamentdə də islahatların aparılması vacibdir. İslahatların əhatə etdiyi parlamentdə iştirakı özümə vəzifə hesab edirəm”.
Sumqayıtda elektorat bazasının, dayaqlarım çox olduğunu vurğulayan partiya sədri rəqiblərinə uğurlar arzulayıb:
“Mən konkret iş görən biriyəm. İnsanların tanımadığı, görmədiyi deputatlardan olmamışam. Seçicilərin içərisindəyəm. Ona görə, rəqiblərimə uğurlar arzulamaqla yanaşı onların mənimlə apardığı yarışın özləri üçün çətin olacağını diqqətə çatdırmalıyam. Ən əsası, mən seçicilərimin qarşısına alnıaçıq, başı uca gedirəm”.
Paylaş:
Müəllif : Yazar
Tarix:13-01-2020, 12:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-01-2020, 12:28
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Bu gün, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Bu gün, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Bu gün, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45