reklam
Regionxeberlericom.az » Araşdırma » Prezidentə ən çox hansı rayonlardan şikayət edilir – Siyahı

reklam

Prezidentə ən çox hansı rayonlardan şikayət edilir – Siyahı


"Ümumilikdə respublika üzrə vətəndaş müraciətlərinə baxılmasının təhlilindən məlum olur ki, ötən il ərzində dövlət hakimiyyəti orqanlarına daxil olmuş vətəndaş müraciətlərinin 83,7 faizinə mərkəzi, 16,3 faizinə isə yerli icra hakimiyyəti orqanlarında baxılıb".
 
Bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun rəsmi mətbuatda dərc edilmiş məqaləsində bildirilib.

Yazıda qeyd edilir ki, bu müraciətlərin növ etibarilə təhlili onların 71,6 faizinin ərizə, 27,7 faizinin şikayət, 0,7 faizinin isə təkliflərdən ibarət olduğunu göstərir.

Mərkəzi icra hakimiyyəti orqanlarında və digər qurumlarda baxılmış müraciətlərin 31,8 faizi müsbət həll olunmuş, 3,1 faizi qismən təmin edilmiş, 8,8 faizi əsassız sayılmış, 35,1 faizində qaldırılan məsələlərə dair vətəndaşlara müvafiq izahat verilmişdir. Müraciətlərin 13,8 faizi baxılmaq üçün aidiyyəti qurumlara göndərilmiş, 7,4 faizi icradadır.

Yerli icra hakimiyyətlərində müraciətlərin 19,2 faizi müsbət həll olunub, 1,9 faizi qismən təmin edilib, 2,5 faizi əsassız sayılıb, 62,7 faizi barədə müvafiq izahat verilib. Müraciətlərin 8,4 faizi baxılmaq üçün aidiyyəti qurumlara göndərilmiş, 5,3 faizi icradadır.

2019-cu ildə mərkəzi icra hakimiyyəti orqanlarına ünvanlanmış vətəndaş müraciətlərinin 71,1 faizi bilavasitə vətəndaşlardan, 28,9 faizi isə yuxarı və ya digər dövlət orqanlarından daxil olub. Yerli icra hakimiyyəti orqanlarında isə bilavasitə vətəndaşlardan və yuxarı dövlət orqanlarından daxil olmuş müraciətlərin nisbəti 47,3 faiz və 52,7 faiz təşkil edib.

Yerli icra hakimiyyəti orqanlarının Prezident Administrasiyasına təqdim etdikləri hesabatların təhlili göstərir ki, ötən il həmin -orqanlara daxil olmuş müraciətlərin sayında artım var. Ən çox artım Bakı şəhərinin rayonlarında, Mingəçevir, Şəki, Şirvan, Yevlax şəhərlərində, Ağdaş, Ağsu, Astara, Cəbrayıl, Gədəbəy, Göyçay, Xaçmaz, Xızı, İmişli, Kəlbəcər, Kürdəmir, Qax, Qobustan, Lerik, Masallı, Neftçala, Saatlı, Siyəzən, Şabran, Şamaxı, Şəmkir, Tovuz, Zəngilan, Zərdab, digər şəhər və rayonlarda qeydə alınıb.

Bununla belə, Kəngərli, Naftalan, Xocavənd, Laçın, Oğuz, Şuşa, Tərtər, digər şəhər və rayonlarda icra hakimiyyətlərinə daxil olan müraciətlərin sayı azalıb.

Yerli icra hakimiyyətlərindən daxil olmuş məlumatların təhlili göstərir ki, bəzi şəhər və rayonlardan olan vətəndaşlar yaşadıqları ərazinin yerli icra hakimiyyəti orqanları ilə müqayisədə yuxarı dövlət orqanlarına daha çox müraciət edirlər. Məsələn, Nizami, Yasamal, Gəncə, Mingəçevir, Naftalan, Şirvan, Ağdam, Ağdaş, Ağsu, Astara, Balakən, Beyləqan, Biləsuvar, Cəlilabad, Daşkəsən, Göyçay, Göygöl, İmişli, Kəlbəcər, Kürdəmir, Qəbələ, Qobustan, Laçın, Neftçala, Saatlı, Salyan, Samux, Şabran, Şamaxı, Tovuz, Yardımlı, Zaqatala, digər şəhər və rayonların icra hakimiyyətlərinə bilavasitə daxil olan müraciətlərin sayı həmin rayonlardan yuxarı orqanlara göndərilən müraciətlərə nisbətən daha az olub. Bu, bəzi hallarda yerli icra hakimiyyəti orqanlarında vətəndaş müraciətlərinə laqeyd yanaşılması ilə əlaqədardırsa, digər hallarda müraciətlərdə qaldırılan məsələlərin həmin orqanların səlahiyyətində olmaması ilə bağlıdır.


Paylaş:


Müəllif : Tarix:
19-02-2020, 08:34
Sikayət   


loading...
Загрузка...