Ən az fərqlə qalib gələn deputatlar
Mərkəzi Seçki Komissiyası dünənki parlament seçkilərinin ilkin nəticələrini açıqlayandan sonra məlum olub ki, bir neçə namizəd minimal faizlə lider olublar.
Maksimal göstərici 1 Saylı Şərur-Sədərək Seçki Dairəsində qeydə alınıb. Burada Vasif Talıbov 94,6 faiz səslə qalib gəlib. Digər namizədlər isə ortalama 45-70 faiz arasında səs toplaya biliblər. Lakin bu seçkidə aşağı faiz göstəricisi ilə qalib gələn namizədlər də diqqəq çəkib.
Belə ki, 79 Sayli İmişli Seçki Dairəsindən Razi Nurullayev 20,9 faiz səslə qalib gəlib. O, 41 min 804 seçicidən 2 min 703 səs ala bilib.
61 saylı Neftçala seçki dairəsindən keçmiş deputat Sabir Rüstəmxanlı 21,4 faiz səslə lider olub. Həmin dairədən 42 619 seçicidən 2 824 nəfəri S.Rüstəmxanlıya səs verib.
47 saylı Mingəçevir seçki dairəsindən YAP-ın namizədi Aydın Mirzəzadə 30,1 faizlə qalib gəlib. O, dairə üzrə 37 745 seçicidən 2550 səs alıb.
41 saylı Sumqayıt birinci seçki dairəsindən Hicran Hüseynova 32,6 faiz səs yığıb. 43 149 seçicidən 3556 nəfər onun deputat seçilməsi istəyib.
16 saylı Yasamal ikinci seçki dairəsindən Erkin Qədirli 35,6 faiz səslə lider olub. O, 35 257 seçicidən 2507 səs alaraq deputat mandatı əldə edib.
Paylaş:
Müəllif : Redaktor
Tarix:10-02-2020, 19:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:10-02-2020, 19:51
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Dünən, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Dünən, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39
Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - “İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur”
22-11-2024, 15:36