“Şəxsən tanıdığım 18 nəfər həyatını itirdi” – İspaniyadakı azərbaycanlı Vahid İmanov
Avropada koronavirus pandemiyasından ən çox ziyan çəkən ölkələrdən biri İspaniyadır. Bu günə qədər İspaniyada 118 min 984 nəfər pandemik virusa yoluxub. Onlardan 11 min 113 nəfəri dünyasını dəyişib. Yoluxma və ölüm hallarının kütləviliyi hər gün davam edir.
Bəs İspaniyada infeksiyanın bu şəkildə tüğyan etməsinin səbəbi nədir? Hökumət pandemiyanı lokallaşdırmaq üçün hansı addımlar atır? Əhalinin davranışı necədir? İspaniyanın Medina de Pomara şəhərində yaşayan, Bilbaoda tikinti sığorta firmasında mühəndis işləyən, eyni zamanda İspaniya Azərbaycanlıları Birliyinin qurucusu və sədri, Qərbi Azərbaycan İctimai Birliyinin İspaniya üzrə səlahiyyətli numayəndəsi Vahid İmanov yenisabah.az-a bu barədə danışıb.
“AzPolitika.info” müsahibəni oxuculara təqdim edir:
- Vahid bəy, İspaniyada koronavirusa yoluxma və ölüm hallarının kütləvi xarakter almasının səbəbi hökumətin məsuliyyətsizliyidir, yoxsa, əhalinin?
- İspaniya bu gün koronavirus pandemiyasından ən cox ziyan cəkən ölkələrdən biri olmaqla yanaşı, həm də virusun surətlə yayıldığı və ölüm hallarının kütləvi xarakter daşıdığı ölkədir. İspaniyada mövcud vəziyyətə görə ilk növbədə hökumət məsuliyyət daşıyır. Pandemiya İtaliyada meydan sulayanda İspaniya hökuməti sərhədləri bağlamadı. Beləliklə, virusun bu ölkəyə yayılmasına şərait yarandı. Əhaliyə gəlincə, insanlar əvvəlcə bu virusa yoluxacaqlarına inanmadılar və müdafiə tədbirləri görmədilər. Nəticə göz qabağındadır. İspaniya bu gün morqa çevrilməkdədir.
- İspaniyada xüsusi karantin rejiminin qaydaları necədir və bu qaydalara ciddi riayət edilirmi?
- İspaniya mart ayının ilk həftəsindən karantin rejiminə keçib. Karantin rejimində insanlar aralarında 1 metr məsafə saxlamalı, küçəyə çıxdıqda əlcəkdən və qoruyucu maskalardan istifadə etməlidirlər. İnsanlar yalnız apteklərə və marketlərə ehtiyac duyduqda evdən çıxa bilər. Təbii ki, qaydalara əməl etmək şərtilə. Əks halda 600 avrodan 30.000 avroya qədər cərimələnə bilərlər.
- Maska və əlcək taxmamağa görə cərimə varmı?
- Xeyr, buna görə cərimə yoxdur. Çünki hər kəs qaydalara əmək edərək maska və əlcək taxır. İspaniyada küçəyə çıxarkən maska taxmaq mütləqdir.
- İnsanların kütləvi şəkildə maska və əlcək taxması bu ləvazimatların qıtlığına səbəb olurmu? Ümumiyyətlə, bu məsələ necə həll tapır?
- İlk günlər maska, əlcək, spirt çatışmazlığı yarandı. Bu da insanların panikaya düşərək lazım olduğu qədərindən artıq maska, əlcək və spirt almaları ilə bağlı idi. Hazırda belə bir problem yoxdur. Daha doğrusu, insanlar nadir hallarda bu problemlə üzləşirlər. Bəzi insanlar özləri evdə maska düzəldib taxırlar. Onu da nəzərə almaq lazımdır ki, 1 maskanı 2 saatdan artıq taxmaq olmaz. Hər halda İspaniyada qayda belədir.
- İspaniya hökuməti pandemiyanı lokallaşdırmaq üçün daha hansı tədbirlər görür?
- Hökumət bölgələrdə belə, nəzarəti gücləndirib. Demək olar ki, bütün bölgələrə giriş-çıxış bağlanıb. Vəziyyətə ordu və polis nəzarət edir.
- İmkansız ailələrlə bağlı hansı addımlar atılır?
- İmkansız ailələrə Dövlət Sosial Müdafiə Fondu və Qırmızı Xaç və Qızıl Aypara cəmiyyətləri yardım edir.
- Hökumət pandemiyanı qısa müddətdə lokallaşdıra bilməsə ölkədə siyasi böhran yarana bilərmi?
- Bu, qaçılmazdır. Pandemiya İspaniya iqtisadiyyatına ciddi zərbə vurub. Problem uzun müddət davam edəcəyi təqdirdə iqtisadi vəziyyət daha da ağırlaşacaq. Bu isə siyasi böhrana səbəb olacaq.
- Koronavirus pandemiyası ilə bağlı ən müxtəlif versiyalar mövcuddur. İspan xalqı bu barədə nə düşünür?
- Təbii ki, İspaniyada da baş verənlərə konspirativ yanaşmalar mövcuddur. Üzərində ən çox dayanılan versiya koronavirus infeksiyasının bioloji silah olmasıdır. Hesab edilir ki, bütün bunlar dünyanı idarə edən böyük güclərin oyunudur. Həmçinin İspaniyada bunu illər əvvəl yayılmış və 100 milyon insanın ölümünə səbəb olmuş “ispan qripi”nə bənzədir.
- İspaniyada yaşayan azərbaycanlılardan koronavirusa yoluxanlar varmı?
- Bu günə qədər azərbaycanlılardan iki nəfər infeksiyaya yoluxub. Lakin onlar bir müddət müalicə aldıqdan sonra sağalaraq evə buraxılıblar. Yeni yoluxma faktı hələ ki, yoxdur.
- Koronavirusun episentrinə çevrilmiş bir ölkədə yaşayan şəxs kimi Azərbaycan əhalisinə virusdan qorunmaq üçün hansı tövsiyələri edərdiniz?
- Sizin sayt vasitəsilə xalqıma səslənərək deyirəm ki, əzizlərim, koronavirus pandemiyası ilə zarafat etməyin! Vəziyyət göründüyündən də ciddidir. Mənim şəxsən tanıdığım 18 nəfər bu virusdan həyatını itirdi. Sizləri karantin qaydalarına ciddi əməl etməyə çağırıram! Bir insan bir ailəni, bir ailə onlarla insanı, həmin insanlar isə bütövlükdə ölkəni bu bəladan xilas edə bilər.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-04-2020, 14:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:5-04-2020, 14:13
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Bu gün, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29