Məşhur futbolçunun evini qarət edənlər hakim qarşısında

Məşhur futbolçu Mahir Emreli ilə yanaşı 12 nəfərin evindən oğurluq edən gənclərin cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət məcəlləsinin 177.3.2-ci ( oğurluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən Vəliyev Nicat Bağban oğlu və Cəfərov Anar Məcnun oğlunun cinayət işi hakim Azər Paşayevin icraatına verilib.
İttiham aktına görə, 2019-cu ilin sentyabr ayında keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Qazax rayon sakinləri, əvvəllər qəsdən sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə məhkum edilmiş Nicat Vəliyev və Anar Cəfərov saxlanılıblar. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, məşhur futbolçunun Sulutəpə qəsəbəsində yerləşən evindən 17 min manat, 20 min dollar, üç ədəd mobil telefon və beş min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Qeyd edək ki, Mahir Emreli futbol üzrə Azərbaycan millisinin və "Qarabağ" klubunun hücumçusudur.
Paylaş:
Müəllif : Fuad
Tarix:23-04-2020, 09:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:23-04-2020, 09:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:52
Bu gün, 12:39

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB