“ATƏŞGAH SIĞORTA”DA NƏ BAŞ VERİR? - Ziyanla işləyən şirkətin fəaliyyətinə qadağa qoyulur
Sığorta bazarında ilk beşliyə daxil olan “Atəşgah Sığorta”nın heç cür “qara zolaqdan” çıxa bilmədiyi müşahidə olunmaqdadır. Şirkətin son iki ili ziyanla başa vurması və bir sıra maliyyə göstəriciləri üzrə geriləməsi azmış kimi, Maliyyə Bazarlarına Nəzarət Palatası da bir tərəfdən “Atəşgah Sığorta”nı cəzalandırmaq qərarına gəlib.
Xatırladaq ki, “Atəşgah” Sığorta Şirkəti ASC 2018-ci ili 770 min 375 manat zərərlə başa vurub. 2017-ci ildə isə şirkət 1 milyon 27 min manat ziyan etmişdi. Məsələ ondadır ki, şirkətin təkcə mənfəət deyil, digər bir sıra maliyyə göstəriciləri üzrə də gerilədiyi müşahidə olunur. Və belə təəssürat yaranır ki, şirkətin maliyyə vəziyyəti ürəkaçan deyil. Belə ki, şirkətin balans kapitalı və aktivləri də azalıb. Xüsusilə balans kapitalının 8 faiz azalaraq, 11.951 milyon manata enməsi, əlbəttə ki, yaxşı hal deyil. Şirkətin aktivlərindəki geriləmə isə 2 faizdir və aktivlər cəmi 42.117 milyon təşkil edir.
Hesabatlardan görünür ki, ötən il “Atəşgah” Sığorta Şirkətinin müştəri sayını və yığımın həcmini artırmaq sarıdan problemləri olub. İllik müqayisədə şirkətin topladığı sığorta haqları 38 milyon 956 min manatdan 36 milyon 832 min manatadək geriləyib, sığorta ödənişləri isə 17 milyon 399 min manatdan 20 milyon 82 min manata yüksəlib.
Ötən gün isə Maliyyə Bazarlarına Nəzarət Palatası “Atəşgah”ı avtomobillərin icbari sığortası hüququndan məhrum etmək barədə qərar çıxarıb. Palatanın açıqlamasında deyilir ki, “AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti və “Atəşgah” SığortaŞirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə bağlanmış icbari sığorta müqavilələri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa (Qanun) və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmayan şərtlərlə bağlanılması ilə əlaqədar Cəmiyyətlərə verilmiş icrası məcburi göstəriş-təqdimatlara vaxtında və tam əməl edilmədiyindən Qanunun 105.1.2-ci, 105.1.2.2-ci, 105.2-ci maddələrinə və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən Palatanın İdarə Heyətinin 12 aprel 2019-cu il tarixli qərarı ilə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”növünə verilmiş icazənin ləğv edilməsi yolu ilə “AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti və “Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyətinə verilmiş lisenziyaların qüvvəsi yol verilmiş nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılmışdır.
Bu o deməkdir ki, şirkətin avtomobil sığortası ilə bağlı fəaliyyətində ciddi nöqsanlar var və “Atəşgah”ın müqavilələri qanuna uyğun olmadığı üçün bu sahədə fəaliyyətinə qadağa qoyulur. Görünür, şirkətin fəaliyyətilə bağlı ciddi şikayətlər var və bu qərar təsadüfi deyil.
Eyni durum “AtaSığorta”da da müşahidə olunur. Xatırladaq ki, bir neçə gün öncə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə də sığorta şirkətlərini tənqid etmişdi: “Sığorta şirkətləri pulları yığırlar, sığorta hadisəsi baş verəndə pul vermirlər. Bunlar ciddi məsələdir…”
Onu da qeyd edək ki, hazırda Azərbaycandakı sığorta bazarında avtomobillərin icbari sığortasından daxilolmalar şirkətlərin yığımının əhəmiyyətli sayıla biləcək hissəsini təşkil edir. Və “Atəşgah”ın bu sığorta növünün tətbiqindən məhrum edilməsi isə şirkətin onsuz da yaxşı olmayan maliyyə vəziyyətini bir qədər də ağırlaşdıra bilər.
Buna görə də, “Atəşgah” Sığorta Şirkəti Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı ilə bağlı narahatlığını gizlətməyib. Şirkət, rəsmi açıqlamasında yaranmış durumu “texniki problemlərlə” izah edib. Ancaq 20 ildən artıq müddətdə sığorta bazarında olan təcrübəli bir şirkətin hansısa mücərrəd “texniki səbəb” ucbatından şərtləri yerinə yetirə bilməməsi kifayət qədər müəmmalı görünür.
Yeri gəlmişkən, “Atəşgah Sığorta Şirkəti”nin səhmlərinin kimə aid olduğu da müəmmalıdır. Belə ki, bütün rəsmi informasiya mənbələrində və mətbuatda şirkətin səhmlərinin 63 faizinin azərbaycanlı milyarder İsgəndər Xəlilova aid “İSR Holdinq”ə məxsus olduğu göstərilib. Lakin “İSR Holdinq”dən “AzPolitika”ya daxil olan rəsmi məktubda göstərilir ki, “İSR Holdinq” hələ 2012-ci ildə “Atəşgah”dakı səhmlərini satıb. Ancaq bu məktubda da səhmlərin kimə satıldığı göstərilməyib. Şirkətin rəsmi saytında isə səhmdarlar barəsində ümumiyyətlə məlumat yoxdur.
Paylaş:
Müəllif : Redaktor
Tarix:13-04-2019, 21:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:13-04-2019, 21:14
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16