Neftçalada baş verənlərin pərdəarxası: Ağamalının qalmaqallı bəyanatı və başçının həbsi...
Günün lap əvvəlindən Neftçala rayon İcra Hakimiyyətində xüsusi təyinatlılarınn keçirdiyi əməliyyat haqqında məlumatlar yayılmışdı. Hətta bəzi saytlar bunu yanlış olaraq "İcra Hakimiyyətinə basqın" şəklində tirajlamışdılar və xüsusi təyinatlıların hansı quruma məxsus olduğunu yazmamışdılar. Qısa müddət sonra həmin məlumatlar saytlardan sildirildi. Böyük ehtimalla, xüsusi əməliyyatın maraqları üçün belə addım atıldı.
Günün ortalarına doğru Neftçala Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyat apardığı, İcra başçısı İsmayıl Vəliyevin və birinci müavini Vurğun Ələkbərovun saxlanılması haqda mediada qeyri-rəsmi mənbələrə istinadla xəbərlər görünməyə başladı.
Bu arada mediada və sosial şəbəkələrdə bu həbslərin hansı səbəblərdən qaynaqlandığına dair versiyalar peyda odu. Bəzi versiyalara görə, bu rayonda da Ağstafadakı və Yevlaxdakı kimi rüşvət və ictimai işlərə cəlb olunmuş şəxslərin ödəniş kartlarının toplanaraq maaşlarının mənimsənilməsi baş verib. İsmayıl Vəliyevin də rüşvət aldığı haqda xəbərlər ortalıqdaydı. Hətta bu rüşvətin deputatlığa namizəddən alınması iddia olunurdu. Belə bir versiya ortaya atılan kimi nəzərlər dərhal bu rayondan deputatlığa lider namizədlərə - 60 saylı Salyan-Neftçala seçki dairəsindən Fəzail Ağamalı və 61 saylı seçki dairəsindən Sabir Rüstəmxanlı diqqət mərkəzinə gəldi. Hər iki deputatlığa lider namizəd bu versiyaları qətiyyətlə təkzib etdi.
Günün sonuna doğru isə Dövlət Təhlükəsizlik Xidmətinin məlumatı yayıldı və bu məlumatda hər hansı konkret cinayət əməli haqda heç nə yazılmırdı. Ancaq burada bir deyil, birdən artıq cinayət əməlinə açıq işarə vardı. Həmin məlumatda belə deyilir:
"Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilir".
Bu məlumatdan görünür ki, yazdığımız kimi, əvvəla, bir deyil, bir neçə şəxsin, bir deyil, bir neçə cinayət əməli törətməsinə əsaslı şübhələrdən söhbət gedir.
İkincisi, bunlar İcra Hakimiyyətinin sıradan əməkdaşları deyil, rəhbər vəzifəli şəxsləridir.
Üçüncüsü, burada rüşvət, mənimsəmə kimi hallar varsa da, əslində məsələ təkcə bunlarla bağlı deyil; "vətəndaşlarln hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət" əməllərindən söhbət gedir. Deməli, bu kompleks araşdırmadırsa, bir və ya iki günün işi deyil, əməliyyat işi daha əvvəldən başlanıb.
Bu dövrdə Milli Məclisə növbədənkənar seçkilər keçirildiyini nəzərə alsaq, vətəndaşların seçki hüquqlarının total və qəsdən pozulması kimi cinayət əməli göz önünə gəlir. İcra Hakimiyyətinin vəzifəli şəxslərinin, DTX-nin məlumatında deyildiyi kimi, səlahiyyətlərindən QULLUQ MƏNAFEYİNƏ ZİDD OLARAQ CƏMİYYƏTİN VƏ DÖVLƏTİN QANUNLA QORUNAN MƏNAFELƏRİNƏ MÜHÜM ZƏHBƏ (seçdirmələr bizimdir –B.Y.) haqda ağla ilk gələn versiya seçkilərə inzibati müdaxilənin və bunun doğurduğu cinayət əməllərinin törədilməsidir.
Bundan əvvəl Ağstafada və Yevlaxda keçirilmiş xüsusi əməliyyatlardan dərhal sonra DTX irəli sürülmüş ittihamlarla bağlı məlumat yaymışdı. Neftçala ilə bağlı isə daha sonra geniş məlumat veriləcəyi deyilib. Görünür, burada istintaqa cəlb olunacaq şəxslərin dairsəsi daha böyükdür və bu, Neftçala hüdudlarından kənara çıxır. Bu arada onu da xatırladaq ki, səsvermə günündən əvvəl Neftçalanın da adı xüsusi təhlükəsizlik tədbirləri keçirilməsi üçün qüvvələr yeridildiyi iddia olunan rayonların arasında idi.
Buradan belə anlaşılır ki, baş verənlər seçki ilə doğrudan da hər hansı bir formalarda bağlıdırsa, bu, heç də səsvermə günü ilə məhdudlaşmır; törədilməsinə əsaslı şübhələr olan cinayətlər seçki prosesinin əvvəlindən başlanıb, təhlükısizlik orqanları da daha əvvəldən bu rayonda gedən prosesləri nəzarətə götürüb. Neftçalada namizədlərin seçicilərlə görüşlərində baş verən gərginliklər də belə bir xüsusi diqqətə səbəb olub. Bu arada həmin namizədlərdən birinin – 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd (MSK-nın açıqladığı ilkin nəticələrə görə, lider namizəd) Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının redaktor.az saytına açıqlaması da baş verənlərin fonunda daha diqqət çəkir. O, belə bir fikir işlətmişdi: "Növbədənkənar parlament seçkiləri parlamentin 125 deputatının tamamilə yenilərlə əvəzlənməsi demək deyil. Bu, çox böyük, ciddi problemlər yarada bilərdi".
Respublikaçı Alternativ Partiyayasının rəhbrəlırindın olan, yeri gəmişkən, 12 saylı Qaradağ-Yasamal-Binəqədi dairsəsindən deputatlığa namizəd Natiq Cəfərli Fəzail Ağamalnın bu fikirini dövlət rəhbərliyinə qarşı təhdid cəhdi olaraq qiymətləndirsə də, Fəzail Ağamalı bunu təkzib etmişdi. Bu gün Neftçalada baş verənlər həmin açıqlamanı bir daha gündəmə gətirdi. Eyni zamanda Prezident İlham Əliyevin seçkidən əvvəl, seçki müddtində və sonra seçkilərə müdaxilə edəcək məmurların kimliyindən asılı olmayaraq ciddi cəzalandırılacağı haqda bəyanatları da yaddaşlarda təzələndi. Hər kəs seçkidə baş vermiş saxtakarlığa və inzibati müdaxilələrə görə hansısa rayon və ya şəhər icra hakimyyətlərinin, seçki komissiyaları rəhbərlərinin cəzalanacağını gözləyirdi. Çox ehtimal ki, bu proses Neftçaladan başlandı.(bizimyol)
Paylaş:
Müəllif : Redaktor
Tarix:20-02-2020, 19:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:20-02-2020, 19:47
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07