Siqaretin qiymətini niyə qaldırdılar? – Şərh
"Siqaretlərin bahalaşması gözlənilən idi”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanda siqaretlərin bahalaşmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, hələ ötən ilin sonunda aksiz dərəcələrinin artırılması ilə bağlı qərar verilib:
"Ona görə də bu, gözlənilən idi. Əslində dünya ölkələrinin bir çoxunda siqaretlərin və spirtli içkilərin qiymətinin artırılmasında hökümət o qədər də ictimai rəyi nəzərə almır. Çünki bunlar sosial məsələlər olmadığından rahatlıqla qiymət artımına gedirlər. Bizdə də ciddi sosial etiraz doğurmayacağını bildikləri üçün bu addımı atdılar. İnsanlar var ki, siqaretin daha da baha olmasından yanadırlar. Çünki siqaret bahalaşdıqca sağlam həyat tərzinə keçən insanların sayı artacaq. Ona görə də Azərbaycan höküməti də spirtli içkilərin və siqaretlərin qiymətini artırmaqda heç bir problem görmür”.
Natiq Cəfərlinin fikrincə, siqaretin bahalaşmasından əldə olunan əlavə gəlir insanların sağlamlığına yönəlməlidir:
"Dünyanın bir çox ölkələrində belə praktika var. Əgər tütün və spirtli içkilərin qiyməti artırılırsa, ondan gələn əlavə gəlir sağlamlığa xərclənir. Azərbaycanda da belə bir modelə keçməyə ehtiyac var. Hökümətin spirtli içkilər və siqaretlərin qiymətinin qaldırmasında problem yoxdur. Amma əldə olunacaq əlavə gəlir insanların sağlamlığına yönəlməlidir. Pulsuz dərmanların siyahısını artırmaq və insanların buna əlçatanlığını təmin etmək, tibbi sığortaya yönəltmək lazımdır. Yəni, bunlar baş vermirsə, deməli, hokümət bu siyasətdən də doğru nəticə çıxartmır. Siqaretin bahalaşmasının xeyrini sadə vətəndaşlar görməlidir. Əgər bunlar baş versə, insanlar siqaretin bahalaşmasını daha normal qarşılayar”.
Qeyd edək ki, dünəndən başlayaraq Bakıda bir sıra market və dükanlarda siqaretlər fərqli qiymətə satılıb. Qiyməti 2 manat 50 qəpiyə qədər olan siqaretlər 20 qəpik, qiyməti 2 manat 50 qəpikdən yüksək olan siqaretlər isə 30 qəpik baha satılıb.
Paylaş:
Müəllif : Redaktor
Tarix:2-02-2020, 11:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:2-02-2020, 11:06
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07