“100 milyardlarla dollardan Azərbaycan da pay götürmək istəyirdi” - Koronavirusun puç etdiyi plan
Bu il Azərbaycana çoxlu sayda çinli turistin gələcəyi görlənilirdi. Hətta onların sayının ölkəmizə gələn ərəbləri geridə qoyacağı, çinlilərin ərəblərlə əvəzlənəcəyi ilə bağlı fikirlər səslənirdi.
Martın 1-də Pekində Dövlət Turizm Agentliyi və Çin Xalq Respublikası Mədəniyyət və Turizm Nazirliyi arasında çinli turistlərin ölkəmizə qrup səfərlərinin sadələşdirilməsi haqqında anlaşma memorandumu imzalanıb. Azərbaycan tərəfdən agentliyin sədri Fuad Nağıyev qeyd edib ki, yeni müqaviləyə əsasən, yaxın illərdə Azərbaycana gələcək çinli turistlərin sayı 200 min nəfərə çata bilər.
Lakin Çində tüğyan edən koronavirus epidemiyası bu arzuları puç etdi. Belə ki, hazırda bu təhlükəli virusla bağlı Azərbaycanda Çinə, həmçinin əksinə olan təyyarə səfərləri dayandırlıb. Elə cə də digər ölkə vətəndaşları da Çinə, hətta başqa ölkələrə getməyə çəkinir.
Bəs bu koronavirus xofu qarşıdan gələn yay turizm mövsümünə necə təsir edəcək? Bunun Azərbaycanın turizm bazarı hansı təsirləri olacaq?
Bununla bağlı iqtisadi ekspert Natiq Cəfərli ilə əlaqə saxladıq. O, açıqlamasında bildirib ki, bu virusun ölkənin turizminə mütləq təsirləri olacaq:
“Əslində hələ də çinli turistlərin böyük həcmdə Azərbaycana gəldiyini demək mümkün deyildi. Yeni əlaqələrin qurulması, yeni səfərlərin açılması ilə bağlı danışıqlar gedirdi. Səfər saylarının artırılması, uçuşların artırılması, şəhərlərin çox çeşitli olması bununla bağlı ilkin memorundumlar imzalanmışdı.
Amma indi son məlumatlar belədir ki, AZAL uçuşların dayandırılması barədə qərar verib. Hazırda Azərbaycana gələn çinli turistlərin sayının az olması birbaşa turizm bazarına təsir etməyəcək. Ümumiyyətlə, çinli turistlər dünya turizm bazarında ən çox səfər edən turistlərdəndir. Hər il təqribən 150-180 milyon nəfər çinli dünyanın müxtəlif ölkələrinə səfər edirlər. Bu səfərlərdə isə 100 milyardlarla dollar pul xərcləyirlər. Təbii ki, Azərbaycan da buradan öz payını almaq istəyirdi. Amma indi bu koronavirusla bağlı dünyanın bir çox ölkələri Çinlə əlaqələrini kəsib, uçuşları dayandırıb. Bu dünyanın turizm bazarına ciddi mənfi təsir göstərəcək.
Başqa bir hal da ondan ibarətdir ki, digər ölkələrdən səfərlərə çıxmaq istəyənlər belə səfərlərini təxirə salırlar. Çünki səfər etmək müəyyən təhlükələrə yol açır. Azərbaycana gələn turistlərin sayında da müəyyən azalmalar olacaq. Söhbət təkcə çinli turistlərdən getmir, digər ölkələrin turistlərində də azalmalar olacaq. Amma Azərbaycan turizminin bir özəlliyi də var ki, bizə səfər edənlərin çoxu Rusiya və Gürcüstandandır. Amma ərəb ölkələrindən, avropa ölkələrindən gələn turistlərin sayında müəyyən azalmalar ola bilər.
Hətta bu yaxınlarda Avropa Turizm Agentliyinində belə bir açıqlaması olmuşdur ki, bu virus panikası yaşanandan sonra otelləri rezervasiya edənlərin 30 faizi öz bronlarını geri çəkiblər. Ümumilikdə, turizmə maraq azalıb. Bu nöqteyi-nəzərdən Azərbaycana da bu virusun müəyyən təsirləri olacaq”.
DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi də bu baərədə mənfi proqnozlar verib. “Trend”ə danışan sədr qeyd edib ki, planlaşdırılan 200 minlik çinli turist axını baş tutmayacaq:
“Bildiyimiz kimi, Azərbaycana Çindən elə də çox sayda turist axın etmir. Ancaq ötən il hər iki ölkə arasında memorandum imzalanmışdı. Yeni müqaviləyə əsasən yaxın vaxtlarda ölkəmizə 200 minə qədər turistin cəlb olunması planlaşdırılırdı. Çox təəssüf ki, 200 min turisti itirdik”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:31-01-2020, 16:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:31-01-2020, 16:38
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08