Saxta arayış satan dünya çempionunun məşqçisi: “Onun jurnalistika ilə əlaqəsi yoxdur” - FOTOLAR
“Telekanalların birində keçmiş tələbəmi görəndə şoka düşdüm. Onun belə iş tutduğuna hələ də inana bilmirəm. Görünür, kimsə onu yoldan çıxarıb. Mən bildiyim qədəri ilə onun jurnalistika ilə heç bir əlaqəsi yoxdur. Çünki o, Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib”.
RegionXəbərləri.com xəbər verir ki, bunu oxu.az-a xüsusi karantin dönəmində özünü “Sağlam Həyat Naminə” beynəlxalq elmi-tibbi jurnalın əməkdaşı kimi təqdim edib, saxta arayışları satan keçmiş boksçu Aslan Bayramovun ilk məşqçisi Şahin Nik-nəcat deyib.
O bildirib ki, yetirməsi Bakıya getdikdən sonra onunla əlaqəsi qalmayıb:
“Mən onu Şəmkirdə hazırlaşdırırdım. Gəncəyə köçəndə orada da onu məşq etdirmişəm. 2001-ci ildə yeniyetmələr arasında dünya çempionu olduqdan sonra Bakıya getdi. Ondan sonra onunla heç bir əlaqəm yoxdur. Heç məndə onun telefon nömrəsi də qalmayıb. Ancaq Bakıda yarış olanda üz-üzə gələndə görüşürdük”.
Cinayət Məcəlləsinin 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə ittiham olunan A.Bayramov son dövrlər boksda hakimlik də edirmiş:
“O, son illərədək boksda hakimlik də edirdi. Hətta fevralda sizin saytınızda peşəkar hakimlər üçün təşkil edilən təlimdə (Azərbaycan Peşəkar Boks Federasiyasının 10-11 fevralda təşkil etdiyi təlimləri nəzərdə tutur – red.) iştirak edərkən videosunu da görmüşdüm. Orada sertifikat da almışdı. O belə şeylərdə yaxşıdır, hər şeyə can yandıran, qaynayıb-qarışandır. Amma Aslan necə olub “jurnalist” olub, bunu deyə bilmirəm. Bəlkə də ikinci təhsil kimi sonradan bitirib. Aslan belə uşaq olmayıb. Görünür, şeytan onu aldadıb. O düzə-düz, xeyirxah insan olub”.
Sən demə, Aslan Bayramov Azərbaycan millisindən sonra Qətər adından da çıxış edib. Bunu da Şahin Nik-nəcatla söhbət zamanı müəyyənləşdirdik:
“O, Qətər adı ilə döyüşən boksçularımızdan olub. Qətər millisi o vaxt boksunu yüksəltmək üçün bizim nazirliyin və federasiyanın razılığını almaqla legionerləri cəlb edirdi. Onda Azərbaycandan bir neçə boksçu müqavilə əsasında Qətərin şərəfini qoruyurdu. Onda Aslan Qətər millisi adından Kiyevdə keçirilən beynəlxalq turnirin qalibi olmuşdu. Sonra müqavilələri bitdi, Azərbaycana qayıtdılar.
Mənim yanımda olan vaxt 57 kq-da yeniyetmələrin dünya çempionluğu ilə yanaşı, Bakıda Ənvər Çoudrinin xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnirin də qalibi olub. Bu, səhv etmirəmsə, 1999 və ya 2000-ci ildə olub. O, Bakıda Bədən Tərbiyəsi və İdman Akademiyasına əyani qəbul olunmuşdu deyə, paytaxta köçməli oldu. Mənim də imkanım yox idi ki, onun arxasınca gedib Bakıda qalım”.
Paylaş:
Müəllif : Fuad
Tarix:10-04-2020, 20:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:10-04-2020, 20:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
25-12-2024, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
25-12-2024, 12:45