“May ayında koronavirus pik nöqtəsinə çatacaq” - Pandemiya xəstəxanasının direktoru
Bu müsahibəni artıq uzun müddətdir doğmalarını və yaxınlarını görməyən ağ xalatlı insanların ünvanına minnətdarlıq sözləri ilə başlamaq istərdim. Onlar demək olar ki, bütün vaxtlarını xəstəxanalarda, koronavirus infeksiyası ilə mübarizə aparan xəstələrin yanında keçirirlər. Əgər həkimlər qalib gələ bilsələr, yaxşıdır... Vətəndaşlardan istədikləri yeganə şey karantin rejiminə riayət etmək, özlərinin və yaxınlarının sağlamlığı naminə evdə qalmaqdır.
Media.az Azərbaycandakı pandemiya xəstəxanasının direktoru Emin Hüseynlə söhbət edib.
- Sizin xəstəxanada yalnız təsdiqlənmiş koronavirus infeksiyası olan xəstələr yerləşdirilib?
- Bəli, bizim xəstəxanamız pandemik statusa sahibdir. Bizdə yalnız COVID-19-a yoluxma təsdiqlənmiş şəxslər yerləşdirilir. Vəziyyətdən asılı olaraq, xəstə bir və ya iki yerlik palataya təyin olunur. Bir qayda olaraq, bir palatada ikidən çox xəstə olmur.
- Təcili yardıma koronavirus simptomları olan bir vətəndaşdan zəng daxil olubsa, bundan sonra nə baş verir?
- Həkimlər çağırışa gedir, vəziyyəti qiymətləndirirlər və xəstənin halından asılı olaraq analiz üçün material götürməyə qərar verirlər.
- Nəticələr hansı müddətdən sonra məlum olur?
- Bu, laboratoriya və həkimlərin iş yükündən asılıdır. Adətən, bir neçə saatdan iki günə qədər çəkir. Təbii ki, həkimlər xəstənin vəziyyətini də nəzərə alırlar. Eyni zamanda, nəticələr məlum olana qədər insanı təcrid olunmağa, evdən çıxmamağa, yaxınları ilə ünsiyyət zamanı təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırırlar.
- Əgər testlər koronavirus infeksiyasının olduğunu göstəribsə, o zaman xəstənin vəziyyətindən asılı olmayaraq xəstəxanaya yerləşdirilir?
- Bəli, xəstənin vəziyyətindən asılı olmayaraq xəstəxanaya yerləşdirirlər. COVID-19 yayılan bəzi Avropa ölkələrində yüngül simptomları olan xəstələr xəstəxanaya yerləşdirilmir. Bu, xəstəxanalarda yer və tibb işçilərinin çatışmazlığı ilə əlaqədardır. Azərbaycanda vəziyyət nəzarət altındadır, bizdə başqa cür yanaşma qüvvədədir.
- Belə çıxır ki, bizim xəstəxanalarımızda simptom daşımayan xəstələr də var?
- Bəli, yeri gəlmişkən, onlar heç də az deyil.
- Onları necə müəyyənləşdirirlər?
- Bir qayda olaraq, təsadüfən. Məsələn, ağır simptomları olan bir xəstə xəstəxanaya yerləşdirildikdən sonra onun əlaqədə olduğu insanları testdən keçirməyə başlayırlar. Simptom daşımayan xəstələr də bu cür insanlar arasında müəyyən olunur.
- Onları necə müalicə edirlər?
- Dünyada, dediyim kimi, simptom daşımayan xəstələrə fərqli yanaşmalar var. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mütəmadi olaraq müxtəlif ölkələrdə müalicəyə yanaşmalar haqqında məlumat toplayır. Üstəlik, ÜST-ün tövsiyələri gündəlik olaraq yenilənir. Virus nisbətən yenidir, hələlik əsaslana biləcəyimiz elmi baza yoxdur. Bir sıra ölkələrdə simptomları olmayan xəstələr, ümumiyyətlə, müalicə edilmir. Onlara sadəcə, gözləmək tövsiyə edilir. Bizdə yüngül virus əleyhinə preparatlarla simptomatik müalicədən istifadə edilir.
