"AYƏTULLAH MİKE" ÖLDÜRÜLÜB? - "Süleymani əməliyyatının təşkilatçısı vurulan təyyarədə olub"
İran hakimiyyəti İnqilab Keşikçiləri Korpusunun generalı Qasım Süleymaninin İraqda öldürülməsi ilə nəticələnən əməliyyatın memarının Əfqanıstanda vurulan ABŞ təyyarəsində olduğunu bildirir.
Rəsmi Tehranın sözçüsü kimi tanınan “Mizan” yayım orqanı iddia edib ki, “Əl-Qaida” lideri Usame bin Ladenin öldürülməsi daxil olmaqla, çoxsaylı əməliyyatlara rəhbərlik edən Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) agenti Mixael Dandera Əfqanıstanda vurulan təyyarədə olub. Qeyd edək ki, təyyarə ötən gün vurulub. ABŞ tərəfi təyyarənin qəzaya düşdüyünü iddia edir. Taliban Hərəkatı isə təyyarənin onlar tərəfindən vurulduğunu bəyan edib. Ancaq ortaya dəlil də qoya bilməyib.
Son xəbər budur ki, təyyarədə cəmi 10 nəfər olub.
İddialara görə, təyyarə MKİ-yə məxsus olub. Baxmayaraq ki, ABŞ Hərbi Hava Qüvvələrinin qərargah rəisi, general Devid Qoldfeyn təyyarənin onlara məxsus olduğunu bildirib. MKİ-nin İran, Əfqanıstan və İraqda həyata keçirdiyi əməliyyatların rəhbəri kimi təqdim edilən Mixael Dandera ("Qaranlıq Şahzadəsi") eyni zamanda iranlı general Qasım Süleymaninin sui-qəsd planını hazırlayan şəxs hesab olunur.
ABŞ-ın ən təcrübəli kəşfiyyatçılarından sayılan Dandera 1979-cu ildən MKİ-də çalışır. Bu şəxsi müsəlman dünyası “Ayətullah Mike” ləqəbi ilə tanıyır. Hətta onunun xanımının müsəlman olduğu haqda iddialar da zaman-zaman mətbuatda yayılıb. Bir neçə il əvvəl Ayətullah Mike MKİ-də İranla bağlı şöbənin başına gətirilmişdi.
İran daxilində baş verən mitinqlərin kənardan idarə edilməsi iddiaları ortaya atılan zamanlarda Ayətullah Mikenin adı xüsusilə çəkilib.
Bu saata qədər ABŞ tərəfi təyyarədə ölən 10 nəfərdən birinin Mixael Dandera olub-olmadığına dair məlumat yaymayıb.
***
Ötən gün Əfqanıstanın Qəzni əyalətində qəzaya uğrayan və “Taliban” tərəfindən vurulduğu açıqlanan ABŞ hərbi təyyarəsində həlak olanlardan biri İran generalı Qasım Süleymaninin öldürülməsi əməliyyatını kurasiya edən kəşfiyyat zabitidir.
Virtualaz.org xəbər verir ki, bu sensasion məlumatı İranın “Mehr” agentliyi Rusiya kəşfiyyatındakı mənbələrə istinadən yayıb. Bildirilir ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus olan və “Bombardier” kiçiktutumlu təyyarəsinin bazasında yığılmış USAF E-11 BACN təyyarəsinin göyərtəsində olanlardan biri Mərkəzi Kəşfiyyat İdarəsinin yüksək rütbəli zabiti Maykl D` Andreadır. O, Mərkəzi Kəşfiyyat İdarəsinin Yaxın Şərq üzrə əməliyyatlarını, o cümlədən general Süleymaninin öldürülməsini kurasiya edib.
ABŞ rəsmi qaynaqları bu sensasion məlumata hələlik münasibət bildirməyiblər.
Əfqan “Taliban” hərəkatı isə bəyan edib ki, Qəzni vilayətində vurulan təyyarədə Mərkəzi Kəşfiyyat İdarəsinin “çoxsaylı yüksək rütbəli əməkdaşları” həlak olub. Bu məlumatı da “Taliban”a istinadən İranın “Tasnim” agentliyi yayıb.
“Reuters” agentliyi Qəzni vilayətinin polis rəisinə istinadən bildirir ki, təyyarənin düşdüyü yerdə dörd cəsəd tapılıb, daha iki nəfər sağ qalıb. Lakin onların taleyi məlum deyil. Anonim ABŞ mənbələri isə təyyarənin göyərtəsində azı 5 nəfərin olduğunu təsdiq ediblər.
Bombardier E-11A BACN təyyarəsi dağlıq ərazilərdə hava rabitə qovşağı kimi istifadə edilir. Birləşmiş Ştatlar hələlik təyyarənin “Taliban” tərəfindən vurulduğunu təsdiq, yaxud təkzib etməyib.
Virtualaz.org xatırladır ki, Maykl D` Andrea “ayətullah Mayk” və “Qara şahzadə” ləqəbi ilə tanınan məşhur kəşfiyyatçıdır. Məhz d’Andrea “Əl-Kaida”nın keçmiş lideri Üsamə ben Ladenin qətli üzrə əməliyyata nəzarəti həyata keçirib. 2017-ci ilin yayında o, Mərkəzi Kəşfiyyat İdarəsinin İran üzrə əməliyyatlarına rəhbər təyin edilib. Həmin vaxt “ayətullah Mayk”ın bu təyinatı prezident Donald Trampın İrana qarşı daha mürtəce siyasət yürüdəcəyinin sübutu kimi qəbul edilmişdi.
“O, olduqca aqressiv proqramı həyata keçirə və bunu çox ağıllı şəkildə edə bilir”, –xüsusi xidmət orqanının keçmiş hüquqşünası Robert İtinger “ayətullah Mayk”ın təyinatını şərh edərkən belə deyib. d’Andrea barədə o məlumdur ki, 50-dən bir az artıq yaşı var və İslamı qəbul edib.
2018-ci ildə kütləvi aksiyalar və iğtişaşlar İranı bürüyəndə bu ölkənin baş prokuroru “ayətullah Mayk”ı günahlandırmışdı və iğtişaşları onun təşkil etdiyini açıqlamışdı.
Xatırladaq ki, İran İnqilab Keşikçiləri Korpusunun generalı Qasım Süleymani yanvarın 3-də Bağdad hava limanı yaxınlığında öldürülüb. Az sonra ABŞ tərəfi elan edib ki, general Süleymaniyə qarşı sui-qəsd əməliyyatını onlar həyata keçirib.
İran buna qarşılıq olaraq yanvarın 8-də İraqdakı bəzi ABŞ bazalarına raket zərbəsi endirmişdi.
Paylaş:
Müəllif : Redaktor
Tarix:28-01-2020, 20:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:28-01-2020, 20:47
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24