"KORONAVİRUS CƏBHƏSİ": Çin epidemiyanın qarşısını görünməmiş tədbirlərlə alır
Çin hakimiyyəti yanvarın 27-dən virus xəstəliyinin yayılmasının qarşısını almaq üçün tədbirlər planını genişləndirib. Xəstəlik artıq epidemiya miqyası almaqdadır. Dünyanın ən çox əhalisi olan ölkəsinin hökumətinin qərarı ilə yeni il bayramı (şərq təqvimi ilə) uzadılıb.
Bununla da əhalini evlərdə saxlamaqla infeksiyanın yaılmasının qarşısının alınmasına cəhd göstərilmiş olub. Belə ki, artıq ölənlərin sayı 120 nəfərə çatıb (Associated Press).
Honkonq elan edib ki, öz ərazisinə Hubey əyaləti sakinlərinin girişini qadağan edəcək. Bu əyalət Uxan şəhəri ilə birlikdə virus mənbəyinin episentrində yerləşir.
Çinin turizm agentliklərinə bütün ölkə üzrə qrup halında turların qadağan olunması tapşırığı verilib ki, bu da iqtisadi itkilərin artması deməkdir.
Yanvarın 22-də Uxan şəhərinə təyyarələrin, qatarların və avtobusların hərəkətinin dayandırılması ilə fövqəladə tədbirlərə başlanıb. Virusun ilk dəfə aşkar olunduğu 11 milyon nəfərin yaşadığı şəhər Çinin mərkəzində yerləşir. Bu nəqliyyat qadağasını hakimiyyət sonradan ümumilikdə, toplam əhalisi 50 milyon nəfər təşkil edən 17 şəhərə aid edib. Bu, xəstəliyin yayılması ilə mübarizədə ən miqyaslı çalışmaların başlandığı deməkdir.
Ötən ilin sonu - Çində ən canlı turizm mövsümü yaxın bazar gününə – yanvarın 30-na keçirilib. Məqsəd «kütləvi toplantıları azaltmaq»dan və «epidemiyanın yayılmasını bloklamaqdan» ibarətdir. Ölkə nazirlər kabinetinin bəyanatında belə deyilir.
Şanxayın – 25 milyon əhalisi olan meqapolisin və qlobal işgüzar mərkəzin hökuməti bayramları daha bir həftə – fevralın 9-na qədər uzadıb. O, stadionların və digər ictimai yerlərin bağlanması göstərişini verib. Çin məktəblərinin xüsusi göstəriş olana qədər bağlı qalması qərara alınıb.
Virus Çinin sərhədlərini aşıb və onun yayılması bütün dünyada müşahidə olunur. Cənubi Koreya yoluxma üzrə özünün dördüncü hadisəsini bazar ertəsi təsdiqləyib.
Ayrı-ayrı hallar həm də Tailandda, Tayvanda, Yaponiyada, ABŞ-da, Vyetnamda, Sinqapurda, Malayziyada, Nepalda, Fransada, Kanadada və Avstraliyada təsdiqlənib. Bİrləşmiş Ştatlar Vaşinqton, Kaliforniya, Arizona ştatlarında və Çikaqo şəhərində xəstəlik halını təsdiqləyib.
Çin həm də Honkonqda 7 və Makaoda 2 yoluxma hadisəsi barədə xəbər verib.
Çin rəhbərliyinin ikinci şəxsi – Dövlət Şurasının Baş naziri Li Kentsyan epidemiyanın profilaktikası üzrə işlərə rəhbərlik etmək üçün yanvarın 27-də Uxana gəlib – bu barədə hökumətin saytında xəbər verilir.
Yerli KİV-də dərc olunmuş fotolar göstərir ki, Çinin Baş naziri göy xalatda və yaşıl maskada xəstəxanalardan birinin əməkdaşlarının əhatəsindədir. Bir qədər sonra hökumət başçısı Uxanda bir supermarketdə olub.
Alıcılar da maskada onu salamlayıblar: «Yeni iliniz mübarək!».
Çin Xalq Respublikası (ÇXR) Milli Səhiyyə Komissiyasının son məlumatına görə, yanvarın 27-si səhər saatlarına 2744 virusla yoluxma halı təsdiqlənib.
Bazar günü Hubey əyalətində 24 yeni ölüm hadisəsi qeydə alınıb. Ən cavan pasiyent isə 9 aylıq qızcığaz (Pekində) olub.
ÇXR səhiyyə naziri bundan əvvəl bəyan edib ki, ölkə «böhran mərhələsi»nə daxil olur, çünki «görünüyü kimi, virusun yayılma xüsusiyyəti daha da güclənir».
Çin lideri Si Tsizinpin baş verənləri «ciddi vəziyyət» adlandırıb.
Paylaş:
Müəllif : Redaktor
Tarix:30-01-2020, 00:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:30-01-2020, 00:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
27-12-2024, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
27-12-2024, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01