Papa da koronavirus tutub?
Roma Papası Fransisk artıq dördüncü gündür ki, bütün görüşlərini və qəbullarını təxirə salır.
Koronavirusun ən çox yayıldığı ölkə olan İtaliyada katoliklərin liderinin "özünü pis hiss edərək" bütün proqramını təxirə salması onun həmin virusa yoluxa biləcəyinə dair narahatlıqları artırıb. Belə ki, bir neçə gün əvvəl Papa kütləvi ayin zamanı dindarlarla görüşüb, onların əlini sıxıb, yanaqlarından öpüb. Bu zaman toplaşanların arasında maskalı adamların olduğu gözə dəyib.
Fevralın 27-də Vatikan elan edib ki, Papa özünü "bir az nasaz" hiss edir və rəsmi görüşlərini, tədbirlərini təxirə salır. Bundan əvvəl Papanın tez-tez asqırdığı və öskürdüyü, alnının tərini sildiyi görünüb. Onun "bir balaca soyuqladığı" bildirilib, lakin sonrakı günlərdə də 83 yaşlı Papa görünməyib, onun proqramı təxirə salınıb. Vatikan isə onun səhhəti barədə susur.
İtaliyada koronavirusa yoluxanların sayı minə yaxınlaşır, azı 26 nəfərin öldüyü açıqlanıb.
"Assosiated press" qeyd edir ki, pontifik katolik kilsəsinə rəhbərlik etdiyi müddət ərzində ilk dəfədir bu cür uzun müddətə görünmür. Hələ uşaq yaşlarında keçirdiyi xəstəlik nətiəsində ağ ciyərinin bir hissəsini itirən Fransisk Vatikandaı Santa-Marta iqamətgahındadır və dünən fevralın 29-da onun bəzi qəbullar keçirdiyi, lakin kütləvi ibadətlərdə iştirakını təxirə salmaqda davam etdiyi bildirilir. Vatikan Papanın koronavirus testindən keçib-keçmədiyi haqda şərh vermir./ Virtualaz.org
Paylaş:
Müəllif : Redaktor
Tarix:1-03-2020, 11:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:1-03-2020, 11:34
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29