Səlahiyyəti başa çatmadan vəfat edən deputatlar – Siyahı
Bu gün Azərbaycanda Milli Məclisə VI çağırış seçkilər keçirilir. 125 deputat kürsüsü uğrunda 1314 namizəd mübarizə aparır.
Növbədənkənar parlament seçkilərində həm gənc, həm də yaşlı namizədlər iştirak edir.
Həyatın amansız qanunları var. Bəzən əcəl insanı gözlənilmədən, qəfil də yaxalayır. Evdə, iş başında, yol gedərkən, səyahət zamanı və digər anlarda neçə-neçə insan qəfil həyatını itirir.
Azərbaycanda xeyli deputat qəfil ölüm səbəbindən səlahiyyətlərini sonadək icra edə bilməyib.
“Yeni Sabah” Modern.az-a istinadən 1995-ci ildən 2020-ci ilə qədər Milli Məclisin deputatı statusunu daşıyarkən qəfil ölümə yaxalanan mərhum parlament üzvlərini xatırladır.
1995-ci ildə keçirilən seçkilərə bitərəf kimi qatılmış və 54 saylı Balakən seçki dairəsi üzrə deputat seçilmiş Əli Ansuxski 1996-cı ildə Bakının mərkəzində, Azərbaycan prospektində yerləşən evinin qarşısında məruz qaldığı sui-qəsddə odlu silahla qətlə yetirilib. Birinci çağırış Milli Məclisin deputatı olmuş Ə.Ansuxski uzun illər Balakəndə rəhbər vəzifələrdə çalışıb. O, xeyriyyəçi, bölgə ağsaqqalı kimi çox məşhur idi.
Deputat Ziya Bünyadovun da taleyi faciəli olub. Birinci çağırış Milli Məclisin deputatı seçilən Z.Bünyadov seçkilərdən 2 il sonra öldürülüb. 1997-ci ildə yaşadığı evin girişində qətlə yetirilən deputatın ölümü Azərbaycan cəmiyyətini şoka salmışdı. Yeni Azərbaycan Partiyasının siyahısı üzrə seçilən Z.Bünyadov hakim partiyanın nüfuzlu şəxsi sayılırdı.
Milli Məclisin birinci çağırışına 48 saylı Ağdam kənd seçki dairəsindən deputat seçilən Sofiq Hüseynov dünyasını erkən dəyişən millət vəkilləri siyahısındadır. Deputat 1996-cı ildə xəstəlikdən dünyasını dəyişib. İqtisad elmləri doktoru olan Sofiq Hüseynov mərhum Heydər Əliyevin 1995-ci ilin martında imzaladığı fərmanla yaradılımış Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi proqramını hazırlamaq üzrə Dövlət komissiyasının üzvü olub.
Deputat Şadman Hüseyn də səlahiyyətlərinin davam etdiyi dövrdə dünyasını dəyişib. 1995-ci ildə ilk dəfə AMİP-dən parlamentə düşən Şadman Hüseyn daha sonra partiyadan ayrılaraq, 2003-cü ildə əlavə seçkilər zamanı mandat qazanıb. Lakin qəfil ürək tutmasından vəfat edən millət vəkili deputatlıq müddətini başa vura bilməyib.
Milli Məclisin ikinci çağırışının deputatı professor Şamil Qurbanov 2004-cü ildə mandat müddətini bitirməyə bir il qalmış ürək tutmasından vəfat edib.
Parlamentin daha bir üzvü Yusif Vəkilov (Səmədoğlu) 1998-ci ildə dünyasını dəyişib. 1995-ci ildə 26 saylı birinci Nəsimi seçki dairəsindən deputat seçilən tanınmış yazıçı bitərəf olub. Onun "Qətl günü” romanı Azərbaycan ictimaiyyəti arasında geniş rezonans doğurmuşdu.
Milli Məclisin Hüquq Siyasəti Komissiyasının sədri olmuş Zakir Zeynalov da səlahiyyətləri başa çatmadan vəfat edən deputatlardandır. O, parlamentdə nüfuzlu və hörmətli deputatlardan sayılıb. Hüquq elmləri doktoru olmuş Z.Zeynalov Tovuz şəhər seçki dairəsi üzrə deputat seçilmişdi. Deputat 2003-cü idə öz iş otağında ürək tutmasından vəfat edib.
Milli Məclisin ikinci çağırışında – 2000-ci ildə deputat seçilən Samur Novruzov Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü idi. O, 2001-ci ilin 24 sentyabrında dünyasını dəyişib.
Milli Məclisin deputatı olmuş, "91-lər”dən biri - İbrahim İsayev də millət vəkilliyi dövründə dünyasını dəyişib. YAP üzvü olan İ.İsayev ikinci çağırış Milli Məclisə 2000-ci ildə 88 saylı Tovuz kənd–Gədəbəy seçki dairəsindən majoritar qaydada seçilmişdi.
Milli Məclisin üzvü, tanınmış qiraət ustası olmuş, Xalq artisti Mikayıl Mirzə 2006-cı ildə 59 yaşında vəfat edib. Pafoslu çıxışları ilə parlamentdə diqqət çəkən M.Mirzə 2002-ci ildə keçirilən əlavə seçkilərdə bitərəf deputat kimi parlamentə seçilmişdi.
Azərbaycanın tanınmış dövlət və siyasi xaddimi Afiyəddin Cəlilov da Milli Məclisin dünyasını dəyişən sabiq üzvlərindəndir. 1992-ci ildən Milli Məclis sədrinin müavini olmuş Afiyəddin Cəlilov Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində və onun daxili və xarici siyasətinin formalaşmasında fəal iştirak edib. Parlamentin sabiq sədr müavini 1994-cü il sentyabrın 29-da müəmmalı şəkildə qətlə yetirilib.
Milli Məclisin üzvü akademik Fərəməz Maqsudov 1997-ci ildə Elmlər Akademiyasının prezidenti olub və Azərbaycanın ictimai həyatında əvəzsiz xidmətləri ilə yadda qalıb. Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş Fərəməz Maqsudov 2000-ci ildə dünyasını dəyişib.
Mərhum millət vəkili Səfiyar Musayev 1999-cu ildə dünyasını dəyişib. Tarix elmləri doktoru, professor Səfiyar Musayev Yeni Azərbaycan Partiyasının əsas simalarından olub.
2006-cı il mayın 13-də 110 saylı Zaqatala seçki dairəsindən deputat seçilən Hikmət Atayev yol nəqliyyat qəzasında dünyasını dəyişib. 7 mart 2013-cü il tarixində Gürcüstandan Balakən istiqamətində gedərkən deputatın idarə etdiyi "VAZ-2106" markalı maşın "VAZ-21015" markalı avtomobillə toqquşub. Nəticədə Hikmət Atayev aldığı xəsarətdən hadisə yerindəcə vəfat edib. Yeni Azərbaycan Partiyasının üzvü olmuş deputat həm də tanınmış həkim idi.
2018-ci il aprelin 15-də isə Milli Məclisin üzvü, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat Astan Şahverdiyev Qusar rayonunda dünyasını dəyişib. Deputat qəfil ürək tutmasından vəfat edib. Astan Şahverdiyev 2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü, 2005-ci ildən isə Milli Məclisin deputatı idi.
Paylaş:
Müəllif : Redaktor
Tarix:9-02-2020, 20:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:9-02-2020, 20:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24