VİRUS NƏDİR VƏ İNSANI NECƏ ÖLDÜRÜR? - “Eyni zamanda həm dost, həm də düşməndir”
Əgər insanın burnu axırsa, deməli, burada adi soyuqdəymə virusu günahkardır. Yaxşı ki, bizim, soyuqdəymənin öhdəsindən gələ biləcək immun sistemimiz var. Ancaq soyuqdəymə nəticəsində aktivləşən viruslardan fərqli olaraq, digər tip viruslara qalib gəlmək çox müşküldür.
- Bakteriyalar və viruslar arasında böyük fərq var
İstər bakteriyalar, istərsə də viruslar insanın xəstələnməsinin səbəbkarı ola bilərlər. Lakin bütün bunlara baxmayaq, bir-birlərindən fərqlənirlər. Bakteriyalar bir hüceyrədən ibarət canlı varlıqlardır. Hüceyrə “həyatın kərpicidir” və bütün canlı aləm, o cümlədən də bizim bədənimiz onlardan qurulub. Bakteriya qidalanma, bölünmə və özünə lazım olmayan möhtəviyyatı xaric etmə xüsussiyyətinə malikdir. Amma viruslar bunu bacarmırlar. Virus yalnız hüceyrə içərisinə girdikdən sonra fəaliyyətə başlayır.
- İçərisində təlimatlar yazılmış qutu
Hüceyrə olduqca mürəkkəb sistemə malikdir. Onun əksinə olaraq, viruslar çox bəsitdirlər. Qəribədir ki, hətta bu mikroskopik məxluqlar alimlərin formalaşdırdıqları tələbləri yerinə yetirmirlər. Ona görə də, onları canlı varlıq hesab etmək çətindir. Viruslar heç nəyi həzm etmir və heç bir şey ifraz etmirlər. Onlar bütün bu işləri başqalarının üzərinə qoyurlar. Təsəvvür edin ki, virus balaca qutuda yerləşdirilmiş məxluqdur. Qutunun içində onun genləri, yəni, özünəməxsus “təlimat” yazılıb. Virusun məqsədi birdir - hüceyrəni bu “təlimatı” oxumağa, sonra isə həmin “təlimata” uyğun tapşırıqları yerinə yetirməyə vadar etməkdir.
- Yaxşı viruslar
Biz daima bədənimizdə çoxsaylı viruslar daşıyırıq. Onlar hər yerdədirlər. Lakin xoşbəxtlikdən heç də bütün viruslar təhlükəli deyil. Virusların bəziləri təbiətdəki mühüm proseslərdə iştirak edirlər. Məsələn, bir çay qaşığı suda milyonlarla virus var! Dənizdə onlar müxtəlif orqanizmləri qidalandırmaq üçün bakteriyaları məhv edirlər. Virusların əksəriyyəti insanlara xətər yetirmir, onlar yalnız müəyyən tip hüceyrələrə hücum çəkirlər. Elə viruslar var ki, yalnız donuzlara hücum edir, digərləri isə bitkilərdə xəstəlik törədirlər. Yer kürəsində viruslar praktik olaraq bütün canlı orqanizmlərdə yaşayırlar.
- Mutasiya
İndiki koronavirus öncədən heyvanları yoluxdurardı. Bu virusların daşıyıcıları yaraslar olub. Axı, indi necə oldu ki, həmin viruslar insanlara keçdi? Viruslar bölünəndə onların eyni tipli surəti yaranır. Amma buna baxmayaraq, bu prosesin gedişində dövrü olaraq səhvlər meydana gəlir. Yeni, yaranmış surət heç də dəqiq olmur. Buna mutasiya deyilir. Yalnız bir dəfə baş verən “səhvlə” virus yaxşı yaşaya bilər. Amma səhvlərin davamı virusu məhvə aparır və beləliklə də onlar bir daha hüceyrənin daxilinə girə bilməzlər. Bu, onların ölməsi anlamına gəlir. Bəzən elə hallar olur ki, viruslar heyvanları yoluxdurmaq əvəzinə, hərdən mutasiyaya uğrayaraq insan hüceyrələrinə hücuma keçirlər. Əgər bu cür viruslar insan orqanizminə düşürsə, onda bu, yeni təhlükəli xəstəliyin başlanğıcı olur.
- Lazımi açar
Əgər virusun “tikanları” və ya hüceyrənin xarici qişasındakı kiçik formalarda səthə uyğun gələn digər elementləri varsa, onda o, hüceyrəyə daxil ola bilər. Məsələn, koronavirusun səthində tikanlar var və bunlar insanın ağ ciyərindəki hüceyrələrə uyğun gəlir. Həmin tikanlar açar rolunu oynayır. Bəzi hüceyrələrdə özünəməxsus “açar deşiyi” var ki, məhz həmin açara uyğun gəlir. Lazımi “açar deşiyini” tapan virus hüceyrəyə yapışır və bu hüceyrələr onu özlərinə yad saymırlar. Virus hüceyrənin daxilinə öz genetik materialını (yəni “təlimatını”) bir neçə üsulla yerləşdirə bilər. Məsələn, həmin “təlimat” öz iynəsinin köməyilə sancır və ya bütövlükdə hüceyrənin içinə girir. Beləliklə də, koronavirus hüceyrəyə qarışır.
