“Bəs, 120 nəfərlik parlament nəyə lazımdır?” — Ekspert
Ötən gün Prezident İlham Əliyev məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərman imzalayıb.
Fərmanı şərh edən iqtisadçı ekspert Qubad İbadoğlu deyib ki, sənədlə tanış olanda ilk növbədə onu hazırlayanların hüquqi savadına şübhələr yaranır.
Əsas gözləntilər məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınmasından, onun müstəqilliyinin artırılmasından, bu sistemdə korrupsiya ilə mübarizədən ibarət olsa da bu fərman həmin problemlərin həllinə dair heç bir konktet mexanizmlər təklif etmir.
Buna misal olaraq Q. İbadoğlu bildirib ki, fərmanla hakimlərin gəlir və əmlaklarına dair bəyannəmələrin doldurulması və dərci nəzərdə tutulmayıb.
“Bir sözlə bu fərman məhkəmələrlə bağlı mövcud sualları cavablandırmaq əvəzinə yeni suallar yaradır”.
Ekspert qeyd edib ki, əsas suallar aşağıdakılardır:
-Sual olunur ki, bu islahatlar nə zaman başlamışdır ki, indi də o dərinləşdirilir?
- Fərmanda nəzərdə tutulur ki, sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə ixtisaslaşmış məhkəmə yaradılsın. Burdan iki sual yaranır. Birincisi, dərin hüquqi bilik və təcrübəsi olmayan hakimlər nə işlə məşğul olacaq? İkincisi, sahibkarlıq fəaliyyətinin predmeti əsasən mülki münasibətləri əhatə etdiyi halda onunla bağlı mübahisələrin hüquqi tənzimlənməsi üçün ayrıca məhkəmənin yaradılmasına ehtiyac nədən yaranır? Onun əvəzinə investisiyaların müdafiəsi üzrə müstəqil Ombudsman institutunun yaradılması nəzərdə tutulsa idi bu daha işlək və effektiv mexanizm ola bilərdi.
- Fərmanda nəzərdə tutulur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının effektivliyinin artırılması, xüsusən sahibkarlıqla bağlı məsələlərin məhkəmələrdə daha sürətli və səmərəli həllinin təmin edilməsi məqsədilə müvafiq orqanlar təkliflərini altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər. Sual olunur, əgər bu sahədə təkliflər 6 aya hazırlanacaqsa onda sahibkarlıq üzrə ixtisaslaşmış məhkəmənin yaradılmasına nə əsaslar fərman veirilir?
- Fərmanda qeyd olunur ki, cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirləri davam etdirmək məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, müvafiq qanun layihələrini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər. Sual olunur, əgər qanun layihəsinə də prezident baxırsa, bəs ona 120 nəfərlik parlament nəyə lazımdır?
- Fərmanda nəzərdə tutulur ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti dövlət hesabına həyata keçirilən hüquqi yardım üçün tələb olunan vəsaitin dəqiq proqnozlaşdırılmasını və mərkəzləşdirilmiş uçotunu təmin etmək məqsədilə cari ilin və növbəti illərin dövlət büdcəsində dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsaitin birbaşa Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ayrılması barədə müvafiq normativ hüquqi aktların layihələrini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Burda da ən azı iki sual yaranır. Birincisi, indiyə qədər bu maddə üzrə büdcə xərcləri nədən dəqiq proqnozlaşdırılmayıb? İkincisi, dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsaitin birbaşa Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ayrılması islahat xarakterinə görə nə məzmun daşıyır?
Q. İbadoğlunun sözlərinə görə, ümumiyyətlə bu fərmanda əks olunan texniki xarakterli dəyişikliklər təklifi ilə məhkəmə sistemində mövcud olan köklü problemləri həll etmək mümkün deyil:
“Görünür, bu fərmanın məqsədi də o deyildir. Əsas məqsəd görüntü yaratmaqdır ki, Azərbaycanda hərtərəfli islahat gedir, ən sonda məhkəmə sistemi də islahat olundu”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:4-04-2019, 11:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:4-04-2019, 11:21
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 10:33
Naxçıvan Səhiyyə Nazirliyində həbslər - Nazri Samiq Sadıxovun da həbs olunacağı gözlənilir İDDİA
20-11-2024, 11:26
“Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
20-11-2024, 11:24
ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
20-11-2024, 11:20