Vüsal Şilderin qatili cəzasının azaldılmasını istəyir – Məhkəmə
Almaniya vətəndaşı Vüsal Şilderi öldürdüyünə görə azadlıqdan məhrum edilən Elman Seyidağa oğlu İsgəndərov barəsində olan hökmdən kassasiya şikayəti verilib.
Məhkəmə prosesi aprel ayının 28-də hakim İnqilab Nəsirovun sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, qətl hadisəsi 2013-cü ilin may ayının 2-də Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 3 B saylı evin qarşısında baş verib. Naməlum şəxslər Qərb Universitetinin 2-ci kurs tələbəsi, milliyyətcə azərbaycanlı olan Almaniya vətəndaşı, 1992-ci il təvəllüdlü Vüsal Şilderi qətlə yetirib. Yaralı aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.
Vüsal Şilderin atası Adolf Şilder bir vaxtlar “Mersedes Benz”in Azərbaycan üzrə nümayəndiliyinin rəhbəri vəzifəsində çalışıb. Hadisədən iki gün sonra İsgəndərov Elman Seyidağa oğlu şübhəli şəxs qismində tutulub. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Talıbov Seymur Teymur oğlu hadisədən 2 ay sonra tutularaq istintaqa təhvil verilib. Sözügüdən cinayətin iştirakçısı Prezidentin köməkçisi olmuş Tariyel Ağayevin qızının əri Xəyal Məzahir oğlu Əlizadə isə istintaqdan qaçıb gizləndiyinə görə barəsində axtarış elan olunub. İnterpolun Azərbaycan Respublikasının Milli Mərkəzi Bürosu əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə o, Birləşmiş Ərəb Əmirliklərində tutulub, ancaq Azərbaycana gətirilməyərək yenidən azadlığa buraxılıb.
E.İsgəndərov ilkin istintaq zamanı verdiyi ifadəsində V.Şilderi özünü öldürdüyünü bildirib. O, bu sifarişi pul qarşılığında qohumu S.Talıbov və X.Əlizadə tərəfindən aldığını deyib. Zərərçəkmiş Mətanət Şilder oğlunun Tariyel Ağayevin qızı Lalə Ağayevaya görə qətlə yetirildiyini bildirib: “Vüsalın 10 yaşı olanda mən Adolf Şilderlə ailə həyatı qurdum. O, Vüsala doğma atasından da yaxşı qayğı göstərdi, ona öz soyadını, Almaniya vətəndaşlığını, xaricdə təhsil verdi. Buna baxmayaraq içində Azərbaycan sevgisi olan Vüsal Şilder Azərbaycana qayıtdı və Qərb Universitetinə daxil olaraq təhsilini davam etdirdi. 20 yaşlı oğlum Vüsal Tariyel Ağayevin qızı Lalə Ağayeva ilə tanış olur və onlar arasında məhəbbət yaranır. Vüsal mənə bunu açıb deyəndə ona bu işdən əl çəkməyi, Lalə Ağayevanın ailəsi ilə bizim ailənin maddi cəhətdən səviyyələrinin uyğun olmadığını bildirsək də artıq hər şey gec idi və cavanlar heç kəsi eşitmək istəmirdilər. Lalə Ağayevanın valideynləri bu evliliyə razı olmayacaqlarını açıq şəkildə bildirəndən sonra oğluma dəfələrlə xəbərdarlıq olunmuş, onu təhdid etmişdilər. İş o yerə çatmışdı ki, oğlumun guya narkoman və cinayətkar olmasını Lalə Ağayevaya sübut etmək və Vüsalın şəxsiyyətini aşağılamaq üçün maşınına narkotik maddə atılması, tutularaq polis bölməsinə aparılması, orada bu məsələnin ictimaiyyətə çatdırılması üçün geniş bir plan qurulmuşdu”.
Mərhumun anası Mətanət Şilderin sözlərinə görə, Xəyal Əlizadə həyat yoldaşı Vəfa (Tariyel Ağayevin digər qızı-red.) ilə birlikdə ona Dubaydan zəng vuraraq polisə şikayət etməyə son qoymağı tələb ediblər: “Vəfa mənə dedi ki, oğlumu onun əri Xəyal öldürməyib, bu qətlin arxasında atası Tariyel Ağayev dayanır. Vəfa məndən sakitləşməyi xahiş etdi, dedi ki, daha olan olub, keçən keçib, sənin oğlunu daha heç nə, heç kim geri qaytara bilməz. Mən isə öz növbəmdə dedim ki, əgər sənin ərin Xəyal Əlizadənin heç bir günahı yoxdursa və bu qətlin arxasında dediyin kimi, yalnız Tariyel Ağayev dayanırsa, onda qoy ərin Xəyal Bakıya qayıdıb bu dediklərinizi məhkəmədə də təsdiqləsin”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.İsgəndərov 14 il 6 ay, S.Talıbov isə 2 il müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan dövlət ittihamçısı hökmdən apellyasiya protesti verib.
Bakı Apellyasiya Məhkəməsində, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin (CM) hökmü ləğv edilərək, yeni hökm çıxarılıb.
Belə ki, məhkəmə Cinayət Məcəlləsinin 120.2.5-ci (qəsdən adam öldürmə, tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) maddəsi ilə ittiham olunan E.İsgəndərovun işinə CM-in 120.2.1-ci (qəsdən adam öldürmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsini də əlavə edib. CM-in 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddəsi isə ittihamdan çıxarılıb. Onun barəsində çıxarılan hökm (14 il 6 ay) dəyişdirilməyib. S.Talıbov barəsində isə yeni qərar qəbul edilib. CM-in 307.1-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə, ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) maddəsi ilə ittiham olunan S.Talıbovun cəzası başa çatıb. Qərara əsasən o, yenidən məsuliyyətə cəlb olunub. Belə ki, məhkəmə onun barəsində axtarış və həbs qərarı qəbul edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:11-04-2020, 10:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:11-04-2020, 10:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:40
Şəhid anasının gözünün yaşına məhəl qoymayan icra başçısı, rayonun digər ərazilərində "Bazar açıb" - VİDEO
Bu gün, 12:38
“Bilsəydim ki, bu ölkədə yekun qərarı Ali Məhkəmə deyil, Əmlak Komitəsi verir, məhkəməyə üz tutmazdım” – ŞOK MÜRACİƏT
27-12-2024, 11:23