Tofiq Zülfüqarov: “Rusların gücü 2 həftə müqavimət göstərməyə çatdı” - Müsahibə
Teleqraf.com sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla müsahibəni təqdim edir.
- Tofiq bəy, Covid-19 pandemiyasının təbii şəkildə ortaya çıxdığını deyənlərlə bərabər, bunun süni şəkildə laboratoriyada hazırlandığını iddia edən şəxslər də var. Sizcə, bu versiyalardan hansı həqiqətə yaxındır?
- Bunu demək çətindir. Mxtəlif mövqedə olan insanların yanaşması var. Ola bilsin ki, Covid-19 süni şəkildə şişirdilən bir prosesdir və mən bunu istisna etmirəm. Amma neftin qiymətinin iki bəyanatla az qala iki dəfə ucuzlaşmasının idarə olunan proses olduğu bəllidir. Və bu qiymət oyununda hansısa qüvvələr ciddi şəkildə qazanırlar. İndi dünyada güc və maliyyə imkanlarının yeni strukturunun yaranması prosesi baş verir. Covid-19 pandemiyasının süni və ya təbii proses olduğunu qoyaq bir kənara. Amma digər prosesəri görməyə bilmərik. Kimsə bilsəydi ki, neftin qiyməti iki dəfə ucuzlaşacaq, elə bu prosesi bilən və ya pulu olan şəxs vəziyyətdən istifadə edərək, varlana bilərdi.
Covid-19-un süni və ya təbii şəkildə ortaya çıxması məsələsi elədir ki, məlumatımız olmadığına görə konkret fikir demək çətindir. Amma bizə məlum olan məsələləri görünür. - İndi bütün ölkələr koronavirusa görə təhlükəsizliyini təmin etmək və əhalisini qorumaq məqsədilə böyük pullar xərcləməyə başlayıb.
- Bəs Covid-19 prosesindən udan ölkələr olacaqmı?
- Sözsüz ki, olacaq. Ölkələri demək çətindir,amma fövqəlmaliyyə mərkəzləri sözsüz ki, bu prosesdən udacaqlar. İstehsal ixtisası olan ölkələrə baxaq. Elə Çini götürək. Fikrimcə, orada böyük böhran yaşanacaq. İnsanlar koronavirusa qədər aldıqları malları daha almayacaq. Ən azı ona görə ki, bu insanların pulları olmayacaq. Bu vəziyyəti bərpa etmək üçün isə bir neçə ay, bəlkə də illər lazım gələcək.
Götürək Azərbaycanı. Kimsə kiməsə ərzaq satır. Bu ərzağı alıb hara aparacaqsan? Sözüm odur ki, bu prosesdə istehsal edən şəxslər də, onu almayanlar da ziyana düşəcək. Bütün ölkələrdə biznes turizmi var. Bu sahə ağır böhran içindədir. Baxmayaraq ki, bu sahədə işləyənlər böyük pullar qoyublar, infrastruktur yaradaraq yaz-yay mövsümünə hazırlaşıblar. İndi onlar itirməli olacaqlar.
Bir sözlə, böhran istər-istəməz hamıya mənfi təsirini göstərəcək. İlk növbədə isə isethsalat təyinatlı ölkələrə.
- Amma indi əksər böyük ölkələr pandemiya ilə mübarizə aparır, pullar xərcləyirlər. Çin isə martın 20-dən bu yana elan edir ki, koronavirusla mübarizədə qalib çıxıb və bərpa olunma mərhələsini yaşayır...
