reklam
Regionxeberlericom.az » Araşdırma » 25 yaşlı gəncin ölümünə səbəb olan “makler”

reklam

25 yaşlı gəncin ölümünə səbəb olan “makler”


Quba Rayon Məhkəməsində 25 yaşlı gəncin ölümünə səbəb olan şəxsin məhkəməsi başlayıb.

Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirləndirilən Mirzəbəyov Həmid Veysəl oğlunun məhkəmə prosesinə hakim İlqar Məmmədov sədrlik edir.

Ölüm hadisəsi 2019-cu il may ayının 25-də Quba rayonunun Xəqani küçəsində baş verib. Belə ki, Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Ramiz Kərimli mayın 23-də Quba rayonunda Əkrəm Əlimirzəyevə məxsus evi kirayəyə verən “makler” Həmid Mirzəbəyovdan 3 günlük kirayəyə götürüb. Mayın 25-də R.Kərimli həmin evin hamam otağında çimən zaman otaqdakı su qızdırıcısından çıxan elektrik xətlərinin saz vəziyyətdə olmaması nəticəsində onu cərəyan vuraraq öldürüb.

Araşdırma zamanı Ə.Əlimirzəyevlə “makler” H.Mirzəbəyov arasında şifahi razılaşma olub. Həmin razılaşmaya əsasən, H.Mirzəbəyov evi kirayə məsələlərinə nəzarəti öz üzərinə götürüb. Bütün məsələlərdə cavabdeh şəxs də H.Mirzəbəyov olub.

Faktla bağlı dekabr ayında Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

 


Paylaş:


Müəllif : Tarix:
24-04-2020, 09:10
Sikayət   


loading...
Загрузка...