Yayılan cinçıxarma videosu haqda RƏSMİ AÇIQLAMA
Sosial şəbəkələrdə iki kişinin bir qadının bədənindən cin çıxarması haqda yayılan videogörüntülərlə bağlı araşdırma başlanılıb.
İlkin məlumatda hadisənin Gədəbəydə baş verdiyi qeyd edilsə də, video Hacıqabulda çəkilib.
Belə ki, Goranboy rayon sakini olan 1992-ci il təvəllüdlü M. N.-in bədənindən uzaq qohumları tərəfindən “cin çıxarılıb”. İki qardaş özünü pis hiss edən qıza bədəninə cin girdiyini deyib və onu çıxarmağı təklif ediblər. Bunun üçün N.M.-in yaşadığı Hacıqabul rayon Pirsaat qəsəbəsinə gedib və bu “dini ayin”i onun evində reallaşdırıblar.
Goranboy rayon sakinləri olan 1989-cu il təvəllüdlü Bayramov Orxan Mahir oğlu və onun köməkçisi olan qardaşı Sərxan polisə dəvət edilərək izahatları alınıb. O.Bayramov məsələyə belə şərh verib: “Qızın bədənində qorxuluq var idi, onu götürmək üçün dini ayini yerinə yetirirdik”.
Daxili İşlər Nazirliyinin Gəncə Regional qrupunun baş inspektoru Eşqin Qasımov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sosial şəbəkələrdə və bəzi xəbər saytlarında yayılan görüntülər ilə bağlı Goranboy rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılıb və toplanmış material araşdırmanın davam etdirilməsi üçün Hacıqabul rayon Polis Şöbəsinə göndərilib.
Paylaş:
Müəllif : Redaktor
Tarix:6-03-2020, 10:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:6-03-2020, 10:39
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
26-12-2024, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
26-12-2024, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
26-12-2024, 08:32