- Çin göstərmək istəyir ki, artıq bərpa olunur və istənilən halda iqtisadi fəallığını bərpa edəcək. Amma böyük miqdarda borcu olan ölkələrin vəziyyətinə diqqət edək. Əgər pul qiymətdən düşsə və inflyasiya olsa, deməli onların borcları silinəcək. Bu prosesdən udan olacaqmı? Sözsüz ki, olacaq! Bu elə bizə də aiddir. Vaxtilə dünya maliyyə fondları bizdən tələb edirdi ki, hansısa fondlar yaradaq, maliyyəmizi qiymətli kazğızlar formasında saxlayaq və s. Çin, Rusiya demək olar ki, əksər ölkələr ABŞ-da qiymətli kağızlar fomasında pullar saxlayırlar. İndi bu pulların inflyasiyası olanda, qiymətdən düşəndə hamıya ziyan dəyəcək. Bizim ziyanımız qalsın bir kənarda. Norveç kimi ölkənin neft fondunda tirlyona yaxın pul var. Onun dəyəri real olaraq iki dəfə azalsa, necə olacaq? Səhv etmirəmsə Çinin belə qiymətli kağızlarda iki tirlyona yaxın payı var. Təsəvvür edin ki, inflyasiya nəticəsində bu maliyyə nə qədər ucuzlaşacaq. Biz bilməliyik ki, bütün bunlar əslində real problemlərdir. Yəni məsələlərin görünən tərəfi kimi, görünməyən tərəfləri də var.
- ABŞ, Çin, Rusiya, İngiltərə kimi dövlətlər həm də fərqli regionları, kiçik ölkələri təsir dairələrinə bölüb idarəetməyə çalışırlar. Pandemiya böhranı adı çəkilən ölkələrin nəzarət mexanizmini zəiflədəcək, yoxsa gücləndirəcək?
- Sözsüz ki, azaldacaq. Xarici təsir bu və y digər formada həmin dövlətin ambisiyasıdır. Kiminəsə öz fikirlərini, qiymətli sayılan dəyərlərini ixrac etməsi siyasi ambisiya hesab oluna bilər. Bunun da əsasında iqtisadiyyat, hərbi, siyasi imkanlar dayanır. Əgər qlobal böhran yaşanırsa, deməli bu təsirlər də azalmalıdır. İlk növbədə regional güclərin təsiri azalacaq. Mən istisna etmirəm ki, Rusiyanın xaricə və qonşulara təsiri ciddi şəkildə azalacaq. Çünki onlar neftin qiymətinin aşağı düşməsinə diqqət edərək, bu qiymətlərdən asılı olduqlarını hər zaman yadda saxlayacaqlar. Bir növ onlar üçün qırmızı xətlər yaranıb. Yəni qırmızı xətti keçsəniz, sizə bu formada zərbələr endirmək asanlıqla mümkündür. Bunların hamısı onu göstərir ki, ölkələr ilk növbədə öz sərhədləri çərçivəsində olan problemlərə diqqət yetirməlidir. Əgər proses getsə, Rusiyanın indiyə qədər hərbi, siyasi və maliyyə dəstəyi verdiyi ölkələrə yardımları minimum vəziyyətə düşəcək.
- Siz, Rusiyanın əvvəlki mövqeyindən geri çəkilməsini və şəxsən Putinin OPEK-lə danışıqlara hazır oldğunu bəyan etməsini necə qiymətləndirirsiniz?
- Bu reallığa uyğun addımdır. Hər kəsin qiyməti onun nə qədər gücü olmasından ibarətdir. Rusların gücləri 2-3 həftəlik müqavimət göstərməyə çatdı. İndi görürlər ki, belə davam etsə, çətin olacaq.
- Amma rus rəsmilər neftin qiyməti düşən kimi nümayişkarənə şəkildə elan edirdilər ki, bu vəziyyətdə azı 3-5 il davam edə bilərlər...
- Bilirsinizmi, hər şey demək olar. Deməyin qiyməti yoxdur. Məsələn, bir var ABŞ Prezidenti Donald Tramp nəsə deyir. O, deyən kimi dünya bazarında neftin qiyməti dərhal bahalaşır. Bir də var hansısa nazir və ya dövlət rəsmisi nəsə deyir. Bunlar fərqli şeylərdir. Normalda mən də nəsə deyə bilərəm. Amma hər deyilənin öünəməxsus formada təsiri və gücü var. İndiki halda qlobal neft bazarı daha çox Trampın dediyindən təsirlənə bilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:7-04-2020, 10:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:7-04-2020, 10:28
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Dünən, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Dünən, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39
Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - “İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur”
22-11-2024, 15:36