Məktəb direktorunu döyməkdə təqsirləndirilən aktyorun məhkəməsi başlayıb
Bu gün Nizami Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən aktyor Rza Rzayev və bacısı oğlu Toğrul İbrahimlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
ONA-nın xəbərinə görə, hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, digər təqsirləndirilən Toğrul İbrahimlinin vəkili məhkəməyə gəlməyib. Buna görə proses aprelin 17-dək təxirə salınıb.
Qeyd edək ki, martın 4-də Nizami Rayon Məhkəməsində aktyor Rza Rzayevin və 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyevin məhkəməsinin ilkin hazırlıq iclası olub. Lakin hakim Ələddin Cəfərov işə baxmaqdan imtina edib. O bildirib ki, tərəflər arasında baş verən insidentin şahidi olub və obyektivlik təmin olunsun deyə özü-özünə etiraz qərarı verib. Cinayət işini başqa hakimin icraatına vermək üçün proses qeyri-müəyyən günədək təxirə salınmışdı.
Xatırladaq ki, aktyor Rza Rzayevlə 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyev arasında uzun müddətdir davam edən münaqişə dava ilə nəticələnib. Dava zamanı xəsarət alan Tural Mirzəliyev məhkəməyə müraciət edib. Faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) və 221.1-ci (xuliqanlıq, ictimai qaydanı kobud surətdə pozma, zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.
Paylaş:
Müəllif : Redaktor
Tarix:10-04-2019, 16:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:10-04-2019, 16:34
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29