reklam
Regionxeberlericom.az » Araşdırma » MƏHKƏMƏ-HÜQUQ SİSTEMİNDƏ NÖVBƏTİ RƏZALƏT - Fəaliyyətinə xitam verilən Ramil Həsənov hələ də işinin başındadır?

reklam

MƏHKƏMƏ-HÜQUQ SİSTEMİNDƏ NÖVBƏTİ RƏZALƏT - Fəaliyyətinə xitam verilən Ramil Həsənov hələ də işinin başındadır?

Qərar olmadan əmlakından pensiyasından məhrum edilən Qarabağ əlilinə qarşı bu özbaşınalığı məhkəmə qanuniləşdirmək qərarına gəlib
14 noyabr 2019-cu ildə bütün ölkə mediası Məhkəmə Hüquq Şurasının məlumatına əsasən Suraxanı məhkəməsinin hakimi Ramil Həsənovun hakimlik fəaliyyətinə,  işdə yol verdiyi nöqsanlara görə,  vaxtından əvvəl xitam verilməsini yaydı. Lakin hələ də fəaliyyətinə xitam verilən hakimin adı Suraxanı rayon məhkəməsinin portalından silinməyib. Belə çıxır, Ramil Həsənovun “dayısı” Məhkəmə Hüquq Şurasının qərarını gizlincə geri oxudub ? Xatırladaq ki , sözügedən hakim 4 il qabaq xaricdə müalicəyə ehtiyacı olan, düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini apardığı və baş verən qəzaya və əlil avtomobilinə heç bir aidliyi olmayan Qarabağ əlili Xaliq Abbaszadəyə qarşı “Rəvansığorta” şirkətinin 9 min manatlıq  dələduzluq iddiasını gizlincə saxta qətnamə ilə təsdiq edib əlilə “üstünə benzin tökməyi” hökm etməklə özünü “yandırmışdı”. Ali Məhkəmənin 16.05.2017 tarixli qərarını 3 ildir qicra etməkdən imtina edən Suraxanı məhkəməsinin hakimi Ramil Həsənov Suraxanı icra məmuru Vüsal Əliyevə şifahi göstərişlə icra sənədi olmadan əlilin pensiyasını DSMF , əmlakını yol polisi yolu ilə həbsə almağı tapşırıb. Axı, dələduz “Rəvansığorta” şirkəti verdiyi rüşvəti tələb edir! Nə isə, Ramil Həsənovun “Rəvansığorta” şirkəti ilə qeyri-prosessual münasibəti, axırı ki, görəvindən vaxtından əvvəl alınması ilə sonuclandı. Amma. ...
“Əmma” burasındadır ki fəaliyyətinə 4 ay qabaq  xitam verilən hakim fəaliyyətdədir, adı “e-gov” elektron məhkəmə portalından çıxarılmayıb və hətta Qarabağ əlili Xaliq Abbaszadənin həbsdən qıraqda qalan  əmlakının həbsə alınması üçün martın 10-a Novruz çərşənbəsi gününə iclas təyin edib. Bu barədə məktubu 12 saat qabaq verən Ramil Həsənovun “ fəaliyyətinə xitam verilən diqqəti”nə onu çatdıraq ki, birincisi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.3 maddəsinə görə, bildiriş iclasın vaxtına ən azı 10 gün qalmış rəsmi qaydada verilməlidir ; ikincisi, hələ də əlil haqqında məhkəmə möhürü ilə təsdiqlənmiş icra sənədi yoxdur. Ən əsası, əlilin nəyi qalıb ki, həbsinə qərar verilsin?
Çox güman, Ədliyyə Nazirliyi , Məhkəmə Hüquq Şurası fəaliyyətinə xitam verilən hakimin Qarabağ əlilinə qarşı “ həbs fəaliyyəti”nə hüquqi qiymət verilməsini təmin edər. Yoxsa, “Xortdanın cəhənnəm məktubları “ davam edir? ...
 




Paylaş:


Müəllif : Tarix:
9-03-2020, 21:13
Sikayət   


loading...
Загрузка...