"Bəzi arqumentləri var, sonra ictimaiyyət bunları öyrənəcək" - İlkin Süleymanovun vəkilləri
Tovuz rayonu Dondar Quşçu kəndinin 10 yaşlı sakini Nərmin Quliyevanı öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun vəkilləri istintaqın gedişatından narazıdırlar.
Vəkil Zabil Qəhrəmanov Oxu.Az-a bildirib ki, iş üzrə istintaq materialları vəkillər üçün qapalıdır, bu isə prosedur qaydalarının pozulmasıdır.
"Qanuna görə, təqsirləndirilən şəxs və onun vəkili cinayət işinin materialları ilə tanış olmaq hüququna malikdir. Bu, onlara toplanmış sübutları qiymətləndirməyə, əlavə istintaq hərəkətləri üçün vəsatət təqdim etməyə və məhkəmədə iştirak üçün mövqelərini formalaşdırmağa imkan verir. İstintaq 10 gün ərzində müdafiə tərəfini iş materialları ilə tanış etməlidir. Amma biz hətta qətlə yetirilən Nərmin Quliyevanın cəsədinin yarılma müayinəsində hansı rəyin verildiyini və istintaqın onu nə vaxt aldığını bilmirik. Bizə ittihamın mahiyyəti və məzmunu barədə məlumat verilməli idi", - deyə Z. Qəhrəmanov bəyan edib.
Yanvar ayının sonunda İ.Süleymanovun vəkilləri müvəkkilinə münasibətdə məhkəmə tibbi ekspertizasının təyin edilməsi xahişi ilə Azərbaycan Baş Prokurorluğuna müraciət edib.
İ.Süleymanov məhkəmədə onlarla görüşərkən, həbs edildikdən sonra aldığı bədən xəsarətlərini göstərib. Saxlanılan şəxs bütün etiraflarını fiziki təzyiq və işgəncə altında etdiyini bildirib.
Ancaq 20 gündən çox vaxt keçməsinə baxmayaraq, prokurorluq müdafiə tərəfinin tələbinə cavab verməyib.
"İlkini istintaq təcridxanasında gördüm və istintaq orqanının cavabını gözləyirəm. Müdafiə tərəfinin bəzi arqumentləri var, amma bunları açıqlamırıq. Sonra ictimaiyyət bunları öyrənəcək", - deyə vəkil əlavə edib.
Qeyd edək ki, təqsirləndirilən şəxsin üç vəkili var: Gəncə bürosunu təmsil edən Zabil Qəhrəmanov, həmçinin Vəkillər Kollegiyasının Bakı bürosundan Əlibaba Rzayev və Murtuzəli Abbasov.
İ.Süleymanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2-ci (qəsdən adam öldürmə) və 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham olunur.
Xatırladaq ki, Nərmin Quliyeva 21 noyabr saat 15:00-da qonşuların toy şənliyi zamanı qaçırılmışdı. Yanvarın 6-da onun yanmış meyiti yaşadığı evin yaxınlığında tapılıb. Qonşulara və polisə qızın cəsədinin tapılması barədə ilk məlumat verən İ.Süleymanov olub.
Paylaş:
Müəllif : Redaktor
Tarix:19-02-2020, 20:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:19-02-2020, 20:36
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09