Gölməçəyə dönmüş yollar, zibil problemi - Binə qəsəbəsindən şikayət - Foto
Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yollar bərbad vəziyyətdədir. Nəqliyyat vasitələri belə yolda çətinliklə hərəkət edir.
Bu barədə Binə qəsəbəsində yaşayan sakinlərdən biri paylaşım edib. Söhbət köhnə Binə bazarına gedən,146 nömrəli sərnişin avtobusunun hərəkət etdiyi yoldur.
Şikayətçinin sözlərinə görə, Binə qəsəbəsində demək olar ki, bütün yollar bu vəziyyətdədir:
“Hətta, yeni salınmış Ə.İsazadə küçəsində yağış yağan kimi gölməçələr əmələ gəlir. Bir az yağış yağandan sonra piyada keçidlərini keçmək mümkün deyil.
Sözügedən yoldan bir qədər irəli, sol tərəfdə “Ümid” uşaq evi yerləşir. Aidiyyəti qurumlardan bu məsələ ilə maraqlanmalarını xahiş edirəm. Bu balıq gölünə dönmüş küçələrlə uşaq evindəki uşaqlara hansı gələcəyi vəd edirik? Nə vaxta kimi belə davam edəcək?”
Sakinin sözlərinə görə, qonşular yığılıb öz hesabına küçələrə qum tökürlər.
Bundan başqa iddia olunur ki, hər cümə günü Bələdiyyənin təşkil etdiyi zibil maşını küçə qapılarına qoyulan zibil kisələrini götürmək üçün hər evdən 3 manatdan pul alır:
“Pul verməyən evlərin qapısındakı zibillər götürülmür. Hansı dövrdə yaşıyırıq? Vətəndaşa belə qayğı göstərirlər?”.
Ərazi üzrə İcra Hakimiyyəti və Bələdiyyə ilə əlaqə saxlamağa çalışsaq da, heç bir nəticə əldə edə bilmədik. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq. /Oxu.az
Paylaş:
Müəllif : Redaktor
Tarix:20-01-2020, 21:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:20-01-2020, 21:52
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
25-12-2024, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
25-12-2024, 12:45