Teledərslər uşaqlara nə öyrədəcək? – Valideynlər fərqli düşünürlər
Son günlər ən çox müzakirə olunan məsələlərdən biri də məktəblərdə tətil müddətinin necə əvəzlənəcəyidir.
Təhsil Nazirliyinin dəstəyi ilə "Mədəniyyət" kanalında dünəndən start götürən teledərslərin necə effekt verəcəyi mübahisə mövzusudur. Teledərslər sinif otağında keçirilən dərsləri əvəz edə bilirmi? Valideynlər bu haqda nə düşünür?
Afət Rzayeva bu dərs metodunun az da olsa effekt verəcəyini bildirib: “Mənim oğlum 10-cu sinifdə oxuyur. 15:00 da onlar üçün dərslər başlayacaq. Oğlum dərslərə baxacaq, amma etiraf edək ki, teledərslər məktəbdə keçirilən dərslər qədər effektiv ola bilməz. Düşünürəm ki, evdə boş oturmaqdansa, ən azından bir saatlıq dərslərin qısa icmalını dinləmək daha yaxşıdır”.
Vaqif Muradov isə bu tip dərslərin azyaşlı uşaqlar üçün mənasız olduğunu bildirib. Onun fikrincə ibtidai siniflərdə oxuyan uşaqların televiziyada dərsə fokuslanması müşkül məsələdir: “Mənim qızım 2-ci sinifdə oxuyur. O, televizoru yalnız cizgi filminə baxmaq üçün açır. Ümumiyyətlə, 7 yaşlı uşağın fikrini bir yerə yığmağı çətin məsələdir. Onun müəllimi sinif otağında tez-tez fikrinin dağıldığını, başqa işlərlə məşğul olduğunu deyir. Fikrimcə, bu tip uşaqlarda teledərslər effekt verməyəcək. Biz onu məcbur etsək də, efirdən heç nə öyrənə bilməyəcək”.
Valideyn Firuzə Əbdülova isə bu metodun daha çox ibtidai sinif şagirdlərinə yararlı olacağını düşünür: “Məncə, belə dərslərin ibtidai siniflərdə oxuyanlar üçün daha çox köməyi olacaq. Valideynlər də evdə olduqları müddətdə uşaqlarına kömək etməlidirlər. 10-11 ci sinif şagirdləri onsuz da bilirlər ki, hansı mövzunu oxumaq lazımdır. Amma aşağı sinif şagirdlərinə mütləq yol göstərmək lazımdır. Təki tezliklə bu bəla ölkədən uzaqlaşsın”.
Qeyd edək ki, koronavirus epidemiyası səbəbindən orta və ali təhsil pilləsində tədris nüvəqqəti dayandırılıb. Dərslər Mədəniyyət kanalında bütün siniflər üzrə virtual şəkildə tədris olunur.
Paylaş:
Müəllif : Fuad
Tarix:12-03-2020, 14:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:12-03-2020, 14:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
26-12-2024, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
26-12-2024, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
26-12-2024, 08:32