reklam
Regionxeberlericom.az » Araşdırma » “İfşa olunan həkimlər səni yaxşı müalicə eləmədilər” - Brilliantdan qalmaqallı sözlər

reklam

“İfşa olunan həkimlər səni yaxşı müalicə eləmədilər” - Brilliantdan qalmaqallı sözlər


Xalq artisti Rafael Dadaşovun ölümündən 40 gün keçir. 
Mərhumun yaxınları aktyorun məzarını ziyarətə gedib. 
Xalq artisti Brilliant Dadaşova əmisi oğlu haqda sosial şəbəkədə paylaşım edib: "Mənim göyçək, yaraşıqlı əmioğlum, bu gün bizdən ayrılmağının 40 günü tamam oldu. Mən göz açandan səni belə yaraşıqlı, düzgün və zəhmətkeş gördüm. Balacalıqda kürəyindən yerə düşməzdim. Sənin qoxun indi də burnumdan getmir. Heyif, əmioğlu, sən xəstəxanaya düşəndə mən Bakıda olmadım. Ümumiyyətlə məni xəbərdar etmədilər. Məsləhətləşmədilər can sağlığınla, xəstəliyinlə, həyatınla. Öz televiziya proqramlarında reytinq düzəldənlərin ümidinə qaldın. Əlbəttə, televiziya vaistəsilə ifşa olunan həkimlər yəqin ki, ifşa olunduqlarına görə incik düşüblər. Səni yaxşı müalicə etmədilər. Hətta xəstəliyinin tezliklə ölümlə nəticələnəcək dərəcədə ciddi olduğunu bildirmədilər. Mən Türkiyədən qayıdıb Mehriban xanımın dəstəyi ilə səni başqa xəstəxanaya yerləşdirəndə artıq çox gec idi. Çünki belə xəstəliklərdə bir gün də qızıla bərabərdir. Nəinki iki ay. Yerinin cənnət olmasını Allahdan diləyirəm. Yaralı qəlbimizə bir çapıq da sənin gedişinlə vuruldu". 
Qeyd edək ki, aktyor uzun sürən xəstəlikdən sonra ötən ay vəfat edib.

 



Paylaş:


Müəllif : Tarix:
25-04-2020, 13:02
Sikayət   


loading...
Загрузка...