- Bütövlükdə, koronavirus infeksiyası olan xəstələr necə müalicə olunur? Söhbət ağır xəstəlik simptomları olanlardan gedir.
- Onlara virus əleyhinə terapiya tətbiq olunur, xlorixin, azitromisin və digər (ritonavir + lopinavir) dərmanlar verilir. Bununla yanaşı, qanın oksigenlə zənginlik səviyyəsini - nəbz oksimetriyasının köməyi ilə saturasiyasını mütəmadi olaraq yoxlamaq lazımdır.
90-dan aşağı göstəricilərdə xəstəyə oksigen maskası qoşulur, 80-dən aşağı göstəricidə isə ağciyərlərin süni ventilyasiyası aparatından istifadə edilə bilər.
- Xəstəxanalarda süni ventilyasiya aparatları kifayət edirmi?
- Xoşbəxtlikdən xəstəxanamızda ağır xəstələr yoxdur və biz hələ də bu cihazlardan istifadə etməmişik. Amma ağciyərlərin süni ventilyasiya cihazları hər xəstəxanada ehtiyatı ilə birgə mövcuddur. Bizdə oksigen maskası qoşulan xəstələrimiz var. Deyə bilərəm ki, bütün pandemik xəstəxanalar (onların sayı respublika üzrə 22-dir - red.) lazımi avadanlıqlar, tibbi qoruyucu vasitələr və preparatlarla təchiz edilib.
- Xəstələrin yaşı və vəziyyəti barədə bir az danışın.
- Yoluxmuşlar arasında ən çox orta yaşlı insanlardır (19 yaşdan 50 yaşa qədər). Bu, əhalinin daha fəal qrupudur, onlar çalışırlar, insanlarla daim təmasda olurlar, ictimai nəqliyyatdan istifadə edirlər. Reallıq yalnız Azərbaycanda deyil, koronavirusun yayıldığı bütün ölkələrdə belədir.
60 yaşdan aşağı insanlarda xəstəlik daha yüngül formada davam edir (yanaşı xəstəlikləri olan xəstələr istisna olmaqla), bəzən hətta asimptomatik olur. Faiz nisbətində yaşlı xəstələrin sayı azdır (xəstələrin ümumi sayının 10-15%-i), çünki onların həyat tərzlərini passiv adlandırmaq olar, nadir hallarda ictimai yerlərə baş çəkirlər. Ancaq onların xəstəliyi daha ağır keçir, buna görə də, həmişə həkimlərin yaxından nəzarəti altında saxlanılırlar.
- Xəstəxanada uşaqlar var?
- Var, onların sayı çox deyil. Ancaq yaşlılardan fərqli olaraq, onlarda xəstəlik yüngül formada keçir.
- Risk zonasında kimlər yerləşir?
- Risk zonasında yanaşı xroniki xəstəlikləri olan xəstələr, yaşlı və hamilə qadınlar var.
- Xəstələrdə olan əsas simptomlar hansılardır?
- Temperatur, öskürək, tənəffüs çatışmazlığı. Adətən, yaşlılarda ağciyərlərdə obyektiv dəyişikliklər də müşahidə olunur.
- Profilaktika üçün C vitamini, bal və limonla zəncəfil, parasetamol qəbul etməyin zəruriliyi barədə fikirlərə necə yanaşırsınız? Vətəndaşlara profilaktik məqsədlə nə tövsiyə edərdiniz?
- Parasetamol və yuxarıda sadalananları bir siyahıya qoymaq olmaz. Zəncəfil, bal, limon, meyvə və tərəvəzlərin köməyi ilə immuniteti saxlamaq olar. Lakin parasetamol artıq simptomatik müalicədə istifadə olunan tibbi preparatdır. İltihab əleyhinə vasitə olaraq koronavirusun müalicəsində də istifadə edilə bilər. Ancaq bu preparat panaseya deyil və üstəlik, onu profilaktik məqsədlər üçün istifadə etməyə dəyməz.
- İkinci dəfə xəstələnmək mümkündürmü? Bu faktı təsdiqləyən elmi araşdırmaların olmadığı aydındır, ancaq son zamanlar Cənubi Koreyada vətəndaşların yenidən yoluxması ilə bağlı məlumatlar var.
