Pula toxunmaqla koronavirusa yoluxma ehtimalı varmı? - AÇIQLAMA
İnsanların çox istifadə etdikləri pul vasitəsilə koronavirusa yoluxma ehtimalına aydınlıq gətirilib.
RegionXəbərləri.com Trend-ə istinadən xəbər verir ki, Nazirlər Kabineti yanında yaradılan operativ qərargahın bu gün keçirdiyi brifinqdə çıxış edən Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirib ki, indiyədək pulun heç bir infeksiya mənbəyi kimi rolunun olması barədə məlumat verilməyib.
Onun sözlərinə görə, bu sıraya mobil telefon və s. də aiddir. Baş infeksionist əlavə edib ki, pula toxunmaq yolu ilə koronavirusa yoluxma ehtimalı yoxdur.
Nazirlər Kabineti yanında yaradılan operativ qərargahın üzvü, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib ki, hər hansı bir obyektin daha çox insan əlinə dəydiyi halda mikrobioloji çirklənmə baş verir:
"Biz dəfələrlə qeyd etmişik ki, koronavirusun yeni növü ətraf mühitdə çox davamlı deyil və ətrafda olan əşyaların üzərində canlılığını itirir. Birinci tövsiyəmiz odur ki, istər pul, istərsə də digər əşyalara toxunduqdan sonra gigiyenik qaydalara əməl edərək əlləri sabunla yumaq lazımdır".
Y.Qarayevanın sözlərinə görə, hələ ki, Ümumdünya Səhiyyə Təşkilatının nağdsız ödənişlə bağlı tövsiyəsini Nazirlər Kabineti yanında operativ qərargahının tövsiyələri sırasına daxil etməyiblər:
"Ancaq biz bütün hallarda ÜST-ün tövsiyələrinə riayət etməyə çalışırıq. Hamı da bu tövsiyələrə riayət etsə, yaxşı olar".
Paylaş:
Müəllif : Redaktor
Tarix:6-03-2020, 08:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:6-03-2020, 08:36
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
26-12-2024, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
26-12-2024, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
26-12-2024, 08:32