Karantinlə bağlı cərimələr hansı hallarda narazılıq yaradır? - ŞİKAYƏT VAR
Məlum olduğu kimi, hazırda koronavirus epidemiyası ilə əlaqədar ölkə ərazisində ciddi karantin rejimi hökm sürür. Və xüsusi karantin rejimi qaydalarının pozulmasına görə cərimələrin tətbiqi davam etdirilir.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumatda bildirilir ki, ümumilikdə 01.04.2020-ci il tarixdən bu günədək respublikanın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 8514 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib. Təbii ki, bütün bunlar virusun qarşısının alınması və əhalinin sağlamlığının qorunmasına hesablansa da, insanların məlumatsızlığından bir sıra narazılıqlara da gətirib çıxarıb.
KONKRET.az-ın redaksiyasına Xaçmaz rayon sakini Balası Balasıyev tərəfindən daxil olan müraciətdə də onun kiçik sahibkar kimi karantin rejimi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın ilkin qərarlarından nisbətən məlumatsız olması səbəbindən cəriməyə məruz qaldığı bildirilir.
Sahibkar bildirir ki, Operativ Qərargah icazə.edu.gov.az barədə 02.04.2020-ci ildən qərar çıxarsa da, o, bundan xəbərsiz olub və 03.04.2020-ci il tarixdə səhər saatlarında Xızı rayonunda yerləşən pərakəndə ərzaq mağazasına və çörəkbişirmə sexinə mal daşıdığı zaman “Zarat” postunda saxlanaraq 100 manat cərimə edilib.
Onun sözlərinə görə, kiçik sahibkar kimi bütün sənədlərə malik olduğu və Xızı rayon mərkəzində ən böyük ərzaq mağazasına mal daşıdığı halda, DYP əməkdaşı, polis serjantı Elvin Xankişiyev tərəfindən heç bir güzəşt olmadan cərimələnib. Halbuki polis ilkin olaraq onu mövcud qadağa barədə xəbərdar etməklə maarifləndirə bilərdi və iş adamına maddi ziyan vurmazdı.
B.Balasıyev vurğulayır ki, zatən qaydaları bildiyi andan etibarən tez bir zamanda elektron qeydiyyatdan keçməklə karantin rejimini pozmaq fikrində olmadığını təsdiqləyib.
Bütün bunları bildirməklə sahibkar qəti olaraq onu diqqətə çatdırmaq istəyir ki, xırda diqqətsizlikdən yaranan məlumatsızlıqdan onun bu məbləğdə cərimə olunması insafsızlıqdır. Ona görə də iş adamı hesab edir ki, aidiyyəti orqanlar cərimənin aradan qaldırılması üçün ona güzəş etməlidirlər.
KONKRET.az məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovla əlaqə saxlayıb. E.Zahidov bildirib ki, “Polis bu məsələdə cərimənin marağında deyil, insanların sağlamlığının qorunması marağındadır. Və karantin rejiminin tələblərini pozanlara heç bir halda güzəşt yoxdur”.
Paylaş:
Müəllif : Yazar
Tarix:8-04-2020, 17:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-04-2020, 17:05
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:40
Şəhid anasının gözünün yaşına məhəl qoymayan icra başçısı, rayonun digər ərazilərində "Bazar açıb" - VİDEO
Bu gün, 12:38
“Bilsəydim ki, bu ölkədə yekun qərarı Ali Məhkəmə deyil, Əmlak Komitəsi verir, məhkəməyə üz tutmazdım” – ŞOK MÜRACİƏT
27-12-2024, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
27-12-2024, 09:39