- Hüceyrə virus istehsal edən fabrikə çevrilir
Hüceyrə virusun ona yolladığı “təlimatı” oxuyur. Bundan sonra hüceyrənin daxilində “təlimata” uyğun yeni virus istehsal edən fabrik işə düşür. Hüceyrə virusa lazım olan hər şeyi hasil edir. Özünü hazır vəziyyətə gətirən viruslar hüceyrəni tərk edərək, bütün orqanizm üzrə “səyahətə” yollanırlar. Və yaxud hüceyrə viruslarla o qədər dolub-daşır ki, o, partalyır və məhv olur. Belə olan halda çoxsaylı viruslar sərbəstləşərək yeni qurbanun üstünə hücuma gedirlər.
- İnsan niyə xəstələnir?
Orqanizm həyəcan təbili çalır və immun sistemi çağrılmamış qonağı həbs etmək üçün öz agentlərini göndərir. Bu zaman insan özünü yorğun və xəstə hiss edir. Qrip və koronavirus həmlə edərək ağ ciyər hüceyrələrini zədələyir. Koronavirusla xəstələnənlərdə hərarət yüksəlir və öskürək başlayır.
- Dərmanlar və peyvənd kömək edə bilər
Virus heç də əsl canlı varlıq olmasa da, ona qarşı səmərəli dərman tampaq çətindir. Virusun “açarlarının” hüceyrə səthinə yaxınlaşmaması üçün alimlər lazımi preparatlar tapmağa cəhd göstərirlər. Hələ ki, belə preparatlar çox azdır.
Bəzi viruslardan peyvəndlə qorunulur. Nə vaxt biz peyvənd olunuruq, onda bizim immunitetimiz virusu tanımağı öyrənir. Bu halda o, virusun üzərinə elə sürətlə hücuma keçir ki, virus çoxlu sayda surət çıxarma əməliyyatı həyəta keçirməyə macal tapmır. İndi alimlər koronavirusa qarşı eyni zamanda həm dərman, həm də peyvənd tapılması üzərində işləyirlər.
- Bəzi viruslardan yaxa qurtarmaq mümkün deyil
Bir çox hallarda insan heç zaman virusdan tam olaraq yaxa qurtara bilmir. Çünki o, orqanizmdə bütün həyat boyu qalır. Bu cür virusun genetik materialı (“təlimat”) bizim öz genetik materialımıza uyğunlaşır. Virus müvəqqəti olaraq yeni əlverişli fürsəti gözləyir ki, sərbəstliyə çıxsın. Məsələn, bu zaman immun sistem virusu izləmək imkanını itirir. Herpes belə tip viruslara aid edilir.
- “Yadplanetlilərə” bənzəyən viruslar
Viruslar ən müxtəlif formalarda ola bilər - çoxbucaqlı, yumru və ya girintili-çıxıntılı. Ən möcüzəvi virus tipi “bakterifaqlardır”. Onlar kiçik hörümçəyə və ya “yadplanetlilərə” oxşayır. İnsanlar üçün təhlükəli olmayan bakteriofaqlar öz genetik materialını bakteriyalara sıçradır. Viruslar aləmi barəsində məlumatlar çoxdur,amma alimlər hələ çox şey öyrənməlidirlər.
- Nəhəng viruslar
Viruslar Yer kürəsində mövcud olan bütün varlıqların ən kiçiyi və ən sadə mikroorqanizmidir. Əgər təsəvvür etsək ki, hüceyrə aviadaşıyandır, onda bununla müqayisədə bakteriya adi avarlı qayıq olacaq.
Bəs viruslar necə? Viruslar isə, dənizdəki aviadaşıyan və qayığın yanında üzən butulka tıxacıdır. Onu da deyək ki, əslində təbiətdə böyük həcmli viruslar da mövcuddur. Həmin virusları bu yaxınlarda aşkarlayıblar. Ən böyük viruslar, hətta bakteriyalardan da iridir. Başqa viruslara nisbətən onların daha çox genləri var və demək olar ki, onların genetik materialları hələ tam öyrənilməyib.
Hazırda alimlər özlərinə sual verirlər ki, görəsən bu nəhəng viruslar necə meydana gəlib. Xoşbəxtlikdən biz nəhəng viruslardan qorxmaya bilərik. Görünür ki, onlar bir hüceyrəli orqanizmlər - amöblərlə qidalanmağa üstünlük verirlər.
Paylaş:
Müəllif : Fuad
Tarix:1-04-2020, 08:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:1-04-2020, 08:31
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16