Məhkəmə sistemində nə dəyişiklik olacaq?
“Dövlət idarəçiliyinin bütün istiqamətlərində, xüsusilə də məhkəmə-hüquq sistemində köklü dəyişiklikləri özündə ehtiva edən isalahatların aparılması, inqilabi addımların atılması həmin dövrə aid mövcud ictimai münasibətlərin məzmununa yad olmamalı və vətəndaş cəmiyyətininin reaksiyasına rasional olmalıdır. Yoxsa atılan addımlar və görülən işlər zahirən başgicəlləndirici və ağızsulandırıcı olsa da əks effekt verərək neqativ nəticələrə gətirib çıxara bilər, ən yaxşı halda isə sadəcə kağız üzərində qalmaqla kifayətlənəcək”
Bunu vəkil Xəyal Bəşirov prezidentin ötən gün imzaladığı məhkəmə sahəsində həyata keçiriləcək islahatlarla bağlı fərmanından danışarkən deyib. O qeyd edib ki, dövlət başçısı tərəfindən “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” verilmiş fərman və onun məzmunu ölkəmizdə heç bir sahənin bu qədər dəyişikliyə və yeniliyə məruz qalmadığını deməyə tam əsas verir:
“Fərmanın məzmunundan da göründüyü kimi ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir.
Fərmanda ölkəmizin məhkəmə-hüquq sisteminin inkişafına lazımi təminat verən ən həssas və əhəmiyyətli məsələlərə toxunularaq onların müvafiq istiqamətdə dəyişikliyə məruz qalması üçün xəritə cızılır. Burada məhkəmə hakimiyyətinin nüfuzunun artırılması, cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, Konstitusiyamızda və qanunlarımızda təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət olunması, cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirləri davam etdirilməsinin vacibliyi vurğulanmaqdadır.
Dövlətimizin yürütdüyü siyasətinə ən həssas qütblərindən birində qərar tutan sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması, sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə ixtisaslaşmış məhkəmənin yaradılması, hakimlərin müstəqilliyini təmin etmək məqsədilə məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi, belə müdaxiləyə görə məsuliyyətin artırılması, hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların maddi təminatının əhəmiyyətli dərəcədə artırılması, məhkəmə icraatının obyektivliyini daha dolğun şəkildə təmin etmək üçün bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması, protokolun məhkəmə iclasının audioyazısına uyğun tərtibi tələbinin müəyyən edilməsi, mülki işlər, habelə inzibati xətalara, iqtisadi və inzibati mübahisələrə dair işlər üzrə məhkəmə ekspertizasının keçirilməsi, ekspert rəyinin verilməsi müddətlərinin dəqiqləşdirilməsi, məhkəmə prosesi tərəflərinin ekspertiza təyin edilməsi ilə bağlı hüquqlarının genişləndirilməsi fərmanın ölkəmizdə ədalət mühakiməsinin bütün cəmiyyətlərdə arzu olunan ideal səviyyəyə çatdırılmasına və cəmiyyətin bütün üzvləri ilə yanaşı ən sadə vətəndaş üçün belə, əl çatan olmasına hesablanmış addım kimi qiymətləndirməyə əsas verir.
Çox böyük sürətlə elektronlaşan dünyanın bir parçası olan ölkəmizdə artıq uzun müddətdir ki, reallaşdırılmasına başlanılan “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə əlaqədar prosesin yekunlaşdırılması, ölkəmizdə tam yeni təsisat olan mediasiya institutunun fəaliyyətinin reallaşdırılması ilə bağlı maarifləndirmə və təşviqat tədbirlərini həyata keçirilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrin məhkəmədənkənar həlli vasitələrinin genişləndirilməsi məqsədilə, xarici dövlətlərin qabaqcıl təcrübəsi nəzərə alınmaqla ölkəmizdə səmərəli beynəlxalq arbitraj prosedurlarının təşviqinə dair birgə təkliflərin hazırlanması, məhkəmələrin fəaliyyətini daha optimal şəkildə qurmaq, ədalət mühakiməsinin keyfiyyətini yüksəltmək və məhkəmələrdə işlərə baxılma müddətlərini qısaltmaq məqsədilə məhkəmə sisteminə daxil olan məhkəmələrin hakimlərinin ümumi sayının 200 nəfər artırılması da ölkəmizdə məhkəmə hakimiyyətinin həm forma, həm də məzmun baxımından təkmilləşdirilməsinə rəvac verir.
Dövlət başçısı tərəfindən qəbul edilmiş fərmanda ən çox diqqətçəkən məqamlardan biri də məhkəmə-hüquq sisteminin ayrılmaz tərkib hissəsi kimi bu gün çox böyük addımlarla inkişaf etməkdə olan Vəkillər Kollegiyasına onun vəkil üzvlərinin hakimlərlə, cinayət təqibini həyata keçirən orqanların əməkdaşları ilə qeyri-prosessual münasibətlərə yol verməsinin qarşısının alınması üçün tədbirləri gücləndirməsi ilə bağlı tövsiyənin olunması və ayrıca bir institut olan Vəkillər Kollegiyasının ruhuna uyğun onun müstəqilliyinin tam təmin olunmasına hesablanmış addım kimi, dövlət hesabına həyata keçirilən hüquqi yardım üçün tələb olunan vəsaitin birbaşa Vəkillər Kollegiyasına ayrılması ilə əlaqədar müvafiq tədbirlərin görülməsi bir daha bu təsisatın məhkəmə-hüquq sisteminin inkişafında əhəmiyyətli rolunun olmasından və dövlətin də bu rolun inkişafında çox maraqlı olmasından xəbər verir”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:4-04-2019, 14:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:4-04-2019, 14:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Dünən, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Dünən, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39