Onları məhkum edən hakimlərə bu cəzalar verilə bilər – Vəkillərdən açıqlama
Azərbaycan 2001-ci ildə Avropa Şurasının üzviliyinə daxil olduqdan və Avropa məhkəməsinin yuridiksiyasını qəbul elədikdən sonra Avropa Məhkəməsi Azərbaycana qarşı yüzlərlə iş üzrə qərar qəbul eləmişdi. Dəqiq statistika olmasa da belə işlərin sayının ümumilikdə 500-ə yaxın olduğu deyilir.
Avropa Məhkəməsinə ən çox şikayətlər göndərən vəkil Əsabəli Mustafayevlə ötən gün Real lideri İlqar Məmmədov və hüquq müdafiəçisi Rəsul Cəfərov barədə çıxarılan bəraət və kompensasiya ilə bağlı, Azərbaycanla bağlı Avropa Məhkəməsində çıxarılan qərarlardan, həmçinin qanunsuz qərar çıxaran hakimlərə verilən cəza növlərindən söhbət etdik:
“Şəxsən mənim Avropa Məhkəməsinə indiyə kimi göndərdiyim şilayətlərlə bağlı 150 iş üzrə qərar qəbul olunub. Bəzən olur ki, Avropa Məhkəməsi bir neçə işi birləşdirib bir qərar qəbul edir. Ona görə göndərilən işlərin sayı ilə qəbul edilən qərarların sayının arasında fərq var. Bu işlərin çoxunda Konvensiyanın 6-cı maddəsinin pozuntusu tanınıb, yəni ədalətli araşdırma hüququnun pozuntusu. Bu maddənin pozuntusu tələb eləyir ki, Azərbaycan dövləti Konvensiya ilə öz üzərinə götürdüyü öhdəliyə görə bu işlərə təzə hallarla bağlı yenidən baxsın. Bunun da baxılma qaydası budur ki, plenuma çıxarılır bu iş və həmin iş üzrə yeni qərar qəbul olunur.
Bəzən görürsən ki, köhnə qərarlar ləğv olunub qaytarılır apellyasiya və ya kassasiya instansiyasına. Orada isə baxılıb yeni qərar qəbul olunur.
Çox təəssüf ki, Avropa Məhkəməsi tərəfindən qərar qəbul edilən yenidən baxılmış işlərin sayı olduqca azdı. Mənim hesablamalarıma görə hardasa 4-5 iş ola bilər. Bunların birində Lahıcovun işi var, yalnız bir işdə bu Avropa Məhkəməsinin qərarından sonra ölkə daxlində baxılaraq həmin Lahıcova bəraət verilmişdi.
Digər yadıma gələn iş Əli İnsanovun işidir. Ona da yenidən baxıldı. Ancaq yenə köhnə hökm qüvvədə saxlanıldı. Digər hansısa işə yenidən baxılması mənim yadıma gəlmir. Yadıma gələn odur ki, 2003-cü ilin oktyabr hadisələrinə görə məhkum olunmuş Arif Hacılı, Sərdar Cəlaloğlunun işidə yenidən baxılması üçün hazırlanırdı plenuma çıxarılmalı idi. Bu barədə məlumat verildi. Ancaq sonradan yarımçıq qaldı.
Bu işlərə baxılmasını xüsusilə tələb edən Konvensiyanın 18-ci maddəsinin pozuntusudur. Yəni Avropa Məhkəməsinin qərarında konvesiyanın 18-ci maddəsinin pozuntusu tanınıbsa bu o deməkdir ki, bu iş üzrə həmin şəxslərə mütləq artıq bəraət verilməlidi. Yəni ayrı cürə buna baxıla bilməz.
İndiyə kimi bizdə 9 iş üzrə Avropa Məhkəməsi konvensiyanın 18-ci maddəsinin pozuntusunu tanıyıb. Yəni Azərbaycan bu sahədə rekord vurub. İndiyə kimi Avropa Məhkəməsində bu maddənin pozuntusu ilə bağlı 12-13 qərar qəbul olunubsa, bunun 9-u Azərbaycanla bağlıdır. Bu çox pis göstəricidir. Avropa Məhkəməsinin qərarlarının icrasına nəzarət edən Avropa Şurasının Nazirlər Komitəsi 18-ci maddə ilə bağlı işləri toplamışdı bir qrupa 8 işi və o adlanırdı “İlqar Məmmədov və digərləri”. Burda İlqar Məmmədov, Rəsul Cəfərov, Anar Məmmədli, İntiqam Əliyevdi sonra 4 nəfər Nidaçılardır - Rəşadət Axundov, Zaur Qurbanlı, Rəşad Həsənov və Üzeyir Məmmədli. Sonradanda bu yaxınlarda Natiq Cəfərli barədə qəbul olunmuş qərarda 18-ci maddənin pozuntusu tanınmışdı”.
İlqar Məmmədov və Rəsul Cəfərovun pandemiya dövründə, yəni məhkəmələrin işləmədiyi dövürdə baxılmasına səbəb isə mart ayında Avropa Şurasının Nazirlər Komitəsinin Azərbaycanla bağlı olan 8 nəfərin işinin qəraralarının icrasını hökümətdən tələb etməsi olub.
