reklam
Regionxeberlericom.az » Araşdırma » Dünyada koronavirusa yoluxanların sayı 1,2 milyonu ötüb

reklam

Dünyada koronavirusa yoluxanların sayı 1,2 milyonu ötüb


Dünyada 1 200 319 nəfərin COVID-19 testləri pozitiv nəticələnib, 64 667 ölüm faktı qeydə alınıb, sağalanların sayı isə 246 174 nəfərə çatıb. Hazırda 42 324 nəfərin vəziyyəti ağırdır.
“Report” “Worldometers”ə istinadən xəbər verir ki, təsdiqlənmiş yoluxma hallarına görə dünyada ilk sırada ABŞ qərarlaşıb.
Burada 310 233 nəfər koronavirusa yoluxub, ölənlərin sayı 8 444 nəfərdir.
Avropada isə virusa yoluxanları sayına görə birinci yeri İspaniya tutur - 126 168 yoluxma və 11 947 ölüm. İtaliyada isə 124 632 nəfər yoluxub, 15 362 nəfər dünyasını dəyişib.

Almaniyada 96 092 yoluxma və 1 444 ölüm, Fransada 89 953 yoluxma və 7 560 ölüm, Böyük Britaniyada 41 903 yoluxma və 4 313 ölüm faktı qeydə alınıb.
Çinin materik hissəsində isə indiyə qədər 81 639 nəfərin yoluxduğu və 3 326 nəfərin öldüyü bildirilir. Lakin, hazırda Çində vəziyyət tam stabilləşib və son 24 saat ərzində heç bir yoluxma və ölüm halları qeydə alınmayıb.

Virusun ən çox yayıldığı ölkələrdən biri də İrandır. Burada rəsmi məlumata görə, 55 743 nəfərin testi pozitiv çıxıb, ölənlərin sayı isə 3 452 nəfərə yüksəlib. Türkiyədə son 24 saat ərzində 76 nəfər koronavirusun qurbanı olub. Ümumilikdə ölkə üzrə 23 934 nəfər virusa yoluxub, 501 nəfər dünyasını dəyişib.



Paylaş:


Müəllif : Tarix:
5-04-2020, 10:42
Sikayət   


loading...
Загрузка...