Sabiq deputatın qardaşı insanlara sənədsiz ev satıb, xaricə qaçdı - Araşdırma
Keçmiş deputatın qardaşı tərəfindən aldadılan qadın Yasamal Rayon Məhkəməsinə şikayət edib.
Orucova Validə Xalidşah qızı “Aslan” MTK-nın rəhbəri Abbasov Fərhad Gülbala oğlundan əmlakının geri qaytarılması və mənəvi zərərini tələb edir. Məhkəmə prosesi Emin Mehdiyevin sədrliyi ilə keçiriləcək.
Belə ki, Validə Orucova “Aslan” MTK tərəfindən Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, 788-ci məhəllədə yerləşən 18 mərtəbəli binadan pulunu ödəyərək mənzil alıb. "Aslan” MTK 2004-cü ildə bu ərazini Bakı şəhər İcra Hakimiyyətindən alsa da, burada tikinti aparılmasına icazə sənədi ala bilməyib. Buna rəğmən ərazidə 18 mərtəbəli bina tikilib və vətəndaşlara satılıb. Ancaq bina dövlət qeydiyyatına alınmadığından sakinlərə "kupça” verilməyib. Binanı tikən sahibkar, "Aslan” MTK-nın sədri Abbasov Fərhad Gülbaba oğlu isə 2010-cu ildə Azərbaycanı tərk edərək İspaniyaya qaçıb.
Araşdırmalarımız zamanı məlum oldu ki, MTK-nın sahibi Fərhad Abbasov Azərbaycan parlamentinin keçmiş üzvü, 2005-2010-cu illərdə deputat olmuş Lalə Abbasovanın qardaşıdır. Belə ki, MTK daha əvvəl Lalə Abbasovanın digər qardaşı Rafiq Abbasovun adına olub, lakin sonradan şirkət o biri qardaşın adına keçirilib.
Onu da qeyd edək ki, adıçəkilən binada yaşayan insanların demək olar ki, hamısı “Aslan” Mənzil Tikinti Kooperativi tərəfindən aldadılıb. Belə ki, ötən ilin noyabr ayında həmin binada yaşayan sakinlərdən biri, haqsızlığından cana doyan Damət Ağayev yaşadığı binanın damına çıxaraq özünü oradan atmaq istəyib.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-04-2020, 14:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:14-04-2020, 14:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Dünən, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Dünən, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39
Türkiyədən Azərbaycana kim eşşək idxal edir? - “İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur”
22-11-2024, 15:36