Məhkəmənin Bəxtiyar Hacıyevin müraciətini təmin etməməsinin səbəbi BƏLLİ OLDU – FOTO

“İddiaçı tərəfindən şikayətə əlavə edilmiş, diskdə öz əksini tapmış audio-video görüntülər cavabdeh orqanın icazəsi olmadan çəkiliş aparılmaqla əldə edildiyindən hazırkı iş üzrə mötəbər sübut qismində qiymətləndirilə bilməz. İddiaçının tərəfindən təqdim edilmiş audi-video disk mötəbər sübut kimi qiymətləndirilmədiyindən, video görüntülərin texniki parametrlərinin doğruluğunu şübhə altına alır”.
Bu sözlər Apelyasiya Məhkəməsi tərəfindən Bəxtiyar Hacıyevə, onun müraciətinin təmin olunmaması ilə bağlı verilən qərarın surətində yer alıb. Qərarda qeyd olunub ki, cavabdehin(MSK) nümayəndəsinin(Ramiz İbrahimov – MSK-nın üzvü) də öz izahatında qeyd etdiyi kimi, MSK tərəfindən məntəqə seçki komissiyalarına veb-kameralar quraşdırılıb, bu kameralar hərəkətsiz şəkildə çəkiliş aparıb və MSK tərəfindən başqa hər hansı şəxsə çəkiliş aparılması üçün icazə verilməyib.
Qərarın surətini Bəxtiyar Hacıyev öz feyzbuk səhifəsində paylaşıb:

Xatırladaq ki, MSK sədri Məzahir Pənahov, qurumun 17 fevralda keçirilən iclasında sosial şəbəkələrdə seçki saxtakarlıqları ilə bağlı yayılan görüntülərin çox əhəmiyyətli olduğunu və bu videolardan yararlandıqlarını bildirmişdi. Həmçinin o, məntəqələrdə çəkiliş aparılmasının MSK-nın səlahiyyətləri xaricində olduğunu açıqlamışdı.
Qeyd edək ki, ötən gün Bakı Apelyasiya Məhkəməsi hakim Elmira Nağıyevanın sədrliyində 29 saylı Səbail seçki dairəsində namizəd Bəxtiyar Hacıyevin seçkilərin nəticələri haqqında Mərkəzi Seçki Komissiyasının qərarından verdiyi müraciətə baxmış və təmin etməmişdi.
Paylaş:
Müəllif : Redaktor
Tarix:22-02-2020, 13:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:22-02-2020, 13:55
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 14:36
Bu gün, 10:45
Bu gün, 09:49
Dünən, 10:04
Dünən, 10:03

Vüqar Sədibəyli Abşeronun “göbəyində” qanuna meydan oxuyur: Yüzlərlə ailə ayağa qalxdı…

Əlillik dərəcəsi almaq üçün evini satıb, 16 100 manat rüşvət verdi, amma... - DAŞKƏSƏN SAKİNİ DƏLƏDUZLUQLA ÜZLƏŞDİYİNİ DEYİR

Yardımlıda "yaşıl soyqırım" - Yaşıllığı məhv edərək yerində istirahət mərkəzi tikmək nəzərdə tutulmuşdur

Anar Quliyev dilemma qarşısında... - Ya Prezidentin etimadı, ya da qanunsuz tikintilərə davam...