Yol polisi ona ayrılmış ərazidən kənarda cərimə yaza bilərmi? - RƏSMİ AÇIQLAMA
Redaksiyamıza Dövlət Yol Polisi əməkdaşının müxtəlif yerlərdə ona ayrılmış ərazidən kənarda xidmət aparması və həmin yerdə sürücülərə cərimə tətbiq etməsi ilə bağlı şikayət daxil olub. Sürücülər bildirib ki, əgər hər yol polisi əməkdaşı üçün ərazi müəyyən edilirsə onlar nə üçün xidməti ərazidən kənarda fəaliyyət göstərirlər? Mövzuya aydınlıq gətirməsi üçün Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevlə əlaqə saxladıq.
Kamran Əliyev açıqlamasında bildirdi ki, vətəndaş yol polisi əməkdaşının harada xidmət aparıb-aparmayacağını bilə bilməz. Bu, xidmətlə bağlı prosesdir:
"Yol polisinin hansı ərazidə xidmət edəcəyini ona nəzarət edən orqan müəyyən edir. Vətəndaşa gəldikdə isə hər hansı narazılığı varsa, qayda pozuntusuna yol veribsə, inspektor onu sənədləşiribsə sürücü şikayət edə bilər. Burada qeyd etmək istəyirəm ki, protokolun yazıldığı yer yol polisinin xidməti ərazisinin olub-olmaması sürücünü məsuliyyətdən azad etməz. Heç bir yol polisi özbaşına başqa bir ərazidə xidmət apara bilməz. Yol patrul əməkdaşları səhər-səhər təlimatlandırılırlar və uyğun ərazilərə göndərilirlər".
Yeri gəlmişkən qeyd edək ki, sürücülərin ən çox şikayət etdiyi mövzulardan biri də xüsusilə gecə vaxtı yol patrul avtomobillərinin sayrışan işıqdan istifadə etmədən ərazidə xidmət aparmalarıdır. Kamran Əliyev bu mövzuya da aydınlıq gətirdi. O, Yeniavaz.com-a bildirdi ki, yol patrul əməkdaşları bəzi hallarda qanunun tələblərindən kənara çıxa bilərlər:
"Ümumiyyətlə dayanma-durma qaydalarının pozulmasına pol patrul əməkdaşlarına da icazə verilmir. Ancaq xidməti zərurətlə bağlı xüsusi hallarda qanunun tələblərindən kənara çıxa bilərlər. Normal hallarda isə yol patrul əməkdaşı xidmət apardığı yerdə sayrışan işıqlarını yandıraraq dayanmalıdırlar".(Yeniavaz.com-a)
Paylaş:
Müəllif : Redaktor
Tarix:22-02-2020, 13:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:22-02-2020, 13:57
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Dünən, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Dünən, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39
Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - “İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur”
22-11-2024, 15:36