Gecə yarısı evə girdi, əvvəlcə qızını, sonra anasını... - Azərbaycanda şok hadisə
Lənkəranda ana və qızını qətlə yetirməkdə ittiham olunan Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Əziz Əskərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Əziz Əskərov Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində törətdiyi oğurluğa görə axtarışda olan dostu Niyaməddin Cəfərovun gizlənməsi üçün 17 iyun 2017-ci il tarixdə, saat 19 radələrində sonuncu ilə birgə Lənkəran rayonuna gəlib.
Dostu ilə birlikdə Lənkərana qaçdı
Onlar müvəqqəti olaraq Lənkəran rayonu, Üzümçülük qəsəbəsindəki kimsəsiz evdə yaşayıblar. Orada Əziz Əskərov yaşadığı müddətdə əvvəlcə özlərində olan pulu gündəlik şəkildə qidalanmalarına və digər ehtiyaclarının ödənilməsinə, habelə narkomaniya xəstəliyinə düçar olduğundan mütəmadi olaraq istifadə etmək üçün narkotik vasitələrin alınmasına xərclədikdən sonra pul vəsaiti qurtardığına görə göstərilənlərlə bağlı tələbatını ödəməyə imkanı olmayıb.
Ana və qızı öldürmək planı
Əziz Əskərov aparılmış istintaqla şəxsiyyətini müəyyən etmək mümkün olmayan şəxslərin ona verdikləri məsləhət və məlumatlar əsasında Lənkəran rayonu, Liman şəhəri, Elman Bağırov küçəsindəki 32 saylı evdə yaşayan, əvvəllər tanımadığı İlahə Nəcəfova ilə anası Arifə Nəcəfovanın maddi cəhətdən imkanlarının yaxşı olması və həmin evdə nağd pul vəsaiti ola biləcəyi qənaətinə gəlib. O, tamah məqsədilə İlahə Nəcəfovaya və Arifə Nəcəfovaya məxsus evə basqın edib, onlara məxsus pul vəsaitini quldurluq yolu ilə ələ keçirmək qərarına gəlib.
Narkotik qəbul etdi, evə basqına getdi
Bu niyyətlə Əziz Əskərov 2017-ci ilin iyunun 20-dən 21-nə keçən gecə narkotik vasitə qəbul edib. Sonra o, gecə saat 01 radələrində narkotikin təsiri altında soyuq silah hesab olunan bıçaqla silahlanaraq ana və qızının yaşadığı evə gəlib.
Evə girən Əziz Əskərov İlahə Nəcəfovanın olduğu otağa daxil olub. Bu vaxt İlahə Nəcəfova qışqıraraq səs-küy salıb. Onun saldığı səs-küyə digər otaqda olan anası Arifə Nəcəfova gəlib.
Ana və qızının qanını tökdü
Arifə Nəcəfova onun hərəkətlərinin qarşısını almaq və evdən çıxarmaq üçün aktiv müqavimət göstərib. Əziz Əskərov isə zərərsizləşdirməkdən ötrü həmin anda İlahə Nəcəfova ilə Arifə Nəcəfovaya əlindəki bıçaqla çoxsaylı xəsarətlər yetirib.
Bu zaman anasının həyatı üçün yalvarıb və dönə-dönə aman diləyən İlahə Nəcəfovanın yalvarışına məhəl qoymayıb. Onların aldıqları xəsarətlərdən öləcəklərinə tam əmin olub, kənar şəxslərin gələcəyindən ehtiyat edərək hadisə yerini tərk edib.
Ana öldü, qızın isə həyatı xilas oldu
Bundan sonra oraya gələn şəxslərin köməyi ilə dərhal Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılmış Arifə Nəcəfova göstərilən ixtisaslı tibbi yardımlara baxmayaraq, aldığı xəsarətlərdən həmin gün saat 03 radələrində xəstəxanada ölüb. İlahə Nəcəfovaya isə ixtisaslı tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı tərəfindən Əziz Əskərovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29,120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürməyə cəhd) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib.
20 il cəza
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əziz Əskərov 20 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasının ilk 2 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.
Hökmdən narazı qalan Əziz Əskərov vaxtında apelyasiya şikayəti verməyib. O, apelyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsi barədə vəsatət verib. Həmçinin vəsatətinin təmin edilməsini, şikayətinə adiyyatı üzrə baxılmasını, birinci instansiya məhkəməsi tərəfindən təyin olunan cəzanın yüngülləşdirilməsini xahiş edib.
Şirvan Apelyasiya Məhkəməsinin qərarı Əziz Əskərovun vəsatəti təmin olunmayıb. Bu qərardan narazı qalan Əziz Əskərov kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.
Hakim Əli Seyfəliyevin sədrliyi ilə baş tutan iclasda kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib. Əziz Əskərovun kasasiya şikayəti təmin olunmayıb. /Publika.az
Paylaş:
Müəllif : Redaktor
Tarix:28-02-2020, 21:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:28-02-2020, 21:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24