Ə. Mustafayevin sözlərinə görə, Nazirlər Komitəsi tələb etdi ki, Azərbaycan təcili olaraq bu işlər üzrə qərar qəbul eləsin, yenidən baxsın və həmin şəxslər üzərində olan bütün cinayət işi digər məhdudiyyətlərin hamısı ləğv edilsin. Hökumət isə ancaq 2 nəfərin işinə baxdı. Mümkündür ki, qalan şəxslərin işinə baxılması gələn dəfəyə saxlanılsın. “Buna ancaq güman və ümid eləyək. Çünki əks təqdirdə Nazirlər Komitəsi onsuz da əl çəkməyəcək hökumətdən. Baxmayaraq ki, hamı alqışlayır 2 nəfərə bəraət və kompensasiya verilməsini. Ümid edək ki, Nazirlər Komitəsi növbəti dəfə işlərə baxana kimi bizim hökumət qalan işlərə də baxacaq.
O cümlədən ümid edirik ki, 6-cı maddənin pozuntusu tanınmış digər işlərdə, o cümlədən siyasi-ictimai fəalların işlərinə yenidən baxılacaq. Bunu hüquq, qanun və Azərbaycan hökümətinin konvensiya ilə öz üzərinə götürdüyü öhdəlik tələb edir.
Ölkə daxilində belə qərarların qəbulunda rolu olmuş müstəntiqlər, hakimlər barədə hansı cəza növləri tətbiq edilməlidir sualına vəkil elə öz qanunlarımızın dili ilə cavab verdi:
“Bizdə məhkəmələr və hakimlər haqqında qanun var. Orda 111-ci maddə də hakimlər haqqında intizam icraatının başlanmasının əsasları göstərilib. Orda müxtəlif əsaslar var, onlardan biridə həmin hakimin qəbul etdiyi qərarın Avropa Məhkəməsində ləğv olunması əsasıdır, lakin indiyə qədər baxmayaraq ki, yüzlərlə iş üzrə qərar qəbul olunub, o cümlədən 6-cı maddə pozuntusu ilə bağlı hakim qeyri-ədalətli qərar çıxardıb.
İndiyə kimi bir hakim barədə də bu maddə ilə intizam icraatı başlanmayıb. Bu nə ilə bağlıdı? Həm ölkə daxilində, həm də beynəlxalq aləmdə belə bir rəy var ki, Azərbaycanda məhkəmələr tam müstəqil deyillər və həm korrupsiya, həm siyasi sifarişlərin icrası ilə bağlı məhkəmələr tərəfindən problemlər var. Ona görə də belə qərarları qəbul eləmiş hakimlər məsuliyyətə cəlb olunmurlar. Bu özü də əlbəttə pis haldır. Əgər doğurdan da bu hakimlərin özünün günahı varsa, konvensiyaya zidd qərarları qəbul edən hakimlər məsuliyyətə cəlb olunmalıdır ki, digər hakimlərədə bir profilaktiki tədbir olsun, onlar daha məsuliyyətli yanaşsınlar yeni qərarların qəbuluna”.
Qeyd edək ki, İlqar Məmmədov və Rəsul Cəfərova həm Bakı və Şəki Ağır Cinayətlər Məhkəməsinin, həm Bakı və Şəki Apellyasiya Məhkəməsinin, həm də Ali Məhkəmənin verdiyi qərarlar hamısı tamamilə ləğv edilib və ümumilikdə cinayət ittihamlarına bəraətverici əsaslarla xitam verilib
Bəraət alan şəxslərlə bağlı deputat Səməd Seyidovda açıqlama verib: “Avropa İnsan Haqları Məhkəməsinin yerinə yetirilməmiş qərarlarının siyahısına baxsanız görərsiniz ki, heç bir qərarı yerinə yetirməyən ölkələr var. Azərbaycan öz öhdəliklərinə hörmətlə yanaşır. Azərbaycan Avropa Şurası qarşısında öz öhdəliklərini yerinə yetirib, bəraət almış şəxslərin kompensasiyalarıda ödəniləcək.
İ. Məmmədovun vəkili Cavad Cavadovun sözlərinə görə isə Avropa Məhkəməsinin qərarları ilə bağlı hakimlərə veriləcək intizam məsuliyyətinin müddəti 1 ildir: “O müddətlər də artıq keçib. Ona görə hakimlər arxayındılar ki, çıxardıqları qərar Avropa Məhkəməsinə gedib çıxana kimi müddət keçəcək.
Həm də ötən günkü plenumda kimə cəza tətbiq eləsinlər? Elə plenumda iştirak edən hakimlərin bəziləri İlqar Məmmədovun işi aparan hakimlərdir. Ona görə də, Azərbaycanda hakimlər Avropa Məhkəməsinin çıxardığı qərarlardan qəti narahat deyillər və bu günə kimi hər hansı bir hakim Avropa Məhkəməsinin qərarları ilə bağlı cəzalandırılmayıb”.
C. Cavadov onu da bildirib ki, cəza növü kimi bu qərarı qəbul edən hakimlərə tənbeh, xəbərdarlıq, işin hallarından asılı olaraq işdən kənarlaşdırma, hətta hakimlik fəaliyyətinə xitam da verilə bilər.
Paylaş:
Müəllif : Fuad
Tarix:24-04-2020, 13:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:24-04-2020, 13:41
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Bu gün, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Bu gün, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Bu gün, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
Dünən, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
Dünən, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
Dünən, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
Dünən, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24
Abşeronun başçısı QƏZA yaratdı, dövlət qurumları TƏCİLİ Xırdalana ÇAĞIRILDI – Fotolar
19-12-2024, 14:22
4 saylı idarə rəisi niyə dövlət qulluqçusu deyil? - Asif Məcidovun diplomu da prolemlidir
19-12-2024, 11:19