KORONAVİRUS AZƏBAYCANA NECƏ DAXİL OLA BİLƏR? - Dövlət bütün tədbirləri görür...
Artıq 2 aya yaxındır ki, dünyada “koronavirus panikası” dolaşır. Bu epidemiyanın yayılmasının yaratdığı narahatlıqla əlaqədar bir çox beynəlxalq tədbirlər, idman yarışları təxirə salınır. Koronavirus təhlükəsi ucbatından bir çox ölkələr sərhədlərini bağlayır, əhalinin turist səfərlərinə qadağalar qoyulur.
Azərbaycanda da koronavirusla bağlı tədbirlər gücləndirilib. Həm ölkə daxilində xəstəliyin yayılmasının qarşısının alınması istiqamətində, həm də virusun xaricdən Azərbaycana daxil olmasını önləmək üçün kompleks tədbirlər həyata keçirilir.
Xüsusən, xəstəliyin geniş yayıldığı ölkələrlə (Çin, İran və İtaliya) sərhədlərdə, eləcədə keçid məntəqələrində ciddi rejim tətbiq olunur. Ölkələrə daxil olan və çıxan şəxslərin ən müasir cihazlar vasitəsilə yoxlanılaraq, xəstəlik şübhəsi olanların karantinə alınması təmin edilir.
Prezident İlham Əliyevin tapşırığı ilə sərhəd-keçid məntəqlərində, hava limanlarında, dəmiryolu vağzallarında epidemiya daşıyıcılarının ölkəyə keçməməsi üçün qabaqlayıcı tədbirlər gücləndirilib.
Bu məqsədlə Prezidentin tapşırığı əsasında Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Daxili İşlər, Fövqəladə Hallar, Səhiyyə nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Qida Təhlükəsizliyi Agentliyinin rəhbər vəzifəli şəxsləri və mütəxəssislər koranavirusun geniş yayıldığı İran İslam Respublikası ilə dövlət sərhədlərimizdə yerləşən buraxılış məntəqələrində olub, lazımı tədbirlərin həyata keirilməsinə bilavasitə nəzarət ediblər.
Səhiyyə Nazirliyində koronavirusla mübarizə çərçivəsində keçirilən müşavirədə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri nəzərə alınmaqla, xarici ölkələrdən gələn vətəndaşların yoxlanılmasına səbəb ola bilən əlamətlərin siyahısı müəyyənləşdirilib.
Gücləndirilmiş iş rejimində fəaliyyət göstərən dövlət sərhədindən buraxılış məntəqələrində ölkə ərazisinə daxil olan şəxslərin bədən hərarətinin xüsusi avadanlıqlar vasitəsilə yoxlanılması, əlavə tibbi personalın və təcili tibbi yardım avtomobillərinin birbaşa postların ərazisinə cəlb olunması və 24 saat növbəli rejimdə fasiləsiz olaraq fəaliyyət göstərmələri təmin edilib. Yəni, epidemiyaya yoluxmuş şəxslərin Azərbaycana keçməsinin qarşısının alınması üçün bütün aidiyyatı qurumlar tərəfindən lazımi tədbirlər görülür.
Bildiyimiz kimi, fevralın 29-dan etibarən xəstəliyin geniş yayıldığı ölkələrdən biri olan İranla sərhədin müvəqqəti bağlanması ilə əlaqdar qərar qəbul edilib.İranda olan Azərbaycana vətəndaşların ölkəmizə qaytarılması üçün onların Tehrandakı səfirliyə və Təbrizdəki baş konsulluğa müraciət etmələri tövsiyə olunub.
İrandan təxliyyə olunacaq vətəndaşlar müvafiq müayinə aparılması məqsədilə karantinə yerləşdirilirlər. Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə əsasən, koronavirus infeksiyasının aşkarlanması üçün karantin 14-29 gün müddətinə müəyyən edilib. İrandan qayıdan vətəndaşların da bu qədər müddət karantində saxlanılması təmin edilir.
Bundan əlavə İran İslam Respublikası ilə sərhəddə profilaktik tədbirlərin həyata keçirilməsi məqsədilə səyyar çadırlar qurulub. Sərhəd bağlanmazdan əvvəl ölkəyə keçən, eləcə də İrandan qayıdan Azərbaycan vətəndaşlarının virus daşıyıcısı olub-olmadıqlarını təsbir etmək üçün Biləsuvar gömrük-sərhəd keçid məntəqəsinin yaxınlığında 500 nəfərin yerləşə biləcəyi 100 çadır qurulub.
FHN-nin Mülki Müdafiə Qoşunlarının Tibb Xidməti rəisi Elçin Əligülovun məlumatına görə, ümumiyyətlə, sərhədimizi keçən bütün insanların ilkin müayinə çeşidlənməsi elə gömrük buraxılış məntəqəsində təşkil olunur.
Bu zaman aşkar olunmuş şübhəlilər müvafiq tibbi müəssisələrə göndərilir: “Digərləri isə ikinci mərhələ qəbul çeşidləmə məntəqəsində çadırlarda yerləşdirilir və müayinə prosesi 6 nəfərdən ibarət həkim briqadası tərəfindən həyata keçirilir”.
