Bağçalar bağlandı, uşaqlar bağlı qapılar arxasında qaldı – Çıxış yolu
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 3-dən 9-dək (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul edib.
Lakin əmək fəaliyyəti ilə məşğul olan valideynlər sosial şəbəkələrdə bu qərardan narazı qaldıqlarını bildiriblər. Onların sözlərinə görə, körpələrini və məktəbyaşlı uşaqlarını əmanət etməyə heç kim yoxdur. Bəs belə olan halda valideynlər nə etməlidir? Bu məsələ necə tənzimlənməlidir?
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov açıqlamasında deyib ki, bu cür situasiyalarda işə götürən tərəf anlayışlı davranmalıdır: "Ümumiyyətlə dünya praktikasında yaxın 50 ildə belə bir hal baş verməyib ki, bağçalar, məktəblər kütləvi şəkildə bağlansın. Ona görə bununla bağlı beynəlxalq təcrübə mövcud deyil. Bəli, bağçaların, məktəblərin bağlanması fonunda iş yerlərinin açıq olması müəyyən problem yaradır, xüsusən o şəxslərə ki, uşaqlarını bağçalara əmanət edirlər. Bu barədə əmək kollektivləri özləri valideynlərə güzəştlər etməlidirlər. Əvvala, hər bir kollektivdə işə götürənlərlə işçilər arasında müqavilə çərçivəsində müəyyən razılıq olur. İşə götürən belə vəziyyətdə anlayışlı olmalıdır. İşçi əgər ofis şəraitində işləyirsə, yəni işə gəlməyinə lüzum yoxdursa, evdən də bu işi yerinə yetirə bilər. Artıq SOCAR bu sistemə keçib. Bundan əlavə qısaldılmış iş rejimi tətbiq edilə bilər, ən yaxşısı isə valideynin öz hesabına məzuniyyət götürməsidir. Valideynlərin 14 gün müddətində ödənişsiz məzuniyyət götürmək hüququ var. Amma bir çox sahələrdə, məsələn, tikintidə artıq başqa variant qalmır. Uşaqları qohum-qardaşa etibar etmək də bir variantdır. Hələ biz o fazaya gəlib çıxmamışıq ki, total surətdə iş yerləri bağlansın. Onsuz da hər iş yeri də bağlana bilməz, məsələn, ictimai nəqliyyat, həyati zərurətləri təmin edən sahələr, səhiyyə sistemi, enerji təchizatı və s. Burada konkret qərar qəbul etmək mümkün deyil".
Paylaş:
Müəllif : Redaktor
Tarix:4-03-2020, 13:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:4-03-2020, 13:49
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
Bu gün, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
25-12-2024, 17:50