- Xəstələnmə və ya vaksinasiyadan sonra insanların əksəriyyətində ömürlük immunitetin yarandığı yoluxucu xəstəliklər var. Bundan əlavə, xəstələndikdən sonra bir həftədən bir neçə ilədək davam edə biləcək müvəqqəti immunitetin yarandığı xəstəliklər də var. Koronavirusun hansı növə aid olduğunu söyləmək hələlik çətindir. Buna görə də, biz müalicə olunan hər kəsə karantin tədbirlərinə laqeyd yanaşmamağı məsləhət görürük. Bir sözlə, hazırda təkrar yoluxmanı tamamilə istisna etmək olmaz.
- Xəstələrin müalicəsi nə qədər zaman alır?
- Müalicə müddəti orta hesabla 15 gündən 20 günə qədərdir. Xəstənin vəziyyətindən asılı olaraq, müalicənin ilk həftəsindən sonra ikinci analiz aparılır. Belə olur ki, 7-8 günlük müalicədən sonra virus azalır. O zaman biz təkrar analiz aparırıq, əgər o da mənfi nəticə göstərirsə, xəstənin evə buraxılması məsələsini nəzərdən keçiririk.
- Xəstələr hansı şərtlərdə evə buraxılır?
- Sağalanlara iki həftə ərzində evdən çıxmamağı məsləhət görürük. Bundan əlavə, bütün təhlükəsizlik tədbirlərinə və karantin rejiminə riayət etməyi tövsiyə edirik.
- Tibb işçiləri və xəstələrlə yanaşı, xəstəxanada başqa kimlər var?
- Polislər, onlar gücləndirilmiş rejimdə çalışırlar. Bir müddət daxili qoşun birləşmələri də cəlb edildi. Fürsətdən istifadə edərək ölkə üçün belə çətin vaxtda bizimlə birgə xidmət aparan asayiş keşikçilərinə təşəkkür etmək istəyirəm.
- Onlar xəstələrin qaçmasının qarşısının alınması üçün cəlb olunublar?
- Bunlar gücləndirilmiş təhlükəsizlik tədbirləridir. Ancaq xoşbəxtlikdən, heç bir qaçış və hətta buna cəhdlər belə olmayıb.
- Koronavirus xəstələrini müalicə edən həkimlər harada yaşayırlar?
- Bütün tibb işçiləri öz qohumlarından, yaxınlarından, bütövlükdə cəmiyyətdən ayrı yaşayırlar.
- Neçə müddətdir bu rejimdə yaşayırsınız?
- Demək olar ki, iki aydır.
- Ailəniz üçün darıxırsınız?
- Əlbəttə, ancaq hələlik bu rejimdə işləməliyik. Zəngləşir və ya videoəlaqə ilə ünsiyyət saxlayırıq.
- Ölkəmizdə xəstəliyin dinamikasını necə qiymətləndirirsiniz?
- Azərbaycan vaxtında qabaqlayıcı tədbirlər gördü, buna görə də bizdə vəziyyət digər ölkələrlə müqayisədə daha yaxşıdır. İndi Avropanın bəzi ölkələrində baş verənlərin olmaması üçün xəstəliyi izləyirik və nəzarət etməyə çalışırıq. Xəstəxanamız koronavirus şübhəlilərinin qəbul edildiyi, daha doğrusu, karantinə götürüldüyü ilk xəstəxanalardandır. Onlar Çin universitetlərində oxuyan tələbələrimiz idi.
- Sizcə, epidemiya nə vaxt zəifləyəcək?
- Sizə birmənalı cavab verə bilmərəm. Ancaq vətəndaşlar xüsusi karantin rejiminin qaydalarına əməl etsələr və evdə qalsalar, o zaman may ayında epidemiya öz pik nöqtəsinə çata və bundan sonra zəifləməyə başlaya bilər. Əgər karantin rejimi pozularsa, təəssüf ki, proses daha bir neçə ay davam edə bilər. Hamısı vətəndaşlarımızın şüurlu davranmasından asılıdır.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-04-2020, 19:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:14-04-2020, 19:57
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16