Azərbaycanda internet niyə “sürünür”?

“Hal-hazırda rabitə xidmətləri, o cümlədən vətəndaşlarımızın telefon, internetlə fasiləsiz təmin olunması ciddi nəzarətdə saxlanılır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkədə tətbiq olunmuş karantin rejimi şəraitində internet və rabitə xidmətlərinin keyfiyyətinin aşağı düşməsi haqda şikayətlərə münasibət bildirən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova deyib.
Günel Gözəlovanın sözlərinə görə, Nazirlik tərəfindən vətəndaşların kəsintisiz internet xidməti ilə təmin olunması üçün tabeli qurumlara tapşırıqlar verilib:
“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən, internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsinə dair tabeli qurumlara, rabitə birlik-müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verilib.
Hal-hazırda nazirliyin nəzarətində olan digər sahələrlə yanaşı, rabitə xidmətləri, o cümlədən vətəndaşlarımızın telefon, internetlə fasiləsiz təmin olunması ciddi nəzarətdə saxlanılır”.
Məsələ ilə bağlı internet xidməti gösətərən bəzi şirkətlərlə də əlaqə saxlamağa çalışdıq. Təəssüf ki, o şirkətlərin heç birindən davamlı zənglərimizə cavab verilmədi.
Bu, bir daha evdə keçirəcəkləri günlərdə vətəndaşların kəsintisiz internetlə təmin olunub-olunmayacaqları barədə narahatlıqlarını anlamağımıza imkan yaradır. Normal günlərdə internet xidmətləri ilə bağlı gələn saysız-hesabsız şikayətləri nəzər alsaq, karantin dövründə belə şikayətlərin daha da artacağını təxmin etmək olar.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-04-2020, 09:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:3-04-2020, 09:28
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:52
Bu gün, 12:39
Dünən, 13:07

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB

Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:- Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -TƏFƏRRÜAT