E.Əligülovun sözlərinə görə, məntəqədə ilkin tibbi müayinə üçün bütün imkanlar var: “Burada da virusa yoluxmuş şübhəli şəxslər aşkarlanarsa, regionda yerləşən müvafiq tibb müəssisələrinə göndəriləcəklər”.
E.Əligülov bildirib ki, qurulmuş şəhərcikdə sanitar-epidemioloji vəziyyətə Gigiyena və Epidemiologiya Mərkəzi, FHN-nin Muğan Regional Mərkəzi tərəfindən nəzarət olunur: “Fövqəladə Hallar Nazirliyinin 100 nəfərdən artıq şəxsi heyəti prosesə cəlb olunub”.
Koronavirusun “mənbəyi” olan Çindən də Azərbaycana gediş-gəliş müvəqqəti dayandırılıb. Azərbaycanda Çin vətəndaşlarının sayı 539 nəfərdir ki, 69-u fevralın 1-dən sonra ölkəyə daxil olublar. Onlar müafiq yoxlamalardan keçirilib, koronavirus daşıyıcısı olmadıqları müəyyən edilib.
Sərhəd keçid məntəqələrində son aylar Çində və ona qonşu ölkələrdə olmuş Azərbaycan vətəndaşları, eləcədə digər ölkələrin vətəndaşları xüsusi müayinədən və yoxlanışdan keçirilir, müşahidəyə götürülürlər. Çinin müxtəlif şəhərlərindən gələn şəxslər də əgər tam sağlamdırlarsa onlar haqqında məlumat sərhəd-keçid məntəqələrindən toplanılır və məlumat karantin xidmətinə və Səhiyyə Nazirliyinə göndərilir. Həmin məlumatlar ərazi poliklinikalarına yönləndirilir və epidemioloqlar ərazi həkimlərilə birgə 14 gün müddətinə həmin insanlar üzərində müşahidə aparırlar.
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib ki, ölkədə olma müddəti bitirsə, bu şəxslər təbii ki, ölkəni tərk etməlidirlər: “Amma bəzi hallarda, aviadaşıma səbəbindən, yaxud digər səbəblərdən bu şəxslərin ölkəni tərk etməsi mümkün olmur. O zaman Dövlət Miqrasiya Xidməti tərəfindən həmin şəxslərin vəziyyəti nəzərə alınaraq müsbət yanaşma tətbiq edilir”.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Çin Xalq Respublikasından ölkəmizə diri heyvan, heyvan mənşəli məhsullar və dəniz məhsullarının idxalına, eləcə də zoomağazalar və zooparklar üçün vəhşi heyvanların gətirilməsinə müvəqqəti məhdudiyyət qoyulmasını qərara alıb.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Çin Xalq Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı gömrük-sərhəd keçid məntəqələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Koronavirusun geniş yayıldığı ölkələrlə (Çin, İran və İtaliya) yanaşı, digər ölkələrdən gələn vətəndaşların da ciddi şəkildə yoxlanıldıqdan sonra Azərbaycana buraxılması təmin edilib.
Belə ki, "Azərbaycan Hava Yolları" QSC (AZAL) koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün bütün mülki aviasiya obyektlərinin dezinfeksiyasını həyata keçirir. Ümumiyətlə, AZAL koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə aşağıdakı işləri həyata keçirir:
- uçuşlardan sonra hava gəmilərinin xüsusi dezinfeksiyaedici mayelər ilə dezinfeksiyası həyata keçirilir;
- AZAL və “Buta Airways” aviaşirkətlərinin bütün təyyarələri universal profilaktik dəstlər, qoruyucu maskalar və dezinfeksiyaedici vasitələrlə təchiz edilib;
- hava gəmilərində HEPA havalandırma filtrləri vaxtaşırı dəyişdirilir;
- hava gəmisində koronavirus infeksiyasına yoluxmaqda şübhəli bilinən xəstə aşkar edildiyi zaman tədbirlərin görülməsi üçün uçuş heyəti ilə treninqlər aparılıb.
Yalnız Azərbaycana gələn xarici ölkə vətəndaşları deyil, ölkəmizdən tranzit kimi istifadə edən əcnəbilər də diqqətdən kənarda saxlanılmayıb. Ölkəmizin ərazisindən tranzit keçən nəqliyyat vasitələri də, Dövlət Yol Polisi əməkdaşlarının müşayiəti ilə Cənub bölgəsindən, Şimal və Şimal-qərb bölgəsinə yola salınır. Bu müddət ərzində onlar xüsusi qrafikə əsasən hərəkət edirlər və nəqliyyat vasitələrinin sürücülərinin qrafikdən kənar dayanmasına, insanlarla ünsiyyətinə icazə verilmir.
Koronavirusla əlaqədar yaşana biləcək təhlükə risklərinin minimuma endirilməsi məqsədilə regionlarda və Bakıda ixtisaslaşmış mərkəzlər yaradılıb və şübhəli şəxslər bu mərkəzlərdə karantinə alınıb müalicə edilirlər.
Paylaş:
Müəllif : Redaktor
Tarix:8-03-2020, 16:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:8-03-2020, 16:34
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09